Cümə axşamı günü, 05 noyabr 2026
     

Baydenin saxta erməni genosidini budəfəki tanıması anti-Azərbaycan mahiyyətlidir...

Image


Akif Nağı: "Baydenin qondarma "soyqırım"la bağlı keçən il işlətdiyi ifadə ilə builkinin məqsədi fərqlidir"

ABŞ prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. O bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir.

Ümumiyyətlə, Bayden "erməni soyqırımı" ifadəsini işlədən ilk ABŞ prezidentidir.

Bayden keçən il də müraciətində bu məsələyə toxunmuşdu, 2023-cü ildə də qondarma "soyqırımı" tanıdığını demişdi. Amma ötənilki tanınma ilə builki arasında fərqlər var. Birincisi, keçən il bu ifadəni işlətməsi Bayden üçün erməni diasporuna verdiyi sözü yerinə yetirmək gedişi idi. Erməni lobbisinə seçkidə söz vermişdi ki, qondarma "soyqırımı"  tanıyacaq. Qeyd edildiyi kimi, o, ABŞ tarixində ilk prezident olaraq qondarma "genosidi" tanıdı. 

Amma dediyimiz kimi, builki tanıma tamam fərqlidir. Bu artıq Ermənistanın təəssübünü çəkmək, ona təəssübkeşlik etmək və Azərbaycandan qisas almaq əlamətidir. Çünki aprelin 5 də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirildi, onlar Ermənistanı açıq-aşkar dəstəklədilər, Azərbaycana qarşı silahlandırırlar, bizim əleyhimizə qızışdırırlar. 

O üzdən növbəti tanınma Azərbaycandan qisas almaq məqsədli gedişdir. 

"ABŞ-ın antiazərbaycan mövqeyi də burda özünü göstərməmiş deyil" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində  "Co Bayden ilk ABŞ prezidenti oldu ki, ermənilərin çoxdan gözlədikləri "soyqırım" ifadəsini işlətdi, sifarişi yerinə yetirdi. Əlbəttə, onun işlətdiyi bu ifadənin onların aləmində çox siyasi mənası vardı, onlar üçün bu böyük əhəmiyyətə malikdir. Yüz il idi gözləyirdilər, nəhayət ki, Co Bayden keçən il onların gözlədiyi addımı atdı". 

A.Nağı qeyd etdi ki, keçən əsrin 60-cı illərindən etibarən ermənilər bu qondarma soyqırım iddiaları ilə ortaya çıxdılar. "Bu özlərinin təşəbbüsü ilə olmadı. Yəni SSRİ deyilən Rusiya imperiyasının Türkiyə ilə münasibətləri sərt idi, qarşıdurma vardı, Amerika ilə Türkiyə müttəfiq idilər, Amerikanın Türkiyədə "İncirlik" hərbi bazası yerləşirdi. Orda da SSRİ-nin istənilən nöqtəsini vura biləcək ABŞ raketləri yerləşmişdi, ondan SSRİ rəhbəri Xruşşov çox narahat idi. O dövrdə Karib böhranı deyilən bir hadisə də baş verdi, SSRİ rəhbərliyi Kubaya raketlər quraşdırmağa cəhd göstərdi, az qalmışdı ki, üçüncü dünya müharibəsi başlaya. Amma sonra razılaşdılar, SSRİ raketləri geri çəkdi, ABŞ da Kubaya müdaxilədən imtina etdi. Çünki o dövrdə Kubanı təzə yaratmışdılar, ABŞ heç cür razılaşmırdı ki, ənənəvi olaraq onların təsiri altında olan Kubada SSRİ-yə bağlı bir hökumət yaransın, həmin hərəkatı boğmaq, həmin hökuməti ləğv etmək istəyirdilər, müdaxilə ehtimalı vardı. Sonra razılığa gəlindi. Yəni o dövrdən də ABŞ və Türkiyə münasibətləri ilə bağlı SSRİ rəhbərliyi çalışırdı ki, Türkiyəyə zərbələr vursun, onun daxilində müəyyən qüvvələr yetişdirsin. O dövrdə SSRİ-nin birbaşa təşkilatçılığı ilə PKK hərəkatı yarandı, eyni zamanda erməniləri də Türkiyəyə qarşı qaldırdılar. 1964-1965-ci illərdən bu əsassız iddianı ortaya atdılar. 1965-ci ildə qondarma "soyqırımın" 50 illiyini qeyd etdilər. Onların sifarişi ilə Ermənistanda və SSRİ-nin başqa yerlərində qondarma "soyqırım" tədbirləri keçirildi. O vaxtdan bu baş verməyən hadisədən alət kimi istifadə edirlər. SSRİ dağılandan sonra ABŞ da, digər Qərb dövlətləri də bundan öz maraqları üçün istifadə etməyə başladı. Keçən əsrin 90-cı illərindən başlayaraq erməni lobbisinin belə bir məqsədi vardı ki, bu "soyqırımı" ABŞ tanısın, o tanınmadan sonra Amerikanın dəstəyi ilə Türkiyəyə qarşı təzyiq kimi istifadə edilsin. Çünki o zamn Türkiyə ilə ABŞ,-ın münasibətləri korlanmışdı. Çünki Türkiyə  müstəqil siyasət yürüdürdü. Amerikada da ermənilərin mövqeyini dəstəkləyirdilər ki, Türkiyəyə qarşı  iqtisadi məhkəmələr prosesi başlatsın. Onların planına görə, bu tanınardısa, guya orda həyatını itirən ermənilərin yaxın, uzaq qohumları Türkiyəyə qarşı təzminat davası açacaqdılar və niyyətləri də Türkiyəni çökdürmək idi. Türkiyəni də narahat edən bu idi. Amma artıq ötən il Türkiyədə də proseslər baş verdi. Lozanna anlaşmasından 100 il keçdiyinə görə Türkiyə də müəyyən məsuliyyətdən xilas oldu. Kifayət qədər güclü olduğu üçün artıq kimsə Türkiyəyə qarşı məhkəmə davası açmaq fikrinə düşmədi. Ermənilər hər il səbrsizliklə gözləyirdilər. ABŞ prezidenti bu ifadəni işlətdi, amma onların xeyrinə nəticəsi olmadı. 

Baydenin qondarma "soyqırım"la bağlı keçən il işlətdiyi ifadə ilə builikinin məqsədi fəqrlidir. Bayden keçən il onu qısa formada demişdi, yalnız o ifadəni işlətməklə kifayətlənmişdi. ABŞ Türkiyə ilə münasibətləri axıra qədər korlamaq istəmirdi. İndiki şəraitdə yenə də Türkiyə ilə Amerika arasında münasibətlər qalır, hər ikisi proseslərdə maraqlıdır. Türkiyə NATO-nun üzvü kimi onların ən azından regionda müttəfiqidir. 

Keçən dəfə qısa danışdı və erməni lobbisinin sifarişini yerinə yetirdi. Bu dəfə isə çox geniş danışıb, erməni mediası onu yayıb. Bu dəfə "soyqırım" ifadəsini bir neçə dəfə işlədib, onun izahını verib, erməni xalqının "əzablarından" danışıb, "bu tarixin yaşadılmasının vacibliyini" qeyd edib. Bayden özü də başa düşür ki, onun bu açıqlamasının Türkiyəyə heç bir təsiri yoxdur, Türkiyə onu elə də ciddiyə almadı. ABŞ prezidenti bir növ Amerikadakı erməni lobbisi qarısında öz öhdəliyini yerinə yetirdi"-deyə A.Nağı bildirdi.

A.Nağının sözlərinə görə, bu il Ermənistanda bu məsələyə Paşinyan hökuməti tərəfindən bir qədər fərqli yanaşma oldu, xeyli şübhəli məqamlar qeyd olundu ki, orda 1 milyon yarım adamın öldürülməsi ilə bağlı məlumatlar şişirdilib. 

"Paşinyan özü də  o rəqəmə inanmır, hətta o siyahının adbaad hazırlanmasını təklif edib. Paşinyan da müraciətində "soyqırım" və "böyük qətliam" ifadəsini işlədib. Bilirsiz ki, ABŞ rəhbərliyi uzun müddət "soyqırım" yox, "böyük qətliam" ifadəsini işlədirdi. Hardasa Paşinyan bir qədər bu ənənəyə döndü, bu da erməni cəmiyyətində narazılıq yaratdı. Ola bilər, gələcəkdə Ermənistan rəhbərliyi bu iddiadan əl çəkəcək ki, bu mənasızdır. Çünki özlərini gülünc vəziyyətə qoyurlar"-deyə A.Nağı qeyd etdi.           

A.Nağı hesab edir ki, 5 aprel Brüssel prosesində ABŞ-ın dövlət katibi birbaşa iştirak edib, ABŞ-ın mövqeyini ortaya qoydu, Ermənistana dəstək verdi. "Onlar Ermənistanı bu prosesdə müdafiə edirlər, regiona gəlmək istəyirlər. Hesab edirəm ki, Baydenin bu ifadəni işlətməsi bir az da erməniləri ABŞ-a yaxınlaşdırmaq, Rusiyadan uzaqlaşdırmaq cəhdidir. Ona görə də bu məsələnin üzərində geniş dayandı. Burada Azərbaycandan qisas almaq amili də istisna deyil. ABŞ-ın antiazərbaycan mövqeyi də burda özünü göstərməmiş deyil. Amma məsələ burasındadır ki, bu açıqlamanın heç bir təsiri yoxdur.  ABŞ-ın Ermənistana böyük dəstək göstərməsi, hər cür yardım etməsi bunun ifadəsidir"-deyə müsahibimiz vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ