şənbə günü, 31 oktyabr 2026
     

Dünya qızılla bərabər gümüş də yığmağa başlayır - Rusiya nəyi hədəfləyib?..

Image


ABŞ üçün Rusiyanin hədəflərindən narahat olmağa ciddi əsaslar var

Rusiyanın gümüş ehtiyatlarını artırmağa başlamaqla qeyri-ənənəvi addım atması Amerika mediasında gündəm oldu.

1965-ci ildə ABŞ gümüş sikkələri kəsməyi dayandırıb və 70-ci illərin sonunda bütün gümüş ehtiyatlarını satıb. O vaxtdan bəri bu qiymətli metaldan ölkələr pul və ya strateji aktiv kimi istifadə etmirlər.

Lakin son vaxtlar vəziyyət dəyişib. Amerikanın "The Daily Reckoning" nəşri yazır ki, Rusiya qiymətli metal ehtiyatlarını böyük miqdarda gümüş əlavə etməklə doldurmaq qərarına gəlib.

Məqalədə qeyd edilir ki, Rusiya hökuməti bu yaxınlarda gümüşün strateji ehtiyatlarını yaratmaq niyyətini açıqlayıb. Bu qərar qeyri-adidir, çünki gümüş uzun müddətdir dünya ölkələrinin mərkəzi banklarının gözündən düşüb.

Bununla belə, nəzərə almaq lazımdır ki, Rusiya hazırda Qərb ödəniş sistemlərindən təcrid olunub. Belə bir şəraitdə ölkə alternativ maliyyə sistemləri və aktivləri axtarışındadır. Ola bilsin ki, Rusiya və müttəfiqləri dünyanın gümüş bazarında resursları qıtlaşdırmaqla qiymətləri bahalaşdırsın və yeni yaratdıği iqtisadi birlik - BRİCS çərçivəsində gümüş valyuta buraxsın.

Görünən odur ki, bu vəziyyətdə də əsas dəfinə rolunu qızıl oynayacaq. Amma qızıl ilə birlikdə gümüşüň də qiymətli metal kimi dövriyəyə əlavə edilməsi tam mümkündur. Bundan əlavə, Rusiyanın BRİCS blokuna və Qlobal Cənub ölkələrinə əhəmiyyətli təsiri var. Hansı ki, dünya gümüş ehtiyatlarının 40 faizə qədəri bu ölkələrdə cəmləşib. ABŞ və Avropanın üst-üstə cəmi 135 min ton təsdiqlənmiş yataqlarında gümüş ehtiyatı var. Dünya üzrə təsdiqlənmiş yataqlarda isə cəmi 600 min ton gümüş ehtiyatı var.

Çox güman ki, digər ölkələr də Rusiyadan nümunə götürərək öz strateji gümüş ehtiyatlarını yaratmağa başlayacaqlar. Bu isə Rusiyanın hədəflədiyi məqsədlərə çatmağını sürətləndirə bilər.

Onu da sərf-nəzər etməyək ki, gümüş sadəcə qiymətli metal deyil, müasir dünyada müxtəlif sənaye sahələrində istifadə olunan strateji əhəmiyyətli xammaldır. Bu gün gümüş qiymətli metal kimi deyil, strateji xammal kimi daha çox əhəmiyyətlidir.

Elektronika, batareyalar, günəş panelləri, tibbi məhsullar, yarımkeçricilərin, ciplərin və digər avadanlıqların istehsalında gümüşdən daha çox istifadə olunur. Bundan əlavə, gümüş yüksək texnologiyalı, yüksək dəqiqlikli müxtəlif növ silahların istehsalında da geniş istifadə olunur.

Yeri gəlmişkən qeyd edək ki, bir sıra ekoloji layihələrdə də gümüşdən geniş istifadə edilir. Məsələn, atmosfer su generatorlarının istehsalında gümüşdən geniş istifadə edilir. Bu baxımdan geosiyasi qeyri-sabitlik şəraitində böyük miqdarda gümüş ehtiyatı saxlamaq ağıllı addımdır.

Rusiyanın gümüş almaq niyyəti barədə xəbərin yayıması dərhal bu əlvan metalın qiymətinə təsir edib. Metalın qiyməti kəskin şəkildə artıb və son 12 ilin ən yüksək səviyyəsinə çatıb. Beləliklə, hesab etmək olar ki, ölkələrin öz gümüş külçə ehtiyatlarını yaratması məntiqlidir.

Qeyd etmək lazımdır ki, dünya ölkələrinin mərkəzi bankları tərəfindən qızılın yığılması mövzusuna Qərb mediasında çox diqqət yetirilir. Tez-tez bu tendensiyanın isə Rusiya tərəfindən stimullaşdırıldığı qeyd olunur. İndi ehtimal ki, gümüşlə baş verənlərə də diqqət yetiriləcək.

Əslində digər ehtiyatlara nisbətən Rusiyanın gümüş ehtiyatları daha azdir. Dünya gümüş ehtiyatlarının cəmi 11 faizindən bir qədər çoxu, yəni 600 minyon dünya ehtiyatının cəmi 68 min tonu Rusiyanın payına güşür. Amma onun dünyada rəqibi olan Amerikanın cəmi 25 min ton, Avropa ölkələrindən isə Polşanin 110 min ton gümüş ehtiyatı var. Bu iki ölkədə ildə 2,2 min ton gümüş hasil edilir. Amerikanin müttəfiqlərindən ən çox gümüş ehtiyatlarına malik ola ölkə Peru, Avstraliya və Meksikadır. Bu ölkələrin üst-üstə gümüş ehtiyatlarının həcmi 236 min ton təşkil edir. Deməli, ABŞ və müttəfiqlərinin birlikdə gümüş ehtiyatı 371 min tonu, yəni toplam dünya gümüş ehtiyatlarının 62 faizini təşkil edir. Bu o deməkdir ki, Rusiyanin gümüş ehtiyatı yaratmasını elan etməsi ABŞ və müttəfiqlərini narahat etməlidir.

Çox güman ki, dünya təbii sərvətlərinin 40 faizini öz ərazisində cəmləyən Rusiya dünyada gümüş ehtiyatları balansını da öz xeyirinə dəyişmək istəyir.

Hazirda Rusiya Qərb və Amerika ilə mübarizədə intellekt defisitinə görə əziyyət cəkir. Lakin onu ayaqda saxlayan ərazilərindəki təbii sərvətlərin bolluğudur. Rusiya ərazisində D.Mendeleyev cədvəlində yer alan kimyəvi elementlərin hamısı var və özü üçün kifayət edir. Bugünə qədər Rusiyanı ayaqda saxlayan faktor məhz budur.

Son zamanlar dünyada yüksək texnologiyalı silahların istehsalından dolayı gümüşə tələbat artıb və bu artım qarşıdakı illərdə daha yüksək templə irəliləyəcək. Ona görə ki, dünyanı müharibələr ağuşuna alıb. Həmin yüksək texnologiyalı silahlar istifadə edilir və onların yerini doldurmaq üçün yenilərini istehsal etməyə tələbət yaranır. Görünür, Rusiya mütəxəssislərinin hesablamalarina əsasən, dünyada indiki proses hələ uzun müddət davam edəcək və ya daha da şiddətlənəcək. Ona görə də dünyada məhdud miqdarda olan gümüşün çatışmazlığı yarana bilər. Bu səbəbdən də Rusiya kənardan almaqla ölkədə gümüş ehtiyatı yaratmaq fikrinə düşüb.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ