Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərbin fitnəsi Cənubi Qafqazı alovlandırır...

Image


Rusiya və Ermənistan arasında münasibətlər getdikcə daha radikal xarakter almaqdadır. Bu fonda açıq müşahidə olunur ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. 

Avropa İttifaqının müşahidə missiyası adı altında Qərbin kəşfiyyat qrupunun Ermənistanda yerləşdirilməsi bu layihələrdən biri hesab olunur. 

Lakin ekspertlər onu da vurğulaır ki, ABŞ və Avropa İttifaqının hədəfləri sırasında Ermənistanı Rusiyadan uzaqlaşdırmaq da dayanırsa, digər hədəf Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaqdır. Onlar Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa təşviq edir. Fransanın İrəvanı silahlandırması da bunun göstəricisidir. Qeyd edilən müstəvidə aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqı üçlü görüşü isə Cənubi Qafqazda İrəvanın vasitəsilə yeni məkrli planların reallaşdırılması cəhdidir. Rəsmi açıqlamalarda görüşün Ermənistan iqtisadiyyatına və demokratiyanın inkişafına dəstək məqsədi daşıdığı bildirilsə də, əslində, bu "platformanın" Qərbin geosiyasi məqsədlərinə xidmət etməsi şübhə doğurmur. Ona görə də, Brüssel görüşünün məqsədləri regionda sülh quruculuğu səylərinə böyük təhdiddir. Məsələnin bu tərəfinə nəzər salan Rusyanın "Nezavisimaya qazeta" mətbu orqanı yazır: "Brüsseldə Ermənistan, ABŞ və Aİ arasında aparılan danışıqlar sensasion nəticələrə və ya qalmaqallı bəyanatlara səbəb olmayıb. Lakin Rusiya və Azərbaycanın reaksiyaları yenə də kifayət qədər sərt oldu. İndi İrəvan və onun Qərb tərəfdaşları Moskva və Bakı qarşısında özlərinə haqq qazandırmalıdırlar. Danışıqlar zamanı ABŞ və Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllinin tərəfdarı olduqlarını bildiriblər. Bundan əlavə, Brüssel Ermənistanın sosial-iqtisadi inkişafı üçün ona 270 milyon avro ayıracağına söz verib. Vaşinqton dövlət idarəçiliyini təkmilləşdirmək üçün respublikaya 65 milyon dollar verəcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə tərəflərin təhlükəsizlik məsələlərini müzakirə etmədiyini vurğulayıb. O cümlədən, Ermənistan nümayəndələri NATO qoşunlarını İrəvana gətirmək vəzifəsi qoymadılar. Bununla belə, Mirzoyan bildirib ki, KTMT Ermənistanın sərhədlərini tanımır və müvafiq olaraq Cənubi Qafqazda onun məsuliyyət zonasını dəqiqləşdirə bilmir. Aİ-nin xarici əlaqələr üzrə rəsmisi Peter Stano bildirib ki, Brüsseldə keçirilən üçtərəfli görüş Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasından xəbər verir. Digər məsələlərlə yanaşı, viza rejiminin liberallaşdırılması ehtimalı getdikcə artır, lakin assosiasiyanın bütün üzvləri bununla razılaşmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə, Stanoya görə, Brüssel arbitr rolunu oynaya bilməz. "İstəsəniz, biz digər tərəfdaşlarla, ABŞ və BMT ilə dəstək rolunu oynaya bilərik, çünki bu, beynəlxalq hüquqa riayət etməkdir. Biz kimisə nəyisə etməyə məcbur etmək üçün rıçaq və ya məcburiyyətdən istifadə etmirik, əksinə, tərəflərə həll yolu tapmaqda kömək etmək üçün xidmətlərimizi, ən yaxşı təcrübələrimizi və yaxşı niyyətlərimizi təklif edirik. Sonda bir daha vurğulayacağam ki, Azərbaycan və Ermənistan razılaşmalıdır", - diplomat vurğulayıb. 

Bununla yanaşı, Stano bildirib ki, Aİ üçün hələ də Qarabağdan olan qaçqınlar problemini həll etmək vacibdir. Xüsusilə bu insanlar öz evlərinə qayıtmalı və orada təhlükəsiz şəraitdə yaşaya bilməlidirlər. Eyni zamanda, Avropa İttifaqı, Rusiyaya qarşı sanksiyaları pozmasa, Rusiya ilə Ermənistan arasında əməkdaşlığa qarşı deyil. "Rus əsgərlərinin, FSB-nin və ya hər hansı digər Rusiya hüquq-mühafizə orqanının ərazinizdə olmasını istəməyiniz sizin suveren qərarınızdır. Biz demirik ki, bizdən daha çox istəyirsənsə, ruslardan əl çək. Aİ belə işləmir", - Stano əmin edib. Ermənistan və Avropa diplomatiyasının nümayəndələri ilə müsahibələr Rusiya və Azərbaycan tənqidlərinə bir növ cavab oldu. Belə ki, Azərbaycan prezidenti İlham Əliyev Amerika və Avropanın yüksək rütbəli məmurlarının vədlərinin əksinə olaraq, Brüsseldəki danışıqların onun dövlətinə qarşı yönəldiyinə inandığını bildirib. "Bu, ayrıseçkilik xətləri yaratmaq və ölkəmizi təcrid etmək məqsədi daşıyır", - Əliyev əmindir. Eyni zamanda o, Qərbi Ermənistanı Cənubi Qafqazda özünün silahlı forpostuna çevirməkdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, bu, gələcəkdə böyük fəlakətlə nəticələnə bilər. Bu baxımdan Əliyev Azərbaycan və Türkiyə arasında birliyin möhkəmləndirilməsini vacib sayır. Maraqlıdır ki, Brüssel görüşü başa çatdıqdan sonra elə ilk gecə Ermənistanla Azərbaycan arasında sərhəddə (Bakıda bu, şərti sayılır) atışmalara başlanılıb. Öz növbəsində Rusiya hakimiyyəti Brüsseldəki danışıqları kollektiv Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndirir. "Qeyri-regional qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrlə sonuclana bilər. Bu, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin idarəolunmaz şəkildə artmasına səbəb olur", - Moskva bildirib. Bundan əlavə, onlar qeyd ediblər ki, Qərb Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin respublikadan çıxarılmasına çalışır. Bütün bunların fonunda Rusiya hakimiyyəti İrəvanı ABŞ və Aİ-nin yolu ilə getməməyə çağırır, çünki bu yol təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə nəticələnəcək. Eyni zamanda, Moskva Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün öz vasitəçilik xidmətlərini təklif etməkdə davam edir. Ermənistana ciddi kömək edə bilən və ya əksinə, zərər verə biləcək qonşu dövlətlərdən yalnız İran danışıqlara cavab vermədi. Ermənistan hakimiyyəti bəyan edib ki, bu ölkə ilə ümumilikdə çox yaxşı münasibətlər var və heç bir anlaşılmazlıq yoxdur. İran hakimiyyəti həmişə deyir ki, regionun problemləri ilə yalnız yerli dövlətlər məşğul olmalıdır və xarici dövlətlərin müdaxiləsi qəbuledilməzdir. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ və Avropa İttifaqı nümayəndələri ilə görüşündən sonra heç bir müvafiq bəyanat verilməyib. Əksinə, Fransanın İrəvandakı səfiri bəyan edib ki, Ermənistan məsələsində Paris və Tehran eyni mövqedən çıxış edir. Ola bilsin ki, Ermənistanı böyük dövlətlər üçün sınaq meydançasına çevirmək İranın maraqlarına cavab verir, çünki o da öz payını alacağını gözləyir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ