şənbə günü, 31 oktyabr 2026
     

Qərbin Gürcüstan seçkilərinə qeyri-müəyyən münasibəti davam edir...

Image


Gürcüstanda Qərb üçün  şok seçki sonuclarının ardınca müxalif düşərgədə bütün gözlər ABŞ ilə Avropaya yönəlib. ABŞ və Avropa İttifaqı hələlik seçkinin nəticələrinə ehtiyatla cavab verib. Bu nəticələrə görə, hakim "Gürcü Arzusu" partiyası səslərin 54 faizini, dörd müttəfiq müxalifət qüvvəsi isə birlikdə 38 faizini toplayıb.

Xatırladaq ki, oktyabrın 26-da axşam – seçki sonuclarının açıqlanmasından az sonra müxalifət partiyaları nəticələrin saxtalaşdırıldığını bəyan edib. Bundan sonra Gürcüstan prezidenti Salome Zurabişvili də nəticələrin "total saxtalaşdırma" və hətta Rusiya "xüsusi" əməliyyatının nəticəsi olduğunu deyib. Bu açıqlamalardan sonra Salome Zurabişvili prokurorluğa çağrılıb. Prokurorluğun bəyanatında deyilir ki, istintaq zamanı iddia edilən cinayət faktları ilə bağlı bilgiləri ola biləcək bütün şəxslər sorğu-sual ediləcək. Zurabişvili Qərbi hakim "Gürcü Arzusu" partiyasına təzyiq göstərməyə səsləyib. Eyni zamanda Zurabişvili son parlament seçkilərinin saxtalaşdırılması iddiaları ilə bağlı Baş Prokurorluqda dindirilməkdən imtina edib. O,prokurorluqda təyin olunmuş söhbətə getməyəcəyini deyib və vurğulayıb ki, prokurorluq qanun pozuntularına dair sübutları özü axtarmalı, dövlət başçısından bunu tələb etməməlidir. Prezident seçki saxtakarlığı texnologiyaları haqqında videoçarx nümayiş etdirməklə başlayıb: "Prokurorluğa məsləhət görərdim ki, işə başlasınlar və prezidentlə siyasi hesablaşmalardan çəkinsinlər. Prokurorluğa müraciət edirəm: siz xalqa hesabatlısınız, ictimaiyyət sizdən mənim sübutlarımı yox, təcili araşdırma tələb edir". Xatırladaq ki, Gürcüstanda prezident vəzifəsi nominal xarakter daşıyır. Müxalifət partiyaları hakim partiyanı tənqid edən Zurabişvilinin dəstəyindən yararlanmağa çalışır. Baş verənlər fonunda Avropa İttifaqı öz bəyanatında Gürcüstan hökumətini pozuntuları araşdırmağa çağırıb. ABŞ Dövlət Departamenti isə beynəlxalq müşahidəçilərin nəticələri azad və ədalətli elan etmədiyini vurğulayıb. Ancaq onların hər ikisi seçkini qeyri-legitim elan etməkdən yayınıb. Belə ehtiyatlı yanaşma Gürcüstanda ABŞ və Avropadan dəstək gözləyən müxalifət liderlərini məyus edib. Müxalif "Dəyişiklik naminə koalisiya" blokunun liderlərindən Nika Qvaramiya Britaniyanın "The Financial Times" qəzetinə müsahibəsində deyib: "İndi güzəşt və həlim sözlərin vaxtı deyil. Bu, diplomatiya məsələsi deyil, geosiyasət məsələsidir".  "Utanc Hərəkatı"nın qurucularından Mariam Qequçadze isə bildirir: "Qərb qərar verməlidir: ya Gürcüstan xalqını tərk etməli, ya da onun yanında möhkəm dayanıb seçkini tanımaqdan imtina etməlidir. Bunun orta nöqtəsi yoxdur". Təhlilçilərin fikrincə, beynəlxalq aləmin sakit qalmasının bir neçə səbəbi var. Ekspertlər deyir ki, Macarıstanın millətçi-mühafizəkar baş naziri Viktor Orbanla "Gürcü Arzusu"nun yaxın münasibətləri Avropa İttifaqının reaksiyasını məhdudlaşdıracaq. Orban hakim partiyanı hətta nəticələrin elan olunmasından da öncə qələbə münasibətilə təbrik edib. O, oktyabrın 28-də yüksəkvəzifəli şəxslərlə görüşmək üçün Tiflisə gələrək mətbuat konfransı keçirib və hakim partiyanın qələbəsinin danılmaz olduğunu söyləyib. Karneqi Avropa Mərkəzinin aparıcı tədqiqatçısı Tomas de Vaal qeyd edir ki, Orban Avropa İttifaqının hərəkətinə mane olacaq: "Üstəlik, üzv ola biləcək ölkə ilə münasibəti tam korlamaq da istəməzlər".

Almaniyanın Henrix Böll Fondunun Tiflis ofisinin rəhbəri Sonya Şiffers qeyd edir: "Gürcü arzusu"nun qələbəsini təmin edən say fərqi önəmlidir, axı ciddi beynəlxalq müdaxilənin ağır nəticələri ola bilər. Aİ dərindən müdaxilə edəcəyi halda, qütbləşmə və münaqişənin daha da artması mümkündür". Ancaq o deyir ki, beynəlxalq aləm pozuntuların miqyasını anlayandan sonra etirazlar sürərsə, bəlli koordinasiyanın ardınca daha güclü reaksiya gələ bilər. Di gəl, seçki sonucları ilə bağlı suallara cavabı ölkə içində axtaran gürcülər də var. Gürcüstanın cənubunda - erməni və azərbaycanlıların yaşadığı ərazilərdə çoxluğun "Gürcü Arzusu"na səs verdiyini görəndən sonra buna sosial mediada mənfi reaksiya verməyə başlayıblar. Nəticələrin bu bölgələri diqqətdənkənar qoyan müxalifətin öz günahı olduğunu iddia edənlər də var. Tiflisdə çalışan təhlilçi Olesya Vartanyan qeyd edir: "Bu son seçkidə heç bir müxalifət lideri bölgəyə baş çəkmədi, yerli mediada heç bir gerçək kampaniya gözə dəymədi və seçkidən bir neçə gün öncə, sadəcə, bir neçə poster asıldı. …Ancaq "Gürcü Arzusu" səsləri almaq üçün bütün mülki və güvənlik şəbəkələrini sıx səfərbər edib". Tiflis Beynəlxalq Film Festivalının direktoru Qaqa Çxeidze Gürcüstanın mərkəzi hissəsində yerləşən bir kənddə seçki müşahidəçisi olub və öz təcrübəsini "Facebook" postunda paylaşıb. O, seçki gününün sakit keçdiyini, baş verən kiçik pozuntuların düzəldildiyini, günün sonunda həmin dairədə seçicilərlə sıx işləməsi ilə izah edib: "Çox aydın göründü ki, "Gürcü Arzusu" bu kənddə əvvəlcədən yaxşı işləyib və, bəlkə də, Gürcüstanın hər yerində bütün kəndlərdə yaxşı işləyib. Nəticələr də bunu təsdiqləyir". Qeyd edək ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası 11-ci çağırış parlamentdə 89 yer tutacaq.Parlamentdə ən çox yer tutan ikinci partiya müxalif "Dəyişiklik üçün Koalisiya"dır. Bütün səslərin 11,034%-ni qazanan koalisiya parlamentdə 19 yer tutacaq. Ümumilikdə 5% -lik seçki baryerini 5 partiya/koalisiya keçərək parlamentə düşə bilib. Sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyasının da olduğu "Birlik-Milli Hərəkat" koalisiyası isə parlamentdə 16 mandat əldə edərək üçüncü yerə düşüb. Bununla da "Vahid Milli Hərəkat" partiyası ana müxalifət partiyası statusunu itirib. "Güclü Gürcüstan" 14 mandat, "Qaxariya Gürcüstan üçün" partiyası isə 12 mandat əldə edib. 148 mandat partiyalar arasında bölüşdürülüb, bölüşdürülməmiş 2 mandat isə ən yaxşı göstəricilərə malik "Gürcü Arzusu" və Qvaramiya və Melianın "Dəyişiklik üçün Koalisiya"sı arasında bölüşdürülüb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ