şənbə günü, 31 oktyabr 2026
     

Ermənistan “genosid kampaniyasından” rəsmi imtina etdi...

Image


Məhərrəm Zülfüqarlı: "Ermənistanda anlamağa başlayıblar ki, qondarma soyqırım iddiası onlara xeyir gətirmir və onların gələcəyi sülhlə, Azərbaycanla münasibətlərin normallaşması ilə bağlıdır"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada (parlamentdə) bildirib ki, erməni "soyqırımının" beynəlxalq səviyyədə tanınması məsələsi Ermənistanın xarici siyasət gündəmində bir nömrəli prioritet deyil. 

Mirzoyanın sözlərinə görə, "erməni soyqırımı"nın öyrənilməsi və ya onun bir nömrəli prioritet edilməsi, təbii ki, XİN-in gündəliyində prioritet deyil. "Ermənistan Xarici İşlər Nazirliyinin bir nömrəli prioriteti Ermənistan ətrafında sülhün və sabitliyin təmin edilməsidir, bizim nəzərdən keçirdiyimiz bir nömrəli addım və istiqamət Azərbaycanla münasibətlərin normallaşdırılması prosesidir", - deyə Mirzoyan qeyd edib.

Ermənistan rəsmən genosiddən imtina edir. Ermənistanın xarici işlər naziri bəyan edir ki, bir nömrəli prioritet sülh mühitinin yaradılması, bir nömrəli addım Azərbaycanla normallaşmadı. 

"Məqsəd də Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq, əsasən də Rusiyanın təsir dairəsindən çıxmaqdır"

Siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistanın qondarma erməni "genosidindən" imtina edəcəyi gözlənilməz deyildi və bu onların artıq reallığı nəzərə almağa başladıqlarını göstərir. "Son vaxtlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların gedişində müəyyən açıqlamalar verilir, bu da hardasa danışıqlarda müəyyən müsbət irəliləyişlərin olduğundan xəbər verir. Amma tam açıqlama yoxdur. Ermənistanın xarici işlər nazirinin bu bəyanatına gəlincə, Mirzoyanın bu açıqlaması göstərir ki, artıq Ermənistan rəhbərliyi qondarma soyqırım iddiasının onlara zərər vurduğunu dərk edir. Ermənistanda anlamağa başlayıblar ki, qondarma soyqırım iddiası onlara xeyir gətirmir və onların gələcəyi sülhlə, Azərbaycanla münasibətlərin normallaşması ilə bağlıdır. Burada bununla yanaşı başqa bir variant da ola bilər. Mirzoyanın bu açıqlamasının altında hiyləgər siyasi-diplomatik gediş də dayana bilər. Yəni sülh müqaviləsi bağlayana, kommunikasiyaların açılmasına nail olana, Türkiyə ilə sərhədlər açılana qədər bu uydurma məsələni gündəmə gətirməzlər, amma fürsət düşəndə yenə də ondan danışacaqlar. Bu varinatı da diqqətdə saxlamaq lazımdır.

Bilirsiz ki, Birinci Dünya müharibəsinə aid udurma, yalan, qondarma "soyqırım" məsələsindən Ermənistan uzun müddət qardaş Türkiyəyə və Azərbaycana qarşı istifadə edib. Nazir indi bəyan edir ki, Ermənistanın xarici siyasətinin bir nömrəli prioriteti deyil".

M.Zülfüqarlı bildirdi ki, nazir Ermənistanın xarici siyasətinin bir nömrəli prioriteti olmadığını desə də, amma birdəfəlik ondan əl çəkdiklərini deməyib. "O, bu yalanın, uydurmanın təbliğindən birdəfəlik imtina etdiklərini demir. Bilir ki, bunun heç bir əsası yoxdur. Amma erməniləri yaxşı tanıyırıq və ola bilsin, gələcəkdə bu, "bir nömrəli məsələ də" olsun. Bu bir tərəfdən erməni hiyləgərliyidir, diplomatik gedişdir. İkincisi, Ermənistanın öz havadarları ilə bir yerdə daim gündəmdə saxladığı və alətə çevirdiyi qondarma soyqırım məsələsinə diqqətlə yanaşsaq və bunu araşdırsaq burda erməni yalanları bir daha öz təsdiqini tapacaq. Dəfələrlə Türkiyə tərəfi bildirib ki, arxivlər açılmalıdır və bu işlə tarixçilər məşğul olmalıdır. Türkiyə buna hazır olsa da, Ermənistan buna heç zaman hazır da olmayıb, razı da. Çünki bilir ki, arxivlər açılanda ermənilərin öz vətənlərinə - Osmanlı imperiyasına xəyanətləri üzə çıxacaq. Bunu hamı bilsə də, amma bir daha təkrar etmək lazımdır ki, Birinci Dünya müharibəsi dövründə rus-Osmanlı cəbhəsində döyüşlər gedərkən  Türkiyə vətəndaşı olan ermənilər arxa cəbhədə ruslara kömək məqsədilə qiyam qaldırır və vətənlərinə xəyanət edirlər, dinc müsəlmanları qırırlar. Sonra isə Osmanlı ordusu ermənilərin bu qiyamını yatırmaq üçün əməliyyat həyata keçirir, nəticədə qiyamçıların bir hissəsi zərərsizləşdirlib, bir hissəsi isə Türkiyə-Suriya sərhədinə köçürülüb. Burada olmayan genosiddən danışmaq lazım deyil, erməni xəyanətindən danışmaq olar. Digər tərəfdən, əməliyyat yalnız cəbhə bölgəsində aparılıb. Yəni digər ərazilərdə yaşayan ermənilərə qarşı heç bir əməliyyat olmayıb. Amma bəzən yalan ayaq tutub yeriyir də, yeriməz də. Bu yalan uzun müddət Qərb ölkələri üçün Türkiyəni vurmaq, təzyiq altında saxlamaq üçün bir kart rolunu oynayıb. Belə bir misal var ki: Qərb ölkələri Türkiyədən nəyisə almaq, yaxud nəyisə vermək istəməyəndə qondarma "soyqırım" məsələsini ortaya atırlar. Məsələn, Türkiyə uzun müddətdir Avropa Birliyinə girmək istəyir, amma qəbul etməmək üçün şərt qoyurlar ki, sən qondarma erməni "soyqırımını" tanı, biz ondan sonra bu məsələni müzakirə edə bilərik. Bilirsiz ki, bu adi məsələ deyil, bunun arxasında Türkiyəyə qarşı böyük tələblər, ərazi, təzminat məsələsi var. Bu, Türkiyənin beynəlxalq imicinə böyük zərbə ola bilər. Buna görə də qardaş Türkiyə bu yalanlara qarşı mübarizə aparır, bunu tarixçilərin öhdəsinə buraxmağı təklif edir". 

M.Zülfüqarlının bildirdiyinə görə, Azərbaycan qalib ölkə kimi Qafqazda güclü siyasət yeridir və belə olan halda indiki Ermənistan rəhbərliyi bilir ki, Azərbaycanla danışıqlar apararkən ölkəmiz qardaş Türkiyəyə qarşı iddia olunan bu yalanı qəbul edə bilməz. "Erməni nazirin dediyi öz yerində, amma biz öz növbəmizdə ayıq-sayıq olmalıyıq. Yəni ermənilər bu yalandan birdəfəlik əl çəkmirlər, bunu hələlik arxa plana keçirirlər. Məqsəd də Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq, əsasən də Rusiyanın təsir dairəsindən çıxmaqdır. Belə olan halda Azərbaycan öz dövlət maraqlarından çıxış etməlidir, qalib dövlət kimi öz tələblərinin həyata keçirilməsinə nail olmalıdır. Bu məsələdə mütləq qardaş Türkiyə ilə birlikdə olmalıdır. Yəni Ermənistan öz gerbinə Ağrı dağının şəklini qoymaqla Türkiyəyə qarşı ərazi iddiası edir. Bu beynəlxalq qanunlara, beynəlxalq prinsiplərə ziddir. Bundan başqa, öz konstitutsiyasında Qarabağı öz ərazisi kimi göstərib. Demək konstitutsiya dəyişikliyi olmalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan da maraqlıdır ki, regonda bir daha qarşıdurma, müharibə olmasın. Ona görə də sərhədlərin müəyyən olunması, işğalda olan bəzi kəndlərin, anklav ərazi olan Kərkinin geri qaytarılması və sair məsələlər üzrə danışıqları davam etdirməliyik. Ola bilər ki, çərçivə sazişi, yaxud niyyət protokolu  imzalansın, sonradan bu danışıqlar davam etsin və mərhələ-mərhələ bunların həllinə gedilsin. Bütün hallarda iki dövlətin maraqlarına uyğundur ki, gələcəkdə hərbi əməliyyatlar olmaması üçün hansısa razılığa gəlinsin. Zəngəzur məsələsi isə Azərbaycanın prioritet məsələsidir. Bu məsələdə də Azərbaycan dayanan deyil, çünki Azərbaycanın da başqa bir variantı var. Bu da "Araz dəhlizidir". İranlıa bağlanan müqaviləyə görə də Zəngilandan və  Cənubi Azərbaycan ərazisindən keçməklə Naxçıvana yol çəkilir. Gələcəkdə hər iki dəhlizdən istifadə etmək Azərbaycanın maraqlarına uyğundur. Hələlik Rusiyanın təsiri qaldığı üçün bu proses uzanır. Çünki Rusiya bu dəhlizi əlində saxlamağa çalışır. Ermənistan isə bu dəhlizə nəzarəti öz əlində saxlamaq istəyir. Azərbaycan haqlı olaraq bilirir ki, öz əsas hissəsindən digər ərazisi olan Naxçıvana nəqliyyat vasitələri, daşınan mallar "yaşıl dəhliz" vasitəsilə keçməlidir. Çünki biz başqa ölkəyə mal aparmırıq, başqa ölkədən mal almırıq, Azərbaycanın bir ərazisindən başqa əraziyə keçirik" - deyə M.Zülfüqarlı qeyd etdi.

O bildirdi ki, o zaman Azərbaycanın tarixi əraziləri SSRİ tərəfindən qanunsuz olaraq Ermənistana verilib. "Biz BMT-də dövlətlərin ərazi bütövlüyü məsələsinə uyğun olaraq ərazi iddiası ilə çıxış etmirik, amma burada o yanlışları aradan qaldırmaq üçün   bu cür "yaşıl dəhliz" istəyirik. Əgər bu alınmasa biz gələcəkdə başqa prinsiplə çıxış edib Azərbaycanın tarixi ərazilərinin qaytarılması məsələsini ortaya qoya bilərik" - deyə M.Zülfüqarlı qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ