şənbə günü, 31 oktyabr 2026
     

Türk dövlətlərinə strateji saziş təklif edildi - Hərbi-müdafiə sazişi nə vaxt olacaq?..

Image


Abutalıb Səmədov: "Mirziyoyevin təklifi təkcə mədəni, tarixi və sair sahələrdə əməkdaşlığı nəzərdə tutmir, əgər dövlətlər zəruri saysalar, hərbi, təhlükəszilik, müdafiə sahəsində də öhdəliklər həmin sənədə salına bilər" 

"Özbəkistan Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında müqavilənin qəbul olunmasını təklif edib". Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı bildirib. 

"Dövlətlərimiz arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq, təşkilatın müqavilə-hüquq bazasının genişləndirilməsi və möhkəmləndirilməsini dəstəkləyirik. Bu, hərtərəfli sənədin hazırlanması təşkilatımızın fəaliyyətini daha yüksək siyasi səviyyəyə çıxaracaq", - o bildirib.

Şavkat Mirziyoyev həmçinin qeyd edib ki, TDT-nin tarixi sənədinin (Türk dünyasının Xartiyasının) qəbul edilməsi təşkilatın qardaş ölkələri və xalqlarının çoxşaxəli əməkdaşlığının daha da güclənməsinin bariz nümunəsidir.

"Əminəm ki, bununla Türk dünyasının daha da birləşməsinə, onun nüfuzunun artmasına, qarşılıqlı faydalı və dostluq əlaqələrinin dərinləşməsinə, əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələyə çıxmasına nail olacağıq", - Ş.Mirziyoyev əlavə edib.

Əlbəttə, Özbəkistanın bu təklifi yaxşı təklifdir, hər halda dövlətlərin yaxınlaşmasını müəyyən qədər şərtləndirir. Amma niyə daha konkret məsələ qoyulmur? Məsələn, hərbi, təhlükəsizlik, müdafiə xarakterli sazişin imzalanmasına keçilmir? Təklif olunan bu saziş dövlətlərin arasında elə də ciddi qarşılıqlı öhdəlik, hüquq müəyyənləşdirmir. Ümumiyyətlə, mənəvi birlik məsələlərini daha çox özündə əks etdirir. Ona görə də bu gün türk dövlətləri arasında hərbi, təhlükəsizlik, müdafiə xarakterli inteqrasiyaya daha çox ehtiyac var. Niyə bu dövlətlər hərbi, təhlükəsizlik və müdafiə xarakterli inteqrasiya sazişlərinə o qədər də maraqlı deyillər? Onlar belə addım atsalar, yəni hərbi, təhlükəsizlik və müdafiə xarakterli saziş imzalamağa dair addım atılarsa nə baş verər?

Türk dövlətlərinə  Strateji saziş təklif edilib, bəs hərbi-müdafiə sazişi nə vaxt olacaq?

"...Təkliflər onu göstərir ki, müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığın baş tutacağı gün o qədər də uzaqda deyil"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, TDT 2009-cu ilin oktyabrında Naxçıvanda yaradılıb, bu təşkilatın yaradılmasında həlledici rolu oynayan dövlətlər içərisində Azərbaycan xüsusi yer tutur. A.Səmədovun sözlərinə görə, həmin təşkilat yaranarkən imzalanmış "Naxçıvan" bəyannaməsində TDT-yə daxil olan türk dövlərinin qarşılıqlı öhdəlikləri müəyyən olunub. "Bu, ilk növbədə xarici siyasət sahəsində əlaqələndirilmiş fəalliyyət göstərmək, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq etmək məsələlərini özündə əks etdirir. Bişkekdə keçirilən TDT-nın sammitində Özbəkistan prezidenti Mirziyoyevin etdiyi təklif daha geniş əməkdaşlığı nəzərdə tutur.  Söhbət strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında müqavilənin qəbul olunması məsələsindən gedir. Buraya hansı öhdəliklərin salınmasını artıq dövlətlər özləri müəyyən etməlidirlər. Bu cür sənədlərdə adətən hərbi sahədə əməkdaşlıq bir qayda olaraq öz əksini tapır. Misal üçün, bu yaxınlarda, bu ilin iyun ayında Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb və onun 4-cü maddəsində tərəflərin ərazisi işğal olunarsa bir-birinə hərbi yardım göstərmək öhdəliyi öz əksini tapıb. Və bu 4-cü maddəyə əsasən, Şimali Koreya əsgərləri bu gün Kurskda döyüşürlər və onların sayı 10 minə yaxındır. Əlavə əsgərlərin də gəlməsi nəzərdə tutulur. Yəni Mirziyoyevin təklifi təkcə mədəni, tarixi və sair sahələrdə əməkdaşlığı nəzərdə tutmir, əgər dövlətlər zəruri saysalar hərbi, təhlükəsizlik, müdafiə sahəsində də öhdəliklər həmin sənədə salına bilər. Ancaq hələlik bu cür sənədin imzalanması ehtimalı, təbiidir ki, yoxdur. Belə bir öhdəliyin götürülməsi çox ciddi məsələdir və bu hərtərəfli hazırlanmalıdır. 

Bir məsələni xatırlatmaq yerinə düşər ki, türkdilli dövlətlərin keçən əsrin 90-cı illərində keçirilən tədbirlərində siyasi məsələlərin müzakirəsi çox ciddi narazlıqla qarşılanırdı. Burada o zaman ən ciddi etirazı bildirən də elə Özbəkistan və onun prezidenti olmuşdu. O qəti şəkildə siyasi məsələlərin türkdilli dövlətlərin başçılarının iclaslarında qaldırılmasına etiraz etmişdi və bir müddət bu tədbirlərdə iştirak etməmişdi. Söhbət Mirziyoyevdən əvvəlki Özbəkistan prezidentindən gedir. Təbiidir ki, Özbəkistanın, Mirziyoyevin bu cür təkliflə çıxış etməsi çox müsbət haldır. Adətən türk dövlətlərinin daha sıx birləşməsi təklifi Türkiyə və Azərbaycandan gəlir. Bir vaxtlar Qazaxıstan da bu məsələdə kifayət qədər fəallıq göstərirdi. Nursultan Nazarbayev Türk Dövlətləri Təşkilatının yaranmasında müstəsna xidmətlər göstərmiş bir dövlət adamıdır". 

A.Səmədovun fikrincə, indi Özbəkistanın belə bir təşəbbüs səsləndirməsi çox sevindirici haldır. A.Səmədovun sözlərinə görə, ancaq biz bir məsələni nəzərə almalıyıq ki, burda ağırlıq ilk növbədə Türk Dövlətləri Təşkilatının ən güclü dövləti olan Türkiyənin üzərinə düşür. Türkiyə hərbi sahədə dünyanın ən güclü 10 dövlətindən biridir və əgər hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalansa, əsas ağırlığı Türkiyə öz üzərinə götürməlidir. Digər dövlətlər belə bir sənədin imzalanmasında daha çox maraqlı ola bilərlər. Ancaq onu da etiraf etməliyik ki, türk dövlətlərindən biri olan Türkmənistan hələ  təşkilatın üzvü deyil, müşahidəçi kimi bu tədbirlərə qatılır. Bu da günümüzün reallıqlarıdır. Türk dövlətlərinin hamısı arzuolunan qədər müstəqil siyasət yeridə bilmirlər. Ancaq Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, indi Özbəkistanın aktiv şəkildə Türk Dövlətləri Təşkilatının əhəmiyyətinin artırılması istiqamətində irəli sürdükləri təkliflər onu göstərir ki, müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığın baş tutacağı gün o qədər də uzaqda deyil. Türk dövlətləri addım-addım bir-birinə yaxınlaşır, çox ciddi sənədlər imzalanır. Bundan əvvəl Şuşada keçirilmiş sammitdə qəbul olunan "Qarabağ" bəyannaməsi də bu təşkilatın inkişafında mühüm rol oynayan bir sənəddir. Yəqin ki, növbəti sammitlərdə bu məsələ yenidən qalxacaq. İlk növbədə Türkiyə belə bir əməkdaşlığın yaradadılmasını zəruri saysa, Mirziyoyevin təklif etdiyi strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında müqavilədə mütləq hərbi sahədə əməkdaşlıq maddəsi də olacaq. Türk dövlətləri addım-addım buna doğru gedirlər, ancaq bir məsələni də biz nəzərə almalıyıq ki, bu cür addımlar atılarkən dünyadakı güc mərkəzlərinin buna göstərəcəyi münasibət də mütləq nəzərə alınmalıdır. Əks halda ciddi problemlər yarana bilər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının aparıcı üzvü olan Türkiyə həm də NATO-nun üzvüdür. Türkiyənin təhlükəsizliyinin təmin olunmasında NATO mühüm rol oynayır və Türkiyə NATO-dakı müttəfiqlərinin, ilk növbədə ABŞ-ın bu məsələyə münasibətini mütləq nəzərə almalıdır. Eyni zamanda türk dövlətlərinin bəziləri hələ də Rusiyanın və Çinin ciddi təsiri altındadır  və onların mülahizələrini nəzərə almadan belə cəsarətli addım atmaları o qədər də asan deyil. Ancaq Mirziyoyevin təklifi çox dəyərli təklifdir və yaxın illərdə bu məsələdə arzuladığımız addımın atılması - Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığının yaranması tamamilə mümkündür"-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ