şənbə günü, 31 oktyabr 2026
     

5 dövlət Türk Sülh Xartiyası imzaladı - dünya düzəni dəyişir...

Image


Türk dünyasının strateji prioritetləri Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən sammitində xüsusi diqqət mərkəzində yer aldı. Tədbirin gündəliyinə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, təhlükəsizliyin gücləndirilməsi, rəqəmsallaşma və hətta kosmik tədqiqatlar daxildir. 

Sammit Bişkek Bəyannaməsi və Türk Sülh Xartiyasının imzalanması ilə başa çatıb. Türk dünyası ilə əlaqələrin inkişafına verdiyi töhfələrə görə Macarıstanın baş naziri Viktor Orbana "Türk dünyasının Ali Ordeni"  təqdim edilib. Orban bu fonda vurğulayıb: "Türk dünyasının necə inkişaf etdiyini, necə uğur qazandığını görməkdən çox məmnunam. Və inanıram ki, biz hamımız gözəl gələcəyə doğru irəliləyirik".

Türk Dövlətləri Təşkilatının sammitinin gündəliyi göstərdi ki, üç fundamental sahə ilk  növbədə buradakı ölkələr üçün vacibdir. Bunlar ideologiya, iqtisadiyyat və təhlükəsizlikdir. Türk dünyasının güclənməsi kimi elan edilən sammitin əsasını məhz bu komponentlər təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın möhkəmlənməs istiqamətində Bakının siyasətinin bundan sonra da davam edəcəyini diqqətə çatdırdı: "Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək". Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk İnvestisiya Forumunun yaradılmasını təklif edib. O, həmçinin Türk İnvestisiya Fondunun işinin aktivləşdirilməsini və Türk İnkişaf Bankının yaradılmasını təklif edib. Qırğızıstan prezidenti Sadır Japarov həmkarlarını "Kambar-Ata-1" SES-in tikintisində iştirak etməyə çağırıb: "Respublikamızın günəş, külək enerjisi və yaşıl hidrogen istehsalı üçün əhəmiyyətli imkanları var. Qırğızıstan milli səviyyədə və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyini təmin etmək və enerji səmərəliliyini artırmaq üçün tədbirlər görür. 50-yə yaxın kiçik və orta su elektrik stansiyasının tikintisi üzrə işlər aparılır. Özbəkistan və Qazaxıstanla birlikdə ən böyük "Kambar-Ata-1" SES-in birgə tikintisinə dair razılaşmalar əldə olunub. Fürsətdən istifadə edərək, sizi bu irimiqyaslı layihənin həyata keçirilməsində iştirak etməyə dəvət edirəm". O, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafına imkan verəcək Türk Dövlətləri Təşkilatı çərçivəsində texnologiyalar və yaşıl təşəbbüslər üzrə regional mərkəzin yaradılmasının nəzərdən keçirilməsini təklif edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan enerji və yaşıl iqtisadiyyat məsələlərinə də diqqət ayırıb. Onun sözlərinə görə, nizamnamə kapitalı 500 milyon dollar olan Türk İnvestisiya Fondu tezliklə fəaliyyətə başlayacaq. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev türk dünyasının vahid informasiya məkanını yaratmaq üçün kabel televiziyalarının qarşılıqlı yayımının təşkilini təklif edib. 

Bu arada qeyd edilməlidir ki, Türk Dövlətləri Təşkilatı ideoloji sferada mühüm işlər görür. Təşkilat ölkələrinin 34 hərfdən ibarət vahid əlifbanın qəbulu ilə bağlı layihəyə imza atması bunun təzahürlərindən biridir. Eyni zamanda qurumun gücləndirilıməsi məqsədilə regionun aparıcı media qurumlarını, universitetlərini və beyin mərkəzlərini birləşdirən şuralar və birliklər yaratmaqla birlik ideyası fəal şəkildə təbliğ olunur. Mədəni əməkdaşlıq da fəal inkişaf edir. Eyni zamanda sammitdə imzalanan sənədlər Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyindən xəbər verir. Birincisi, 110-dan çox sahəni əhatə edən Bişkek Bəyannaməsidir. Bişkek Bəyannaməsi əsasında il ərzində həyata keçiriləcək tədbirlər planı hazırlanacaq.Burada iqtisadiyyatdan, humanitar və mədəni sahələrdən tutmuş kosmosa qədər sahələr var. İmzalanan sənədlər arasında Türk Dövlətləri Təşkilatı ölkələrinin milli, yəni mərkəzi bankları arasında əməkdaşlıq memorandumu, "yaşıl maliyyə" haqqında memorandum da var. Toplantılarında regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilən Türk Dövlətləri Təşkilatı bu dəfə də ənənəsinə sadiq qalıb. İclasda Türk Dövlətləri Təşkilatı  və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair qərar qəbul edilib. Əldə edilən razılaşmaya əsasən, bu, regional qarşılıqlı fəaliyyət üçün möhkəm təməl rolunu oynayacaq. Təşkilatlar arasında Birgə zirvə toplantısının çağırılması istiqamətində də fəaliyyət göstərilməsi üçün uyğun tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib. Bu, türk dünyası ilə Afrika arasında əməkdaşlığın güclənməsi və genişlənməsi istiqamətində mühüm addım sayıla bilər. Təşkilat beynəlxalq əlaqə baxımından ilk dəfə olaraq əməkdaşlıq coğrafiyasını genişləndirəcək. Bu həm də üç qitənin - Asiya, Avropa və Afrikanın qarşılıqlı əməkdaşlığı, fəaliyyətinə, yaxınlaşmasına təkan verər. Zirvə toplantısında Təşkilatın Əfqanıstan üzrə İşçi Qrupunun yaradılmasının vacibliyini vurğulanıb. Bu baxımdan Macarıstanda keçiriləcək qeyri-rəsmi Zirvə Görüşündə qəbul edilməsi üçün Əfqanıstan məsələsi üzrə Türk Dövlətləri Təşkilatı üzv dövlətlərinin vahid yanaşmasının hazırlanması məqsədilə xarici işlər nazirlərinə İşçi Qrupu vasitəsilə Dövlət Başçıları Şurasının Bəyanat layihəsinin hazırlanmasını tapşırılıb. Bu, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beynəlxalq aləmdə, xarici siyasət sahəsində ortaq mövqe nümayiş etdirməsi üzrə mühüm addım olacaq. Bütün bunlar Türk Dövlətləri Təşkilatının artıq beynəlxalq miqyasda həlledici oyunçulardan birinə çevrilməkdə olduğunu göstərir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ