şənbə günü, 31 oktyabr 2026
     

Ermənistan üçün "Moldova dərsləri"... Heyf, nəticə çıxarılmır...

Image


Məlum olduğu kimi, cari il oktyabrın 20-də Moldovada prezident seçkiləri və ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumu keçirilib. Əvvəldən də gözlənildiyi kimi, birinci turda prezidentlik uğrunda mübarizədə qalib müəyyənləşmədi, avrointeqrasiya tərəfdarları isə kiçik fərqlə qalib gəldilər. 

Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək. İkinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, 42,49 faiz - 656,852 səs toplayan Maya Sandu və 25,95 faiz - 401,215 səs toplayan Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo yarışacaqlar.

Baş verənlər Moldovanın hazırkı iqtidar tərəfdarlarını və Qərbi ciddi şəkildə məyus edir. Məsələ burasındadır ki, indiki iqtidar tərəfdarlarının iddiasına əsasən, Maya Sandu elə ilk turdaca qalib gələcək və konstitusiya referendumunda moldovalıların böyük əksəriyyəti ölkənin Avropa İttifaqına üzvlüyünə səs verəcək. Ancaq səsvermənin nəticələri göstərdi ki, Moldovada heç də hamı Avropanın əlaltısı olmaq istəmir. Ölkə daxilində vətəndaşların 46 faizi Moldovanın Avropa İttifaqına  qoşulması məqsədilə konstitusiyaya dəyişiklik edilməsinin "lehinə" səs verdi və yalnız xaricdəki diaspor nəticəni çox simvolik, lakin qələbə üçün kifayət edən 50,4 faizə çatdırdı. Faizlərdə fərq o qədər də hiss olunmur, ancaq seçici sayını görəndə tam başqa mənzərə yaranır: 750 min 238 nəfər Aİ-nin lehinə, 738 min 636 nəfər isə əleyhinədir. Yəni, Aİ tərəfdarlarının üstünlüyü proqnozlaşdırılandan xeyli aşağı oldu. Seçki kampaniyasının gedişi, eləcə də seçkilərin birinci turunun ilkin nəticələri birmənalı şəkildə Moldova cəmiyyətində dərin vətəndaş və siyasi parçalanma hallarını üzə çıxardı. Beləliklə, seçkilərin nəticələri aydın şəkildə göstərdi ki, Moldovanın özündə vətəndaşların əhəmiyyətli bir hissəsi Aİ-yə doğru inteqrasiyanı dəstəkləmir. Lehinə verilən minimum səs çoxluğu belə deməyə əsas verir ki, Moldova cəmiyyətinin yarısı Avropaya getməyə tələsmir və yalnız diaspor referendumda həlledici amil kimi çıxış etdi. Maraqlıdır ki, 1,2 milyona qədər moldovalı xaricdə yaşayır, ölkə əhalisi isə 2,5 milyondur. Bu o deməkdir ki, səsvermədə diaspor səslərinin həlledici rol oynayacağı əvəldən gözlənilirdi.

Moldovada əhalinin yarısının Avropa İttifaqına üzvlükdən imtina etməsi xalqın müəyyən hissəsinin Qərblə dərin inteqrasiyaya qarşı olduğunu göstərir. Bu vəziyyət Gürcüstanda da müşahidə olunan bir tendensiyadır. Səbəb Qərbin Moldova   və Gürcüstan kimi ölkələrə geosiyasi vasitə kimi yanaşmasıdır. Bütün bunlar fonunda indi Ermənistanda da belə fikirlər səslənir ki, ölkə Moldova hadisələrindən dərs çıxarmalıdır. Bu xüsusda "Sputnik Armenia" poratalı yazır: "Ukrayna ilə həmsərhəd günəşli respublikada kollektiv Qərbin postsovet qurşağı ölkələrinə təsiri kontekstində asanlıqla dönüş nöqtəsi adlandırıla bilən hadisə baş verdi. Moldovada prezident seçkiləri və Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumu eyni vaxtda keçirilib. Və əgər prezident seçkiləri ilə bağlı analitiklərin proqnozları ikinci turun olacağı, yəni namizədlərdən heç birinin qalib gəlməyəcəyi ilə əsaslandırılırdısa,  Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumdan sonra vəziyyət birmənalı deyil.

Maraqlıdır ki, Moldovanın Mərkəzi Seçki Komissiyası Avropa İttifaqı ölkələrində yaşayan 900 min moldovalı üçün 852 min, Rusiyada yaşayan 300 mindən çox Moldova vətəndaşı üçün isə cəmi 10 min seçki bülleteni təqdim etdi. Moldovada prezidentliyə namizədlərdən biri İlan Şor isə saxtakarlığa görə qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib və bunlar Moldova seçkilərində sadəcə saxtakarlığın yüzlərlə nümunəsindən biridir. Ancaq indi daha yaxşısı, moldovalı avrointeqrasiya tərəfdarlarının yaşadıqları ideoloji sarsıntıya diqqət yetirməkdir. Vəziyyətin paradoksu ondan ibarətdir ki, formal olaraq referendum keçib, lakin Moldova vətəndaşlarının əksəriyyəti Aİ-yə inteqrasiyanın əleyhinə səs verib və Aİ tərəfdarlarının "qələbəsini" təmin edən yüzdə birlik fərq nəzarətsiz səsvermə bülletenləri sayəsində əldə edilib. ABŞ və Kanadada olan Moldova vətəndaşlarının burada mühüm rolu olub. Bu referendumun doğurduğu Moldova böhranının dərinliyini anlamaq üçün qeyd edək ki, məsələn, Qaqauziya və Dnestryanı Aİ ilə inteqrasiyanın əleyhinə mütləq səs çoxluğu ilə səs verib. Təbii ki, moldovalılar xəyali "Avropa cənnəti"ni yox, öz ölkələrinin təhlükəsizliyini və sosial rifahını seçiblər. Təəssüf ki, Ermənistan bunlardan lazımı dərs çıxarmır. Ermənistan vətəndaşlarının ən azı yarısı hesab edir ki, ölkənin xarici siyasətinin prioriteti Ermənistanın təhlükəsizliyinə və geniş kütlələr üçün minimum "sosial paket"in təmin edilməsinə əsaslanmalıdır. Və təbii ki, insanlar başa düşürlər ki, Aİ Ermənistana bunlardan nə birini, nə də digərini verə bilməz və prinsipcə də istəmir. Ermənilər çox gözəl başa düşürlər ki, avropalılar üçün Azərbaycan Ermənistandan qat-qat önəmlidir və bu, artıq aksiomadır. Amma burada sual yaranır: Türkiyə-Azərbaycan maraqları Avropa üçün daha dəyərlidirsə, buna baxmayaraq, Ermənistan niyə Aİ-yə "can atır"? Üstəlik, onu orada heç kim gözləmir! Bu halda Ermənistanın Aİ-yə daxil olması ilə bağlı "referendum"un keçirilməsi üçün imzaların toplanması ətrafında təlxəkçilik təkcə daxili erməni kontekstinə malik deyil, həm də geosiyasi "məna"ya malikdir ki, bu da regionda Rusiyanın və İranın təsirini zəiflətməyə şərait yaratmaq üçündür. Yəni, anti-Rusiya və anti-İran əhval-ruhiyyəsinin artması ilə Ermənistan cəmiyyətində açıq-aşkar real olmayan ümidlər yaradaraq, ermənilər bu ölkələrə təzyiq göstərmək üçün bir növ "vasitə" kimi istifadə olunacaqlar. Təbii ki, bu, Ermənistan Respublikası üçün risklərin səviyyəsini artırır. Moldovanın kədərli təcrübəsi bizim üçün ən azı dərs olmalıdır. Təbii, bu dərsləri öyrənə bilsək"...

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ