şənbə günü, 31 oktyabr 2026
     

Trampın əlində "bütün daşları tərpətmək” şansı var – “2025 hesabatında onun da adamları işləyib"...

Image


Respublikaçı Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra bütün dünyada xüsusi maraq doğuran hadisələrdən biri də Vaşinqtonun bundan sonra yürüdəcəyi xarici siyasətdir. Məsələ burasındadır ki, Demokratların dönəmində ABŞ daha çox savaşlara cəlb olundu, ölkənin nüfuzu əhəmiyyətli dərəcədə zədələndi. Hətta bu hal artıq ABŞ cəmiyyətində də ciddi yorğunluğa və narazılığa səbəb olub. Donald Trampın dönəmində buna son qoyulacağına böyük ümidlər bəslənir.

Qeyd edilənlər fonunda qələbəsindən sonra Floridada tərəfdarları qarşısında çıxış edən Tramp deyib ki, bu, Amerika xalqı üçün möhtəşəm qələbədir: "Bu, bizə Amerikanı yenidən möhtəşəm etməyə imkan verəcək". Dünyanin bir çox ölkələri də artıq Trampı təbrik etməyə başlayıblar. Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edərək xatırladıb ki, onun birinci prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında münasibətlər dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnib. Dövlət başçısı ümid etdiyini bildirib ki, Trampın yeni prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaq: "Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik". Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Seçki kampaniyası zamanı Tamp "Birinci Amerikadır" prinsiplərinə əsaslanan geniş siyasət vədləri verdi. Onun qələbəsi paralel böhranların mövcud olduğu uzun illər ərzində ABŞ-ın xarici siyasətə yanaşmasındakı potensial çatışmazlıqlara işarə edir. Elə bu fonda hələ cari ilin iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı da prezident İlham Əliyev ona diqqət çəkmişdi ki, Tramp dönəmində ABŞ müharibələr başlamayıb: "Bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, prezident Trampın kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər. İkinci tezis də çox əhəmiyyətlidir. Bu mövzuya, necə deyərlər, uzun-uzadı və dərindən toxunmaq istəmirəm, amma indiki halda, ilk növbədə, ABŞ-ın özü və onun bilavasitə təsiri altında olan ölkələr üçün ikinci tezis də vacibdir. Bu, təbii ki, ənənəvi dəyərlərdən gələn məsələ ilə bağlı aydın mövqedir. Zənnimcə, Azərbaycan xalqının mütləq əksəriyyəti nəinki bu mövqeyi bölüşür, həm də onu fəal şəkildə təbliğ edir və əməldə həyata keçirir". əslində, Azərbaycanın bu yanaşmasını dünyada bölüşənlərin sayı yetırincədir.

Onu da xatırladaq ki, Donald Tramp seçki kampaniyası boyunca Ağ evə geri dönərsə, nələrin dəyişəcəyi barədə böyük vədlər verdi: "Sizin dəstəyinizlə biz dövlətimizin gücünü, üstünlüyünü, rifah və qürurunu geri qaytaracağıq. Bu, Amerikanın yeni qızıl dövrü olacaq". Trampın dəstəkçiləri onun həm ölkə daxilində, həm də ölkə xaricində Amerikanı "yenidən böyük" edəcəyinə inanırlar. Ona qarşı olanlarsa Trampın ABŞ-də demokratiyaya ziyan vuracağına dair xəbərdarlıq edirlər.Tramp tez-tez öz siyasi rəqiblərinə qarşı kəskin ifadələr işlədib, onları daxildəki düşmənlər adlandırıb və seçkidən sonra xaos yaranarsa, ordunun gücü ilə onların öhdəsindən çox asanlıqla gəlinə biləcəyini söyləyib. Vəzifəsini tamamlayan və seçkidə uduzan Kamala Harris onun bu sözlərindən sonra Trampın intiqama fokuslanan, narazılığın yeyib bitirdiyi və nəzarətsiz güc axtarışında olan adam olduğunu deyib. Ölkə daxilində ABŞ-nin məhkəmə sistemi Trampın təmizlik aparması gözlənilən sahələrdən biridir. Bu, xeyli dərəcədə onun birinci prezidentlik dövrü ilə bağlı çoxsaylı cinayət işinin olmasından qaynaqlanır. Həmin cinayət işləri arasında seçkiyə müdaxiləyə dair iddialar və 2020-ci ildə seçkidə yeniləndən sonra hakimiyyətin ötürülməsi prosesini sıradan çıxarmaq cəhdləri də daxildir. Tramp Kapitoli binasına 6 yanvar hücumuna qatıldığına görə həbs edilən dəstəkçilərini mütləq əfv edəcəyini də deyib. 2021-ci il yanvarın 6-da Trampın bir qrup dəstəkçisi Co Baydenin qələbəsinin təsdiqlənmə prosesini əngəlləmək üçün Konqres binasına hücum etmişdi. Bütövlükdə, bir çoxlarının proqnozuna görə, Tramp Vaşinqtonda yerləşən sağyönlü beyin mərkəzi "Heritage" Fondunun hazırladığı "Project 2025" sənədindən öz siyasəti üçün qəlib kimi yararlanacaq. Tramp seçki kampaniyası dövründə özünü "Project 2025"dən uzaq tutub və onun kimə aid olduğunu bilmədiyini iddia edib. Ancaq araşdırmalar nəticəsində məlum olub ki, bu sənədin hazırlanmasında Trampın əvvəlki administrasiyasında çalışmış, azı, 140 nəfər iştirak edib. Böyük ehtimalla, ABŞ-nin dünyada öz gücünü göstərmə tərzi də dəyişəcək. Tramp Rusiyanın Ukraynada apardığı müharibəni 24 saatda bitirə biləcəyini söyləyib. Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplara qarşı İsrailin iki cəbhədə apardığı savaşa gəlincə, Tramp İsraili işi bitirməyə çağırıb. ABŞ-ın Boston Kollecinin siyasi elmlər professoru Piter Skerri Trampın Moskva ilə Kiyev arasında bəlli bir çözüm əldə edilməsi üçün təzyiq edəcəyini gözlədiyini deyir. Onun proqnozuna görə, bu, Ukrayna tərəfi üçün böyük güzəştlər demək anlamına gələcək. Skerrinin fikrincə, Trampın İsraillə bağlı nə edəcəyi daha az bilinir. Ancaq Tramp İsraili sonunadək dəstəkləyəcəyini və üstəlik, ərəb-İsrail münasibətlərinin normallaşmasına yönəlmiş "İbrahim sazişi"ni dirçəltməyə çalışacağını deyib. "İbrahim sazişi"Trampın hakimiyyəti  dövründə - 2020-ci ildə, öncə İsraillə BƏƏ və Bəhreyn arasında imzalanan, həmin ilin sonunda Mərakeş və Sudanın da qoşulduğu silsilə sazişlərdir. Trampın müttəfiqləri tez-tez onun gözlənilməzliyini diplomatik üstünlük kimi təqdim ediblər, lakin artıq tarixi bir böhranın ortasında olan, son dərəcə çəkişməli və qeyri-sabit Yaxın Şərqdə onun müharibələri necə dayandıracağı aydın deyil. Tramp birinci prezidentliyi dövründə Çinə qarşı ticarət savaşı başlatmışdı. Bu dəfə o, Pekin Tayvanın üstünə gedərsə, Çində istehsal olunan məhsullara sərt tariflər tətbiq edəcəyinə söz verib. Tramp daha öncə Çinin Tayvanı blokadaya məruz qoymaq cəhdinin qarşısını almaq üçün ABŞ-ın hərbi gücündən yararlanmayacağını deyib. O bunu Çin lideri Si Cinpin ilə münasibətlərinə görə etməyəcəyini söyləyib. Dördillik prezidentliyi dövründə Tramp NATO üzvlərinə tələb olunan müdafiə xərclərini ayırmaları üçün basqı göstərib. O zamandan bəri üzvlərin çoxu bu öhdəliklərini yerinə yetirib. Trampın prezidentliyi dövründə ABŞ BMT-nin mədəniyyət qurumu- UNESCO-dan, Rusiya ilə "Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında"müqavilədən, İranla dünya güclərinin bağladığı nüvə sazişindən və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına dair Paris Razılaşmasından geri çəkilib. Dünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasına reaksiyasına görə onun maliyyələşdirilməsini dayandırıb. Bayden administrasiyası ABŞ-ın bu razılaşma və qurumlardakı təsirini bərpa etməyi qarşısına məqsəd qoysa da, indi bir çoxları Trampın hakimiyyəti dövründə daha bir geriləmənin baş verəcəyini proqnozlaşdırır. Skerri deyir ki, Tramp daxili məsələlərə fokuslanan məqsədyönlü aktordur. Onun sözlərinə görə, Trampın yenidən öz relslərinə qayıdıb Vaşinqtonun bəzi dünya qurumlarındakı rolunu məhdudlaşdıracağını görmək təəccüb doğurmayacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ