Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanın “erməni soyqırımı” yanaşması müxalifəti özündən çıxardı...

Image


Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ermənilərin "soyqırımı" anım günü kimi qeyd etdikləri 24 apreldə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı Türkiyə Erməni Kilsəsinin başçısı Sahak Maşalyana müraciətlə çıxış edib. 

Müraciətində o bildirib: "Osmanlı imperiyasının son illərinin, dinindən və etnik kökündən asılı olmayaraq – türk, kürd, ərəb, erməni və digər milyonlarla Osmanlı vətəndaşı üçün ağrılarla dolu bir zaman olması unudula bilməz. Osmanlı imperiyasının hər bir vətəndaşı kimi ermənilərin də o dövrdə yaşadıqları iztirabları yad etməsini anlamaq və bunu paylaşmaq bir insanlıq vəzifəsidir".

Türkiyə prezidenti deyib ki, 1915-ci il hadisələrilə bağlı fərqli baxış və düşüncələrin olması və bunların müzakirə edilməsi təbiidir. Bununla belə, Ərdoğan təəssüflə vurğulayıb ki, bundan ədalətsiz iddiaları səsləndirmək üçün fürsətlənənlər də vardır: "1915-ci il hadisələrindən Türkiyəyə qarşı bir bəhanə olaraq istifadə edilməsi və bunun siyasi qarşıdurma səviyyəsinə qaldırılması yolverilməzdir. Birinci Dünya müharibəsi əsnasında yaşanmış hadisələr hamımızın ortaq kədəridir. Bu ağrılı tarixə ədalətli yaddaş perspektivindən baxılması insani və elmi bir tələbdir". Ərdoğan vurğulayıb ki, bu günün dünyasında tarixdən bir düşmənçilik və yeni qarşıdurmalar çıxarmaq üçün sui-istifadə yolverilməzdir. Türkiyə prezidenti 1915-ci il hadisələrinin tarixi baxımdan öyrənilməsi ehtiyacı məsələsinə də toxunub: "Bu məqsədlə biz Türkiyə Respublikası olaraq 1915-ci il hadisələrinin elmi bir şəkildə araşdırılması üçün ortaq bir tarix komissiyası qurulmasına çağırış etmişik. Bu çağırış hələ də qüvvədədir. Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı bu araşdırma 1915-ci il hadisələrinin aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli bir rol oynaya bilər". Ərdoğan bildirib ki, Türkiyə tarixi araşdırmalar üçün bütün arxivlərini açıb və yüz minlərlə sənəd tarixçilərin istifadəsi üçün hazırdır: "Əcdadımızdan bizə miras qalan sülh və barış ab-havasının davamı yalnız birgə səylərimizlə mümkün ola bilər. Yaratdıqları mədəni və bəşəri əsərləri ilə Anadolu torpaqlarını zənginləşdirən erməni vətəndaşlarımızın əminamanlığı, rifahı və xoşbəxtliyi bugün də təminat altındadır. Heç bir erməni vətəndaşımızın özgələşdirilməsinə, kənarlaşdırılmasına və özünü vətənində ikinci növ insan kimi hiss etməsinə yol vermədik və verə bilmərik. Tarixdə yaşananları nifrət dilinə çevirmədən ağlın, vicdanın və elmin köməyi ilə həll etməyimiz önəmlidir". Türkiyə prezidenti müraciətinin sonunda XX əsrin əvvəllərində baş vermiş hadisələrdə həyatını itirmiş ermənilərə, millətindən və dinindən asılı olmayaraq bütün Osmanlı vətəndaşlarına rəhmət oxuyub, onların övlad və törəmələrinə başsağlığı verib. Bu müraciət Ermənistanda da xüsusi diqqət mərkəzində yer alıb. Məsələ ilə bağlı politoloq Areq Koçinyan qeyd edir: "Bilmirəm, Ərdoğanın tələbi danışıqlar prosesində formalaşıb, yoxsa bu, sadəcə ictimai bir elementdir, ümid edirəm ki, ictimaidir. Bütün hallarda danışıqlar prosesinin tələblərindən biri də Azərbaycanla münasibətlərin tənzimlənməsidir və Ermənistan bu istiqamətdə təkcə Türkiyənin tələbi ilə deyil, həm də öz maraq və ehtiyaclarından çıxış edərək işləyir". Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması və sərhədlərin açılması ilk növbədə təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir: "Başqa sözlə, Türkiyə ilə daha idarəolunan, yaxşı münasibətə malik olmaq sabit təhlükəsizlik vəziyyəti və Rusiyadan daha az asılılıq deməkdir. Bu, həm də Ermənistanı infrastruktur dalanı vəziyyətindən çıxaracaq, əslində sərhədlərimizin 80 faizi Azərbaycan və ya Türkiyə ilə bağlı olduğu halda, bu vəziyyətdən çıxmaq mümkün olacaq. Və nəhayət, regionda daha sabit birgəyaşayış vəziyyəti yaratmaq mümkün olacaq".

Ermənistanın "Qraparak" nəşri isə yazır ki, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırlması üçün "soyqırım" iddialarından vaz keçə bilər: "Türkiyə prezidentinin bəyanatlarından sonra əksəriyyətin fikrincə, Paşinyan Ərdoğanın təklifinə razılıq verəcək.  Qeyd edək ki, bu yaxınlarda gənclər üçün mühazirəsi zamanı Paşinyan israrla "soyqırımı" sözünü işlətməyib, onu "böyük qırğın" sözü ilə əvəz edib və bu tendensiya, demək olar ki, bütün dövlət qurumlarında da nəzərə çarpır". Bu arada qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 24-də soydaşlarını ötən əsrin əvvəllərində Osmanlı imperiyasında baş vermiş qətliamın ağrı-acısına "üstün gəlməyə" və "itirilmiş vətən həsrəti ah-zarını" dayandırmağa çağırıb. Ermənistanda ermənilərin "soyqırım" adlandırdıqları 1915-ci il hadisələrinin 109-cu ildönümünün qeyd olunduğu bir gündə verdiyi xüsusi bəyanatda Paşinyan bəyan edib ki, uzun müddətdir davam edən bu iztirab onlara Ermənistanın real dünyada üzləşdiyi beynəlxalq hadisələri və çətinlikləri qiymətləndirməkdə mane olur: "Bəlkə elə səbəb də budur ki, biz "erməni soyqırımı"nın yaralarının közünü  qopartmağı irs və ənənəyə çevirməklə yeni sarsıntılar yaşamalı oluruq". "Azatutyun" radiosu bildirir ki, baş nazirin bu bəyanatının müxalifəti hiddətləndirəcəyi, onun İrəvan və Ankara arasında yaxınlaşmaya çalışmaqla "soyqırımı inkar etməkdə" ittiham olunacağı qaçılmaz idi. Buna baxmayaraq, Paşinyanın indiyədək bu hadisə barəsində Ermənistan cəmiyyətində deyilənlərdən radikal şəkildə fərqlənən bəyanatı ölkədə minlərlə vətəndaşın İrəvandakı "Tsitsnakabert" xatirə kompleksinə axışdığı bir vaxtda səslənib. Gün ərzində davam edən bu mərasim əsnasında yüksəklikdə yerləşən xatirə ansamblına Paşinyanın, parlamentin spikeri Alen Simonyanın və prezident Vahaqn Xaçaturyanın iştirakı ilə rəsmi əklilqoyma mərasimi keçirilib.  Amma Erməni Kilsəsinin başçısı, katolikos II Qaregin bu il də rəsmi heyətə daxil edilməyib. "Azatutyun" yazır ki, belə görünür, Paşinyan son bəyanatında "Mets Yeğern" – "böyük cinayət" termininə daha çox vurğu edib. Onun 440 sözdən ibarət bəyanatında bu ifadə 11 dəfə, "soyqırım" sözü isə cəmi 4 dəfə işlədilib. Paşinyan I Dünya müharibəsi dövründə baş vermiş qətliamlara görə Osmanlı imperiyasına o vaxt başçılıq edən "gənc türklər" hökumətini ittiham etməyib. Baş nazir, əksinə, vurğulayıb ki, ermənilər bu hadisələrdə geosiyasi intriqaların və saxta vədlərin qurbanına çevriliblər: "Bizim üçün "Mets Yeğern" şəhidlərinin xatirəsinin yad edilməsi itirilmiş vətəni deyil, tapdığımız real Ermənistan Respublikasını simvolıizə etməlidir. Məhz bu rəqabət qabiliyyətli, legitim düşüncəli və yaradıcı siyasətləri ilə faciənin təkrarına imkan yaratmamalıdır". Paşinyanın bəyanatında daha sonra deyilir: "Bir daha olmasın. Biz bunu başqalarına yox, özümüzə deməliyik. Və bu qətiyyən özümüzə qarşı ittiham yox, yalnız özümüzün öz taleyimizin sahibi olduğunu əks etdirən bir baxışdır".

Bu ayın əvvəllərində iqtidaryönlü deputatlardan Andranik Koçaryan  Paşinyanın "soyqırımda həlak olanların adbaad tam siyashısının tərtibini" istədiyini demişdi: "Məqsəd sadədir. Biz 1.5 milyon soydaşımızın ünvanlarını və yerini bilməliyik. Bu bizim gələcək münasibətləri qurmağımız baxımından da vacibdir. Tarix aprelin 24-dür. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilməlidir. Əgər biz bunu belə sənədləşdirməsək, qarşı tərəf həmişə deyə biləcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də...". 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ