Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan görsün - son 2 ildə Ukrayna hələ belə xəyanət görməmişdi...

Image


Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya uzunmənzilli raketlərlə intensiv bombardman kampaniyasını davam etdirdiyi halda, Ukraynanın hava hücumundan müdafiə raketlərinin tükənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. 

Ukrayna liderinin ölkəsinin hava hücumundan müdafiəsi ilə bağlı vəziyyətin pisləşməsinə dair bugünə qədər etdiyi ən sərt xəbərdarlıq Rusiyanın geniş raket və dron arsenalından istifadə edərək, həftələrdir Ukraynanın energetika sisteminə, şəhər və qəsəbələrinə hücumlarından sonra edilir. Zelenski bu fonda qeyd edib: "Əgər onlar ötən ayda olduğu kimi hər gün də zərbələr endirməyə davam etsələr, bizim kifayət qədər raketimiz olmaya bilər və tərəfdaşlarımız da bunu bilir". 

Müttəfiqlərini həftələrdir təcili olaraq daha çox hava hücumundan müdafiə vasitələri ilə təchiz etməyə çağıran Zelenski Ukraynanın hazırda vəziyyətin öhdəsindən gəlmək üçün kifayət qədər ehtiyata malik olduğunu, lakin nəyin müdafiə ediləcəyi ilə bağlı artıq çətin seçimlər etməli olduğunu deyib. O, "Patriot" zenit-raket komplekslərinə ehtiyac olduğunu xüsusi qeyd edib və bildirib ki, Ukraynaya 25 belə sistem lazımdır. ABŞ-ın müasir raketdən müdafiə və hava hücumundan müdafiə sistemləri Rusiyanın hədəfləri bir neçə dəqiqə ərzində vura bilən ballistik və hipersəsli raket hücumlarını dəf etmək üçün həyati əhəmiyyət kəsb edir. Son aylarda döyüşlərin dinamikasında Ukraynanın xeyrinə olmayaraq dəyişdiyi müşahidə edilir və Kyiv Qərb tərəfindən, xüsusən də ABŞ-dan hərbi yardımın səngidiyi ilə qarşılaşıb. Zelenski   bu fonda vurğulayıb ki, Kiyev ABŞ-da seçki prosesinin girovuna çevrilib. Onun sözlərinə görə, Ukraynaya dəstək məsələsi ABŞ üçün daxili siyasi məsələyə çevrilib: "Amerika yardımına gəlincə, bu, istənilən halda mühüm əhəmiyyət kəsb edir. Mən hələ də ABŞ Konqresindən müsbət səs ala biləcəyimizə inanıram. Təəssüf ki, biz girovdayıq, çünki bu, seçki prosesidir, bunlar ABŞ-da seçkilərdir. Buna baxmayaraq, inanıram, işləyirəm və ümid edirəm ki, o şüurlu düşüncə yenə də qalib gələcək". Zelenski bildirib ki, yardımın ayrılması üçün müxtəlif variantlar nəzərdən keçirilir, o cümlədən yardımın Kiyevə kredit formasında təqdim edilməsi: "Bilirsiniz, bu yaxınlarda bir senator mənə dedi: "Pulu kredit kimi almağa razılaşarsınızmı? Məsələn, sizə desələr ki, ya pul kreditdir, ya da almayacaqsan". Cavab verdim: "Gəlin açıq danışaq, istənilən variantla razılaşacağıq". Amma bu formada da Ukraynaya yardımlar gecikir. "Forbes" jurnalı isə yazır ki, mərmi çatışmazlığı Ukrayna silahlı qüvvələrinin Rusiya hərbçilərini atəşə tutmasına mane olur. Nəşr qeyd edib ki, ABŞ yardımının dayandırılması ilə Ukrayna artilleriya batareyaları atılan mərmilərin sayını 6 mindən 1000-ə endirib. Sursat çatışmazlığı səbəbindən bir çox hallarda Ukrayna qoşunları rus hücum qruplarını aşkar etmələrinə baxmayaraq, onları vura bilmir. Həmçinin bildirilib ki, Ukrayna silahlı qüvvələrinin Avdiivkadan geri çəkilməsinə də sursat çatışmazlığı səbəb olub. Bundan başqa, hava hücumundan müdafiə raketləri yoxdur və döyüşdə zədələnmiş texnikanın təmirində gecikmələr var. Amma Qərbin Ukraynaya xəyanət siyasəti təkcə bununla məhdudlaşmır.  "The American Conservative" jurnalı yazır ki, ABŞ administrasiyası və NATO-nun müttəfiq dövlətlərinin hakimiyyət orqanları yaxşı bilirlər ki, Ukraynanın alyansa daxil olması heç vaxt baş verməyəcək: "ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynanın NATO-ya üzv olacağını yenidən təkrarladı. Bu mənasız, demək olar ki, teoloji jestdir - az qala bütpərəst himnlərin hazırlanması kimi. Blinken vədinin yerinə yetirməyəcəyini bilir. Avropalı müttəfiqlər də bunun doğru olmadığını bilirlər. Amerikalıların əksəriyyəti ya Ukrayna ilə maraqlanmır, ya da fəal şəkildə Avropa işlərinə daha çox qarışmağa qarşı çıxır. NATO üzvlüyünü Ukraynanın qarşısında bayraq kimi sallamaq, xüsusəndə alyansın 2008-ci il Buxarest sammitindən sonra alyansa qoşulmasına icazə vermədiyi və gələcəkdə də imkan verməyəcəyi halda, çox kinli bir davranışdır. Arqument ondan ibarətdir ki, NATO üzvləri Ukraynanı yalnız mövcud təhlükəsizlik problemini həll etdikdən, yəni müdafiəyə ehtiyac qalmayandan sonra alyansa qəbul edəcəklər. Bu, hər hansı sağlam düşüncəli insan üçün absurd səslənir. Bu o deməkdir ki, bu həyatda təhlükəsizlik məsələsi həll olunmayacaq və ölkə ərazisində vəziyyət dondurulmuş münaqişə olaraq qalacaq. Ukrayna üçün təpələrin arxasında heç bir NATO süvariləri görünməyəcək. Bizim edə biləcəyimiz ən yaxşı şey Ukrayna və Gürcüstanı Soyuq müharibə dövründə Avstriya kimi neytral bufer zonalarına çevirməklə kompromis tapmaqdır. Lakin bunun üçün Vaşinqtonun bəzi sərt həqiqətləri etiraf etmək və strateji düşüncə ilə yanaşı cəsarətli rəhbərliyinə ehtiyacı var".

Bunlar fonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov qeyd edir ki, belə vəziyyətdə Rusiya qoşunlarının yeni hücumu yazın sonu, yayın əvvəlində gözlənilir. Eyni zamanda, düşmən üçün strateji istiqamət Pokrovskdır və onların Donetsk vilayətinin Çasiv Yarına qədər irəliləmələri istisna olunmur. Onun sözlərinə görə, yazın sonu və yayın əvvəlində, xüsusən də Donbasda Rusiya hücumunun artması gözlənilir. Beləliklə, Qərbin Ukraynanı qurban etməsi ilə bağlı deyilənlər özünü tam doğruldur. İndi maraq doğuran hal digərlərinin, məsələn, Ermənistanın bundan nəticə çıxarmamasıdır. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokratlar Partiyasının (LDPR) lideri Leonid Slutski bu fonda qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni Ukrayna yolu ilə aparır. Onun sözlərinə görə, Paşinyanın İrəvanı Ukrayna yolu ilə aparması Ermənistan-ABŞ-Avropa İttifaqı formatı inkişaf etdikcə daha aydın görünür: "Qərbin Kiyevin müharibəsində uğursuzluqları fonunda Vaşinqton və Brüssel Rusiyaya qarşı yeni poliqonlar axtarır. Və görünür, qərblilərin baxışları getdikcə daha çox əvvəlcə Moldovaya, sonra isə Ermənistana düşməyə başladı. İrəvandakı hazırkı hakimiyyət başa düşürmü ki, Avroatlantik şahinlərin vəd etdiyi dəstək və yardım Rusiyanı zəiflətmək planını canlandırmaq cəhdindən başqa bir şey deyil? İndi bu, Ermənistan xalqının milli maraqları və Cənubi Qafqazda sabitliyin pozulması perspektivi bahasına başa gələcək". O əlavə edib ki, bu cür yardım suverenliyin itirilməsi, vətəndaş müharibələri və mülki insanların itkiləri, iqtisadi böhranlar və humanitar fəlakətlərlə nəticələnir. Hazırda Qərb Cənubi Qafqazda qeyri-sabitlik yaratmaq üçün Ermənistan üzərindən yeni bir plan formalaşdırır. Ermənistanın bu addımı təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə, İrana, Rusiyaya, ümumiyyətlə regionda güclər balansını pozmağa yönəlmiş destruktiv fəaliyyətdir. Qərbin planı da Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açmaqdır.  Amma Ukrayna siyasəti Qərbin bu yanaşmasının sonda nə ilə nəticələnəcəyini də dəqiq göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ