Cümə axşamı günü, 05 noyabr 2026
     

Kreml Ermənistana son xəbərdarlığını etdi...

Image


Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə nazirliyin "Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi" mövzusunda kollegiya iclası keçirilib. 

Kollegiya iclasında "Rusiyanı strateji məğlubiyyətə uğratmaq" naminə Ukraynanın ardınca kollektiv Qərbin postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti destabilləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışdığı vurğulanıb.

Qeyd olunub ki, sırf "sıfır məbləğli oyunlar" məntiqi ilə idarə olunan qərblilərdən fərqli olaraq, Rusiya üçün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi həmişə prioritet olub və belə də qalır. Sergey Lavrov bu xüsusda qeyd edib:  "Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insan təmasları ilə birləşdirən regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək". Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər kompleksinin tam yerinə yetirilməsi, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və regionda nəqliyyat kommunikasiyalarının açılması üçün səylərin davam etdirilməsi zəruri hesab edilib. Bununla yanaşı, regionun üzləşdiyi problemlərin həlli maraqları naminə onun əlaqələrinin və özünü təmin etməsinin gücləndirilməsi vəzifələri, ilk növbədə, kənar müdaxilə olmadan region liderlərinin öz səyləri ilə nəzərdən keçirilir. Bu kontekstdə "3+3" Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, Lavrov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ittihamlarına cavab verib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalması ilə bağlı suala cavabı olmadığını deyib. Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib ki, KTMT 2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistana hücumu zamanı (Azərbaycan bunu inkar edir) sərhədlərin delimitasiya olunmadığını əsas gətirərək cavab mexanizmlərini işə salmayıb: "Bu o deməkdir ki, onlar KTMT-nin mövcud olmadığını deyirlər, çünki, məsələn, Rusiya ilə Yaponiya arasında sərhəd delimitasiya olunmayıb". Onun sözlərinə görə, KTMT üzv ölkələrin, Rusiya, Ermənistan və digərlərinin bel bağlaya biləcəyi mexanizm kimi mövcud deyil: "Cəmiyyətimiz bizə deyir ki, niyə KTMT-nin üzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur". Lavrov  bu xüsusda bildirir: "Ermənistan rəhbərliyi hələ ölkə sərhədlərinin müəyyənləşdirilməsini başa çatdırmayıb və belə bir şəraitdə KTMT-nin Ermənistanda məsuliyyət zonasının göstərilməsinin zəruriliyindən danışmaq tezdir. Ona görə, KTMT öz məsuliyyət zonasını müəyyən etməlidir deməzdən öncə Ermənistanın sərhədləri müəyyən olunmalıdır, delimitasiyanı sona çatdırmaq lazımdır. Hansı ki, indi Ermənistan rəhbərliyi bununla məşğul olur".

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş üçtərəfli razılaşmaların, o cümlədən Bakı və İrəvan arasında sülh sazişinin əldə edilməsi, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üzrə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Ziddiyyətli açıqlamaları şərh edən  Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan qeyd edir ki, hər iki ölkə münasibətlərində dərin böhran yaşayır: "Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinin modernləşdirilməsinə və onların perspektivlərinə aydınlıq gətirəcək dərin dialoq aparılmalıdır. Əks halda, vaxt nə Ermənistanın, nə də Rusiyanın xeyrinə işləyir". "Stratfor" analitik şirkətinin eksperti Metyu Orr isə qeyd edir ki, Ermənistan üçün Ukraynadakı hadisələrin nəticəsindən hələ çox şey asılıdır: "Çünki aydındır ki, Rusiyanın iqtisadiyyatı, hərbi gücü və diplomatik imkanları maksimum dərəcədə Ukraynadakı müharibəyə yönəlib. Yaxın 3-5 ildə Rusiyanın Cənubi Qafqazdakı imkanları onların Ukraynada nə qədər öz simasını saxlaya və bu münaqişəni dondura biləcəyindən asılı olacaq. Hadisələr gözlənilməz ssenari üzrə inkişaf edərsə, bunun Cənubi Qafqaza böyük təsiri ola bilər. ABŞ indi Ermənistana, məsələn, Gürcüstana təqdim etdiyi şərtləri Ermənistan ərazisində Rusiya hərbi bazası olarsa, təmin etməyəcək". Qeyd edək ki, Ermənistan müstəqillik illərində Rusiya ilə Qərb arasında manevr etməyə çalışıb, ikincisi ilə texnologiya, təhsil və dövlət idarəçiliyi sahələrində əməkdaşlıq edib, lakin öz təhlükəsizliyini təmin etmək üçün hər zaman Moskvaya ümid bəsləyib. Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyir ki, baş verənlər Ermənistanda Rusiya haqqında mövcud olan mifin sona çatmasıdır: "Rusiya, əslində ya heç vaxt Ermənistan üçün Ermənistan daxilində təsəvvür edildiyi səviyyədə təhlükəsizlik təminatçısı olmayıb, ya da çox uzun müddətdir ki, artıq deyil. İndi ölkədə xarici siyasətin diversifikasiyası, ilk növbədə, Rusiyadan birtərəfli asılılığın azaldılması və regionda iştirak edən digər əsas oyunçularla təmasların intensivləşdirilməsi deməkdir". 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ