şənbə günü, 31 oktyabr 2026
     

Qazax-İrəvan qaz kəməri bərpa olunur - ermənilər şübhə edir, Naxçıvan-İrəvan variantı da var...

Image


"Qazprom Armeniya" Azərbaycanda qaz hasilatının həcmini 18,3 milyard kubmetr az göstərib

Artıq Ermənistanda ölkənin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu barədə müzakirələr başlayıb. Belə ki, "Qazprom Armeniya"nın Ermənistanın enerji təhlükəsizliyinə dair keçirdiyi seminarda energetika üzrə ekspert Armen Manvelyan  deyib ki, Qazax-İrəvan qaz kəməri işə salınsa belə, Azərbaycan çətin ki, sırf iqtisadi səbəblərdən Ermənistana qaz nəqlində maraqlı olsun.

"Sputnik Armeniya"nın məqaləsində qeyd edilir ki, ötən il Azərbaycan təxminən 30 milyard kubmetr qaz hasil edib ki, bunun da 22 milyardı Gürcüstan ərazisindən keçən (British Petroleum tərəfindən idarə olunan) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə ixrac edilib: "Qazın bir hissəsi Türkiyəyə (ildə 4-6 milyard kubmetr), yerdə qalan 16 milyard kubmetri Yunanıstan və Bolqarıstana, digər hissəsi (8-10 milyard kubmetr) Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya verilir. Azərbaycanın əlavə qaz həcmləri (Ermənistana nəzəri satış üçün) məhduddur: birincisi, özü, neft hasilatı ehtiyacları da daxil olmaqla, təxminən 8 milyard kubmetr qaz istehlak edir. Azərbaycanın buna öz qazı çatmır və onun bir hissəsini Rusiyadan alır (açıq mənbələrə görə, ildə təxminən 1 milyard kubmetr). İkincisi, Azərbaycanın Avropa və Türkiyəyə ixracını ikiqat artırmaq öhdəliyi var".

"Avropa bazarı onlar üçün daha maraqlıdır, çünki orada qiymətlər bahadır. Məsələn, Türkiyəyə min kubmetrini 290-320 dollara satırlar, Ermənistan isə Rusiyadan qazın min kubmetrini 165 dollara alır", - Manvelyan əlavə edib.

Öz növbəsində, "Qazprom Ermənistan"ın baş direktoru Aşot Akopyan qeyd edib ki, sırf texniki baxımdan Qazax-İrəvanın bərpası tamamilə real işdir. Sovet dövründə Ermənistan qazını bu qaz kəməri ilə alırdı, həmin dövrdə inkişaf etmiş sənaye sayəsində respublika daha çox qaz istehlak edirdi: 80-ci illərin sonu 90-cı illərin əvvəllərində - 6 milyard kubmetrə qədər (indi Rusiya və İrandan idxal edir) qaz idxal edilirdi. Qazax-İrəvan xətti diametri 1000 və 800 mm olan iki borudan ibarətdir və Ermənistan ərazisindən keçən hissə hələ də daxili magistral kəmər kimi istifadə olunur.

"Texniki olaraq boruların yenidən birləşdirilməsi zaman məsələsidir. Bunun üçün yeni texnoloji həllər tələb olunmur. Qalan məsələlər başqa müstəvidə, sırf bazarda həllini tapa bilər", - "Qazprom Ermənistan"ın rəhbəri əlavə edib.

Sentyabrın ortalarında İrəvanda keçirilən II Dünya Erməni Sammitində çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistana qaz nəqli variantını təklif edən Bakının son bəyanatlarını şərh edib. Baş nazir bildirib ki, sülh müqaviləsi imzalanmaq şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etmir. Eyni zamanda o, Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçməsi ssenarisini də istisna etməyə ehtiyac olmadığını bəyan edib.

Xatırladaq ki, Ermənistan Rusiyadan təxminən 2,3 milyard kubmetr (2023-cü ildə - 2 mlrd. 360,4 mln.), İrandan isə 300-400 mln. kubmetr (2023-cü ildə – 370,4 mln.) qaz idxal edir. Rusiyadan gələn qaz ümumi istehlak üçün, İrandan isə istilik elektrik stansiyalarının istismarı üçün istifadə olunur.

Müqaviləyə əsasən, Ermənistanın Rusiyadan qazı 2030-cu ilə qədər olan dövr üçün hər min kubmetrini 165 ABŞ dollarına - sabit qiymətə alması nəzərdə tutulub.

İrandan isə qaz barter yolu ilə İES və digər istilik stansiyalarında istehsal olunan 3 kilovat-saat elektrik enerjisi üçün 1 kubmetr qaz sxeminə əsasən alınır.

Müzakirələr "Qazprom Armeniya" tərəfindən təşkil edildiyindən, burada ekspertlər Rusiyanın Ermənistanın enerji təhlükəsizliyində əvəzedilməz rolunu əsaslandirmağa çalışıblar və bunun üçün bəzi rəqəmləri təhrif ediblər. Ekspertlər bu əsaslandırma zamanı Azərbaycanın imkanlarının məhdudluğunu və Rusiyanın Ermənistana satdığı qazın daha ucuz olduğunu arqument gətirirlər. Birincisi, Rusiya ilə Ermənistan arasında siyasi münasibətlər indiki sürətlə kəskinləşəcəksə, yaxın zamanlarda Rusya Ermənistana nəinki dünya bazarı qiymətinə qaz satacaq, ümumiyyətlə qaz nəqlini dayandıracaq. Baxmayaraq ki, Ermənistanla aralarında 2030-cu ilə qədər sabit qiymətə qaz satışı barədə müqaviləsi var. Heç deməyəcək ki, sizə qaz satmıram, Ermənistana gedən kəmərin öz ərazisindən keçən hissəsində bir təxribat səhnəsi qurulacaq və "texniki səbəblərdən" qaz nəqli uzun müddətə dayandırılacaq. Rusiyanın kurasiyasında olan müxtəlif ölkələrə qarşı bu cür addımları çox tez-tez müşahidə edilir. Bunu Ermənistanda Nikol Paşinyandan tutmuş sıravi vətəndaşa qədər hamı bilir. Ona gorə də Ermənistan Rusiyadan uzaqlaşdıqca özünün enerji təhlükəsizliyi barədə düşünməlidir. Bölgədə isə Azərbaycandan başqa alternativ yoxdur.

İrandan qaz idxalına gəldikdə isə, rəsmi Tehran sanksiyalar altında olduğundan Ermənistana böyük həcmdə qaz sata bilməz. Digər tərəfdən, İrana sanksiyaları elə Ermənistanın inteqrasiya etdiyi Qərb və ABŞ qoyub. Bu səbəbdən Ermənistan İrana qoyulan sanksiyalari pozaraq ondan daha böyük həcmdə qaz ala bilməz. Ermənistanın İrandan aldığı qaz hazırda kiçik həcmdə və barter əsasında olduğundan Qərb ona göz yumur. Düşünülür ki, Ermənistan qaza görə İrana dollar vermir. Yəni texniki, qiymətlər və hasilat imkanları baxımından Ermənistanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu "Qazprom Armeniya" tərəfindən nə qədər aşaği qiymətləndirilsə də, sülh müqaviləsi bağlandığı təqdirdə enerji təhlükəsizliyi məsələsində Bakı İrəvanın ən etibarli tərəfdaşı ola bilər.

Müzakirələr zamani "Qazprom Armeniya"nın mütəxəssisi bildirir ki, Azərbaycanda ötən il 30 milyard kubmetr qaz hasil edilib. Halbuki, 2023-cü ildə Azərbaycanda 48,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,9 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 26,2 milyard kubmetri "Şahdəniz", 0,8 milyard kubmetri "Abşeron",  8,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib. Yəni müzakirələr zamanı Azərbaycanın qaz hasilati 18,3 milyard kubmetr az göztərilir. Həmin fərqlə Ermənistan kimi 6 ölkənin qaza tələbati ödənilə bilər. Növbəti illərdə isə Azərbaycanın qaz hasilati 60 milyard kubmetrə çata bilər ki, buradan Ermənistana 3-4 milyard kubmetr qazın satılmasi heç bir problem yaratmaz.

İnfrastruktura gəldikdə isə, birincisi, müzakirə olunan Qazax-İrəvan qaz boru kəmərinin bərpası zaman masələsidir, bəlkə də bu kəmər bir necə aya bərpa edilə bilər. Kəmərin illik ötrücülük qabiliyyəti 6 milyon kubmetr, yəni Ermənistanın indi idxal etdiyi illik qaz həcmindən iki dəfə çoxdur.

Digər tərəfdən, İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin prezidentləri tərəfindən qoyulub. Qaz kəmərinin tikintisinin qarşıdakı günlərdə tamamlanacağı gözlənilir. Düzdür, bu boru kəmərinin ötürücülük qabiliyyəti ildə 730 milyon kubmetrdir və Naxçıvanın tələbatını təmin etmək üçün nəzərdə tutulub. Amma hazırda Naxçıvan elə bu həcmdə qazı İrandan alır. İrandan alınan qaz həcmini saxlamaqla İğdırdan gələn qazın bir hissəsi də Ermənistana ötrülə bilər. Əgər lazım gəlsə, bu boru xəttinə paralel boru kəməri də çəkilə bilər. Amma fikrimizcə, Qazax-İrəvan boru kəmərinin bərpası kifayətdir, çunki bu kəmər Ermənistanın hazırda aldıği qazdan iki dəfə çox qaz öturmək qabiliyyətinə malikdir.

Azərbaycanın Ermənistana satacaği qazın qiymətinə gəldikdə isə, bunun güzəştli olması üçün İrəvan Bakıya nəsə təklif etməlidir və ya güzəştə getməlidir. O güzəşt və təklifin nədən ibarət olacağı isə bu iki ölkənin imkan və maraqlarından asılı olacaq.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ