şənbə günü, 31 oktyabr 2026
     

Beynəlxalq təşkilatlarla “23 erməni əsir” manipulyasiyası hələ davam edir...

Image


Akif Nağı: "Ermənistan bu "əsir" oyununa beynəlxalq təşkilatları, müəyyən dövlətləri də cəlb edib nəyəsə nail olmaq istəyir"

Ermənistan beynəlxalq təşkilatları aldatmaqda davam edir və "əsir" manipulyasiyası ilə məşğul olur, bu qurumların diqqətini saxta məlumatlara cəlb etmək istəyir. Bildiyiniz kimi, Ermənistan hələ də beynəlxalq təşkilatlarla separatçı hərəkatın cinayətkar rəhbərlərini, "liderlərini" "hərbi əsir" kimi qələmə vermək oyununu davam etdirir. 

O cümlədən də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə. BQXK ilə  iş prosesində hələ də Ermənistan Bakıda saxlanılan 23 nəfər cinayətkarı  "hərbi əsir" kimi qələmə verir. Halbuki, Azərbaycanda hərbi əsir yoxdur. Separatçı "liderlər" cinayətkardır, onlar qətiyyən hərbi əsir sayılmırlar, onlar cinayət başında yaxalanmış və zərərsizləşdirilmiş canilərdir. Bu faktdır. 

Ermənistan isə gerçəyi qəbul etmək istəmir və BQXK-nın əməkdaşlarının Azərbaycanda saxlanılan cinayətkarlara baş çəkməsi xəbərində işlədilən  ifadələri özlərinə uyğun şəkildə təhrif edirlər. 

Yazırlar ki, bu ilin oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan erməni məhbuslara baş çəkib. BQXK-nın Azərbaycan nümayəndəliyi məlumat yayıb ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə ünsiyyət qurmaları üçün şərait yaradılıb.

Erməni mediası yazır ki, bundan əvvəl BQXK-nın əməkdaşları sentyabr ayında erməni məhbuslara baş çəkiblər. Qırmızı Xaç əməkdaşlarının konkret kiminlə görüşdüyü bildirilməyib. Məlumdur ki, Komitənin məlumatında erməni canilər "əsir" kimi təqdim edilmir. Amma bunlar yazırlar ki, "əsirlikdə olan" "Vigen Euljekchyanın ailəsi onunla bir neçə aydır danışmadıqlarını bildirib və onun sağ olmasına dair sübut tələb ediblər". 

Guya Azərbaycanda 23 "erməni əsir" var. Onların da 17-si 2023-cü ildə "əsir götürülüb". 

Saxlanılan cinayətkar nə vaxtdan "əsir" olur? Yenə də qeyd edirik ki, onlar "əsir" yox, əli Azərbaycan xalqının qanına batmış, dövlətimizə, ərazi bütövlüyümüzə qarşı silahlı cinayət törətmiş qatı cinayətkarlardır. Arkadi Qukasyanın da, Bako Saakyanın da, Arayik Arutyunyanın da, Ruben Vardanyanın da, David Manukyanın da, Levon Mnatsakanyanın da, David Babayanın da əli xalqımızın qanına batıb, onlar cinayətlərinin cəzasını alacaqlar. 

"Azərbaycana bu qondarma məsələ ilə təzyiq göstərməyə cəhd etməklə heç nəyə nail ola bilməyəcəklər"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, ermənilər Azərbaycana qarşı ən müxtəlif vasitələrdən istifadə edirlər: "Bununla Azərbaycanın mövqeyinə hansısa zərər vurmaq, Azərbaycanı sıxıntıya salmaq, ittihamlarla üz-üzə qoymaq niyyəti güdürlər. Əsas məqsədləri də odur ki, Azərbaycanın beynəlxalq aləmdə və bölgədə mövqeyi zəifləsin. Ermənilər bizim torpaqlarımıza köçürüləndən, biz onlara öz torpaqlarımızda yer verəndən sonra onlar ancaq "yersiz gəldi yerli qaç" fəlsəfəsi ilə hərəkət etməyə çalışıblar. Özlərinin burada qonaq olduqlarını unutmaq üçün burada qonaq olmadıqlarını, gəlmə olmadıqlarını  sübut etməyə çalışıblar. Azərbaycanlılar da, başqa xalqlar da, respublikalar da ermənilərə "siz bura gəlməsiniz, yer xalq deyilsiniz" deyirdilər, onlar da bundan həmişə rahatsız olublar. Bu səbəbdən də bu torpaqların "sahibinə" çevrilmək istəyirdilər. Necə ki, I Pyotrun vaxtından bunları köçürülməsinin əsası qoyuldu və bugünə qədər də həmin xətt davam edir. Azərbaycanın gücü qarşısında bu xətt zəifləyib. Erməni "əsirləri" məsələsini ortaya atıblar və bundan istifadə etməyə çalışırlar. Hər kəs  bilir ki, burda "əsirdən" söhbət getmir. Döyüş olmayıb ki, onlar hansısa döyüşə rəhbərlik etsinlər, faktiki olaraq o şəxslər Azərbaycana qarşı terror aktlarına rəhbərlik edirdilər. Əsir o deməkdir ki, konkret döyüş zamanı bu və digər tərəfdən əsir götürülsün. Ermənilər tərəfindən işlədilən "əsir" ifadəsi yerində deyil.  Ermənistan çalışır ki, bəzi beynəlxalq təşilatlar, bəzi dövlətlər "əsir" məsələsini gündəmdə saxlasın, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi  istifadə etsin. Fransa kimi bəzi dövlətlər, BQXK və ona oxşar regional və  beynəlxalq qurumlar Azərbaycanın regiondakı liderlik mövqeyi ilə hesablaşmaq istəmirlər, dövlətimizi zəiflətməyə çalışırlar. Çünki əgər Azərbaycan zəifləyərsə həmin bu Qərb mərkəzləri, Qərb dövlətləri regiona çox asanlıqla girə biləcəklər. Gürcüstana girməyə cəhd göstərdilər, gürcülər onlara xeyli güzəştə getdilər, xeyli aldandılar, sonra başa düşdülər ki, hər bir dövlətin özünün marağı var.   Bu marağın da mərkəzində ərazi bütövlüyü məsələsi dayanır. Sənin ərazi bütövlüyün pozulursa başqa heç nədən, hansısa uğurdan, nəticədən danışmaq olmaz. Bütün böyük və kiçik dövlətlər ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getmirlər..."  

Qərbin bölgəyə daxil olmaq üçün Ermənistandan alət kimi istifadə etdiyini deyən A.Nağının sözlərinə görə, o ölkələr Ermənistana humanizm göstərmir, ondan öz maraqlarına uyğun şəkildə yararlanır. "Bakıda saxlanılan cinayətkarlara "əsir" adı qoyub onları ortaya atıblar və müəyyən dövlətlər Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Ermənistan da alət rolunda olsa da, özü üçün nəsə əldə etməyə, qazanmağa çalışır. Ermənistan bu "əsir" oyununa beynəlxalq təşkilatları, müəyyən dövlətləri də cəlb edib nəyəsə nail olmaq istəyir. Azərbaycanın mövqeyi aydındır. Dünyanın qarşısına fakt qoyur. Qanunlara tam riayət etməklə  Azərbaycana qarşı cinayət əməlləri törətmiş hərbi caniləri zərərsizləşdirib, həbs edib Bakıya gətirib. Hər bir normal dövlət bu mövqedən çıxış edərdi. İspaniyada Barselonaya bağlı separatçı liderlərin bir hissəsini tutdular, bir hissəsi qaçıb Avropa getdi. İspaniya hökuməti onlara qarşı heç bir güzəştə getmirdi. Başqa bir ölkə də eyni dərəcədə hərəkət edərdi. Heç bir ölkə razılaşmaz ki, onun ərazisində kimlərsə separatçı hərəkətlə məşğul olsun, sonra da heç nə olmamış kimi həyatını, fəaliyyətini davam etdirsin. Buna Azərbaycan da razı olmazdı. Dünya da bunu başa düşür, ən azından başa düşməlidir. Azərbaycan haqlı mövqeyini ortaya qoyur. Onların nə deməyindən aslı olmayaraq separatçılar cəzalarını çəkəcəklər. Kimi istəyirlər göndərsinlər, gəlib faktlarla, sənədlərlə tanış olsun. Onların yüzlərlə, minlərlə insanı qətlə yetirməsi ilə bağlı saysız faktlar var. Bunlarla tanış olsunlar, sonra söz desinlər. Azərbaycana bu qondarma məsələ ilə təzyiq göstərməyə cəhd etməklə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan COP29-u keçirəcək, digər böyük tədbirlərə də ev sahibliyi edəcək, heç kəs Azərbaycanı öz yolundan döndərmək gücündə deyil. Azərbaycan həm özü güclüdür, eyni zamanda da türk dünyası ailəsinin, Turan ailəsinin bir hissəsidir, bir üzvüdür. Azərbaycan Prezidenti bu məsələni aydın şəkildə vurğulayır. Azərbaycan tək deyil, burda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan var. Bu böyük bir güc mərkəzi, strateji mövqedir. Türkiyə ilə Azərbaycan arasında Şuşa bəyannaməsi imzalanıb"-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ