Cümə axşamı günü, 05 noyabr 2026
     

Kimlər “Vardanyanın qəhrəmanlaşdırılması” kampaniyasının oyuncaqları olacaq...

Image


Bakıda həbsdə olan qondarma "Dağlıq Qarabağ Respublikası"nın qondarma "dövlət naziri" olmuş Ruben Vardanyan yenidən məqsədyönlü şəkildə diqqət mərkəzinə gətirilir. 

Onun 2024-cü il üçün Nobel Sülh Mükafatına namizəd göstərilməsi yönündə atılan addımlar da bu istiqamətdə ümumi cəhdlərin tərkib hissəsidir. Özü də bu o fonda baş verir ki, Ruben Vardanyan bütün fəaliyyətində terrorizmə, separatizmə, millətlərarası, xalqlararası münaqişəni alovlandırmağa çalışıb. 

Amma bütün bunlar arxa plana keçirilir, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan Vardanyan "xeyriyyəçilik və humanitar" fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilir. Amma Qərbin siyasi texnologiyalarına bələd olanlar bilməmiş deyillər ki, Vardanyan kimi bir terrorçunun bu sülh mükafatına namizəd göstərilməsinin arxasında başqa məqamlar durur. Bu xəbər meydana çıxan kimi Vardanyanın ailəsi onunla danışdıqları barədə məlumat yaydı. Onunla danışan qohumları iddia edirlər ki, Vardanyan, guya bu müddət ərzində tam təcrid olunmuş vəziyyətdə olub, ona hətta kitab oxumağa belə icazə verilmir. O da bildirildi ki, Ruben Vardanyan saxlandığı Bakı həbsxanasında aclıq aksiyası keçirir. O, özünün və digər separatçıların azad olunmasını istəyir. Bu fonda Vardanyanın pulundan yararlanan PR şirkətləri onun təbliğatına xüsusi diqqət yetriməyə başlayıblar. Halbuki, Vardanyan Qarabağ məsələsi ilə bağlı heç vaxt heç bir sülh təşəbbüsü ilə çıxış etməyib, əksinə, bölgənin erməni mənşəli sakinlərinin radikallaşmasında, rəsmi Bakının təklif etdiyi konstruktiv danışıqlardan imtina etməsində xüsusi rol oynayıb. Bundan başqa, o, Qarabağda süni şəkildə humanitar fəlakətin yaşanmasına birbaşa şərait yaradıb. Vardanyan avantürizmə üstünlük verərək terror çağırışları da edib. Azərbaycan dövləti Vardanyanın fəaliyyətini nəzərə alaraq onun haqqında qanuni şəkildə hüquqi müstəvidə ölçü götürüb. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və onun kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi. Konstruktiv danışıqlar, Azərbaycan dövlətinin təklif etdiyi inteqrasiya planını qəbul etmək, erməni mənşəli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq yerinə, Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi. Buna isə susmaq qeyri-mümkün idi. Əgər bu şəxs terror, qarşıdurma ilə bağlı çağırışlar edirsə, onun istəyi və mahiyyəti ortadadır.

Vardanyan təkcə Azərbaycanda yox, Ukraynada da separatizmə dəstək verməsi ilə gündəmdə olub. Elə bu fonda Ruben Vardanyanın  sülh mükafatına namizəd kimi obrazının formalaşmasına Ukrayna Ali Radasının üzvləri də qarşı çıxıblar. Ukraynanın ali qanunverici orqanında bununla bağlı bəyanat da imzalanıb. Bəyanatda Ruben Vardanyan kimi cinayətkarın, separatçılığı, müharibəni dəstəkləyən və sahibi olduğu şirkətlərin qaranlıq fəaliyyətləri ortaya qoyulmuş şəxsin Nobel Sülh Mükafatı namizədi kimi təqdim olunmasından kəskin narazılıq və qəzəb ifadə olunub. Ukrayna prizmasından hər şey aydındır, Ruben Vardanyan müharibəni dəstəkləyən şəxslərdən biridir və bu mənada Ukrayna üçün əliqanlı bir cinayətkar hesab edilir. Ruben Vardanyan təkcə Azərbaycana qarşı yox, həm də Ukraynaya qarşı təxribatların iştirakçısı və maliyyəçisidir. Amma maraqlı dairələr üçün bu iki danılmaz fakt o qədər də maraqlı deyil.  Burada bir məqamı da xatırladaq ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtinasını və Qarabağa köçməyini 2022-ci il sentyabrın 1-i yaydığı  videomüraciətdə açıqlayıb. O deyib ki, köçməyinə səbəb "Qarabağın təhlükəsizliyi və inkişafı üçün cəbhə yaratmaq qərarı" olub. Milyarderin sözlərinə görə, bu qərarı ağır da olsa, doğru qərardır. Ancaq o, Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında danışqlar prosesini pozan əsas fiqur oldu və Moskvada müəyyən dairələrə xidmət göstərdiyi üzə çıxdı. Azərbaycan prezidenti İlham Əliyev həmin vaxt bildirdi ki, Vardanyan "Moskvanın göndərdiyi" adamdır və Qarabağdakı ermənilərlə bağlı danışıqlar onunla aparıla bilməz. Dövlət başçısı Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel və Aİ-nin bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxsləri ilə görüşündə deyib: "Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib". İndi Vardanyanın təbliğinə səbəb, sözsüz ki, onun sərvətidir. 2024-cü ilin mart ayına olan məlumata görə, Vardanyan ailəsi 1,1 milyard dollar həcmində sərvətə malikdir. Ruben Vardanyanın yaxın illərdə öz biznes imperiyasına rəhbərlik edə bilməyəcəyini nəzərə aldıqda, onun sərvəti ətrafında, maliyyə resurslarına çıxış əldə etmək uğrunda mübarizə getdiyini sezmək olar. Şübhəli, mənşəyi bilinməyən konfidensial təşəbbüs qruplarının ortaya çıxması, Vardanyanın adı ətrafında piar quraraq gündəm yaradılması da məhz bu mübarizənin birbaşa nəticəsidir: Amma  bu riyakar plan sonda iflasa məhkumdur. Çünki heç bir reklam və piar kampaniyası Vardanyanın separatçı, qatil, qanunsuz əməllərin icraçısı kimliyini şübhə altına ala bilməz. Amma Vardanyanın pulları  ABŞ mediası və PR şirkətlərini daha çox maraqlandırır. Rusiya təhlükəsizlik orqanlarının agenti olan oliqarxa Qərbin bəzi dairələrinin, məsələn, USAİD, ABŞ-ın EDELMAN PR şirkəti və digərlərinin dəstək verməsi anlaşılan deyil.  Vardanyanın pulu müqabilində bu gün CNN kimi telekanalların onu "qəhrıman" obrazında təqdim etməsi da istehza doğurur. Ancaq bütün bunlar Qərb dairələrinin özünə etimadı sarsıdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ