şənbə günü, 31 oktyabr 2026
     

OPEC+ qərar verdi - Azərbaycan rahat ola bilər...

Image


OPEC+ ölkələri hasilatın bərpası üçün vaxta yenidən baxılacağını elan edərək, neftin qiymətinin 70 dollardan aşağı enməsini dayandırıb. Bunun sayəsində "Brent" markalı neftin fyuçerslərinin qiyməti 75 dollardan yuxarı səviyyəyə qayıdıb. 

Beləliklə, hasilatçı ölkələr neft və qaz büdcəsinin gəlirlərinin aşağı düşməsindən hələ ki, narahat olmaya bilər, - ən azı bu ilin sonuna qədər qiymətlər yüksək həddə olacaq.

Hazırda görünən odur ki, Azərbaycanın da yer aldığı OPEC+ hasilatın azaldılması rejiminin bu ilin sonuna qədər uzadılması qərarından sonra dünya birjalarında neft durmadan bahalaşır. Bu, o fonda baş verir ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb7Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman neft hasilatını könüllü olaraq 2,2 milyon barrel azaldıb. 2024-cü ilin dekabr ayının sonuna qədər bu azalma gözləniləcək. Alyansın "könüllüləri" əlavə istehsal düzəlişləri də daxil olmaqla, sövdələşməyə tam uyğunluğa nail olmaq üçün kollektiv öhdəliklərini bir daha təsdiqləyiblər. Xatırladaq ki, ötən ildən OPEC+ üzvü olan səkkiz ölkə könüllü olaraq hasilatı azaldır. Gündə 2,2 milyon barrel olan ixtisarlardan biri oktyabrın 1-də mərhələli şəkildə dayandırılmalı idi, lakin sentyabrın əvvəlində bu addımın daha iki ay müddətinə təxirə salınması qərara alındı. Əvvəllər OPEC+ könüllü ixtisardan tədricən çıxmağa oktyabrda başlamağı planlaşdırırdı, daha sonra buna dekabrın 1-dən başlamaq qərarı verildi. Sonra bu müddət ilin sonuna kimi uzadıldı. OPEC+ sazişinin iştirakçıları Rusiya və Qazaxıstanın həm sazişə, həm də könüllü hasilatın azaldılmasına, müəyyən edilmiş kvotadan artıq hasil edilən neft həcmlərinə görə kompensasiya cədvəllərinə "sədaqətlərini qəti şəkildə təsdiqləyən" birgə bəyanatını alqışladılar. Rusiya baş nazirinin müavini Aleksandr Novakın ofisi bildirib ki, bu qərar dünya neft bazarlarının sabitliyinə töhfə verəcək və qlobal iqtisadiyyatı dəstəkləyəcək. OPEC-in saytında yerləşdirilən cədvələ əsasən, Rusiya 2025-ci ilin sentyabr ayının sonuna kimi ayrı-ayrı aylarda kiçik hissələrdə hasilatı kollektiv şəkildə sutkada 480 min barrel azaltmalıdır. Rusiya Federasiyası ilə yanaşı, İraq və Qazaxıstan da neft hasilatını azaltmalıdır. Bu ölkələr avqust ayında əlavə hasilatın azaldılmasına başlamalı idi. İndi İraq OPEC+ razılaşmalarına tam əməl etmək üçün 2025-ci ilin sentyabrına qədər neft hasilatını sutkada 1,44 milyon barrel, Qazaxıstan isə 699 min barrel azaltmalıdır. Bu fonda hasilatçı ölkələrin, o cümlədən də Azərbaycanın büdcəsinin neft və qaz gəlirləri artır. OPEC+ qərarı bazar tərəfindən müsbət qarşılanıb. Hesab olunur ki, neft sənayesinə investisiyalar indiki neft qiymətləri ilə davam edəcək. Neft istehsalçıları hesab edirlər ki, ABŞ neft istehsalçıları bir barrel üçün 80 dollardan aşağı olmayan qiymətə ehtiyac duyurlar.

OPEC+-nın razılaşmanın uzadılması ilə bağlı açıqlaması neft qiymətlərini bir qədər yüksəltsə də, bazar 2025-ci ildə tələb artımı ilə bağlı hələ də qeyri-müəyyəndir. Bir çox treyderlər və bazar iştirakçıları gələn il xammala tələbatın artması üçün heç bir ilkin şərt görmürlər. Bəzi hesablamalara görə, hazırda neft bazarında cüzi profisit var. Qlobal neft tələbatı 2024-cü ildə sutkada 500-700 min barrel, gələn il isə 0,5-1 milyon barrel artacaq. Eyni zamanda, Çində yanacaq istehsalı üçün neftə tələbat pik həddə çatıb və indi əsasən neft-kimya məhsulları üçün arta bilər. OPEC+ qərarı artıq dünyanın ən böyük neft istehlakçılarından biri olan Hindistanın reaksiyasına səbəb olub. Ölkənin neft naziri istehlakçıları və istehsalçıları neftin qiymətləri ilə bağlı danışıqlar masasına oturmağa çağırıb. Amma OPEC+ neftə tələbatın yaxın illərdə pik həddə çatacağını gözləmir, çünki dünya iqtisadiyyatı böyüməyə davam edir. OPEC həm uzun, həm də qısamüddətli perspektivdə neft tələbi ilə bağlı müsbət proqnozlara malikdir. Bir neçə il əvvəl bir çoxları  neftə tələbatın 2030-cu ildə pik həddə çatacağını deyirdilərsə, indi tələbat 2035-ci ildə pik həddə çatacaq. Bundan əlavə, son vaxtlar iqtisadi artımın ləngiməsi barədə çox danışılır, lakin real məlumatlar başqa hekayədən xəbər verir. Məsələn, ABŞ iqtisadiyyatı üçüncü rübdə 2,8% artıb. Hər kəs Çində yavaşlamadan danışır. Çin iqtisadiyyatı isə bu il təxminən 5% böyüyüb. İndilikdə OPEC neft bazarında optimist olaraq qalır. Belə ki, kartel 2024-cü ildə dünya neft tələbinin sutkada 1,93 milyon barrel artaraq 104,14 milyon barrel, 2025-ci ildə isə 1,64 milyon brarel artaraq 105,78 milyon barrel təşkil edəcəyini proqnozlaşdırıb. Ekspertlər OPEC+ ölkələrinin  son qərarının neft qiymətlərini dəstəkləyəcəyini bəyan edirlər. Ümumiyyətlə, mövcud reallıqlarda qiymətə təsir edən üç əsas amil var: Yaxın Şərqdəki vəziyyət, OPEC+ planları, həmçinin əsas tələbi təmin edən ən böyük iqtisadiyyatların inkişaf dinamikası. Bunlar fonunda bu il dünya bazarında neftin 1 barrelinin orta qiymətinin 81,4 dollar, gələn il isə 79,2  dollar olacağı proqnozlaşdırılır. Bu, Azərbaycanın büdcə siyasətinə uyğun qiymətlərdir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ