şənbə günü, 31 oktyabr 2026
     

Türk Dövlətləri Təşkilatının bayrağı üçün niyə belə forma seçildi?...

Image


Faiq Ələkbərli: "TDT-nin yeni bayrağındakı simvollar  bütövlükdə barışı, ədaləti, mənəvi birliyi, qardaşlığı ifadə edir"

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər təşkilatın yeni bayrağını təsdiq ediblər. Bu barədə qərar TDT Dövlət Başçılarının Zirvə Görüşünün Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.

"Bu bayraq TDT-nin missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsinin və hərtərəfli əməkdaşlığın əsas simvollarını təcəssüm etdirir", - deyə bayrağın təsdiq edilməsi barədə bəyanatda deyilir.

Qeyd edək ki, bayraq Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təsdiq edilib.

Bayrağa nə izah verilib? Niyə belə təsvir qəbul olunub? Bayrağın müəllifi kimdir?

Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağının təsdiq edilməsi haqda qərarda qeyd olunur: "Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri tanıyaraq və çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birliyin və həmrəyliyin gücləndirilməsinə sadiqliyi təsdiq edərək 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İclasının Razılaşdırılmış Protokoluna əsasən, Dövlət Başçıları Şurası qərara alır.

1. Türk Dövlətləri Təşkilatının Bayrağını və onun təsvirini 1 və 2 saylı əlavələrdə göstərildiyi kimi qəbul etmək.
 2. Hazırkı Qərarın 1-ci bəndinə uyğun olaraq, digər Türk Əməkdaşlıq Təşkilatlarının bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağı ilə uyğunlaşdırılmasına başlamaq və bu təşkilatların yenilənmiş bayraqlarını qəbul etmək".

Bildirilib ki, Türk Dövlətləri Təşkilatının Bayrağının təsviri bayrağın dizaynında mavi fon üzərində səkkizbucaqlı, aypara və ulduz, mərkəzdə düz şüaları olan günəş təsvir edilib.

Mavi fon aydın səmanı, sülhü və rifahı simvolizə edir. Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə əlaqələndirilib ki, bu da onun mədəni əhəmiyyətini daha da gücləndirir.

Səkkizbucaqlı ulduz əsrlərlə mövcud olan türk dövlətçiliyini təmsil edir, respublikanın (hürriyyət) təsdiqi, sabitlik, qarşılıqlı əlaqə və ümumi türk mədəni irsindən qaynaqlanan gücün rəmzi kimi çıxış edir. Türk və islam ənənələrində səkkizbucaqlı ulduz rəhbərlik və müdriklik rəmzidir, təşkilatın gələcək yoluna mayak rolunu oynayır.

Bərabər paylanmış qırx düz şüası olan günəş işığı açıqlığı və həyat gücünü simvolizə edir. Şüalar Türk dünyasının yolunu işıqlandıran, onu daha parlaq və firavan gələcəyə aparan ortaq dəyərləri və ümumi baxışı təmsil edir. Türk dünyasında yaxşı tanınan aypara və ulduz türk dövlətçiliyini, inkişafı, gələcəyə istiqamətlənmiş arzuları və tərəqqini təmsil edir.

Bu elementlər Türk dövlətlərinin zəngin ortaq tarixinə əsaslanan TDT-nin dinamik və gələcəyə yönəlmiş ruhunu əks etdirir. Bu bayraq Türk Dövlətləri Təşkilatının missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsin və hərtərəfli əməkdaşlığın əsas simvollarını özündə cəmləşdirir.

"Bayraqdakı mavi rəng türklüyü, Tanrıçılığı ifadə edirsə, ağ rəng barışı, sülhü təcəssüm etdirir"

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi" şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli "Bakı-Xəbər"ə bildirdi ki, ümumiyyətlə Türk Dövlətləri Təşkilatının bayrağı türk xalqlarının keçmişdən bugünə qədər daşıdığı böyük bir mahiyyət kəsb edir. "Çünki bu bayraqdakı rənglər, simvollar hər bir türk xalqının mahiyyətini ifadə edir. Bunlar türk dövlətlərinin bayraqlarında da öz əksini tapır. Məsələn, mavi rəng bütün türk xalqlarında mühüm yer tutur. Mavi rəng həm də türklüyün və Tanrıçılığın simvoludur.   Əslində, türklüyün rəmzi kimi qiymətləndirilən mavi-gök (göy) rəng türklərin qədim inancı olan Tanrıçılıqla bağlıdır. Göy rəng səmanın və Tanrının varlığı ilə bağlıdır. Azərbaycanın da, Qazaxıstanın da, Özbəkistanın da və türk xalqlarının bayraqlarında bu rəng öz yerini tapır. Qırğızıstanın bayrağındakı   günəşi simvolizə edən elementin də xüsusi mənası var. Bilirik ki, türk xalqlarında günəş də mühüm yer tutub. Bir çox türk xalqlarının bayraqlarında günəş simvolu öz əksini tapıb və bu, TDT-nin yeni qəbul olunmuş bayrağında da var. Səkkiz guşəli ulduz yalnız Azərbaycanın bayrağında deyil, Səlcuq dövlətinin, eləcə də bir çox qədim türk dövlətlərinin bayrağında da vardı. Göytürk xaqanlığında da göy və digər rənglərdən istifadə olunduğu kimi, eyni zamanda Səlcuqlarda da səkkiz guşəli ulduz mövcud idi. Zamanla Osmanlıda da bu olub. Azərbaycan bayrağında da səkkiz guşəli ulduz əks olunub. Səkkiş güşəli simvol özündə türk xalqlarının mənəvi dəyərlərini və mənəvi birliyini əks etdirir. Aypara simvolu isə Azərbaycan bayrağında, Türkiyə bayrağında və digər xalqların bayraqlarında da var. Əslində bayraqdakı aypara ayın qutsallığını, müqəddəsliyini bildirir. Düzdür, bunun islamda da müəyyən anlamı var, ancaq bütövlükdə günəş, ay, ulduz  türk xalqlarının bayrağında geniş yer tapan anlayışlardır. TDT-nin yeni bayrağındakı simvollar  bütövlükdə barışı, ədaləti, mənəvi birliyi, qardaşlığı ifadə edir. Bayraqdakı mavi rəng türklüyü, Tanrıçılığı ifadə edirsə, ağ rəng barışı, sülhü təcəssüm etdirir". 

F.Ələkbərlinin sözlərinə görə, burada Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, Özbəkistanın və digər türk dövlətlərinə aid simgələr var ki, bütün bunlar hamısı türk xalqlarının birliyini ifadə edir: "Yeni bayraqda əks olunan simvollar keçmişdən günümüzə gələn Turanı, Tanrıçılığı təcəssüm etdirir.

Türk Dövlətləri Təşkilatının, türk dövlətlərinin ortaq bayrağı təkcə müstəqil türk dövlətlərini deyil, ümumiyyətlə bütün türk xalqlarını ifadə edir. Bu bayraq həm də Şimali Kipr Türk Cumhuriyyətinin,  uyğur türklərinin,  tatarların, krımlıların, kərküklərin, güney azərbaycanlıların və başqa türk xalqlarının bayrağıdır. Yarımmüstəqil, bəzi dövlətlərin tərkibində muxtariyyəti olan, yaxud heç bir haqqı-hüququ tanınmayan türk xalqlarını da özündə ehtiva edir. Bu bayraq əslində, bütün türk xalqlarının ortaq bayrağıdır. Ona görə də biz bu bayrağı belə də qəbul etməliyik. Türk Dövlətləri Təşkilatının bayrağını biz mədəni, mənəvi anlamda da anlamalı və qəbul etməliyik"-deyə F.Ələkbərli bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ