Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan Brüssel görüşündən əvvəl Azərbaycan barədə Qərbə nə sənədlər verib?..

Image


Brüssel görüşü ərəfəsində Ermənistan Aİ və ABŞ-da Azərbaycanın silahlanmasına dair "sənədlər" təqdim edib. Bu barədə Politiko saytı yazıb. 

Bu da o qənaətə gəlməyə imkan verir ki, görünür, görüş ərəfəsində Brüsseldə hərbi məsələnin müzakirə ediləcəyi barədə deyilənlər yalan deyilmiş. Düzdür, Brüssel görüşünün təşkilatçıları bunu inkar etsə də, 5 aprel görüşündə hərbi komponent var.  

Ermənistan Brüssel görüşündən əvvəl Azərbaycan barədə Qərbə nə sənədlər verib?...

Mətin Məmmədli: "Brüssel görüşündən əvvəl də..."

 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli "Bakı-Xəbər"ə şərhində "Brüssel görüşündən əvvəl də bu görüşdə hərbi və təhlükəsizlik məsələrinin müzakirə olunacağı söylənilirdi. Hətta Ermənistana Qərb tərəfindən təhlükəsizlik zəmanətinin veriləcəyi də deyilirdi. Bunlar baş verməsə də, hər halda, böyük ehtimalla, qapalı görüşdə Ermənistanın təhlükəsizlik məsələsi də, Azərbaycanın hərbi gücü də və sair mövzuda digər məsələlər də müzakirə olunub. Düşünürəm ki, hər halda qarşıdakı perspektivdə Ermənistanın təhlükəsizliyi məsələsi Qərb tərəfindən yenidən gündəmə gətirilə bilər. İndi bu məsələ gündəliyə çıxarılmadı və hər hansı razılaşmanın qəbul olunduğu bildirilmədi. Hesab edirəm ki, gələcəkdə bu məsələ ola bilər"-deyə bildirdi.

M.Məmmədlinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Ermənistan son aylarda Qərbin aparıcı dövlətlərindən biri olan Fransa tərəfindən silahlandırılır. "Digər Qərb dövlətləri də Ermənistana silah satışında maraqlı olduğunu bəyan edib. Hər halda düşünürəm ki, Ermənistanın silahlandırılması məsələsi Qərbin gündəliyində  aktuallaşa bilər"-deyə M.Məmmədli qeyd etdi.     

Akif Nağı: "Ehtimal etmək olar ki, Ermənistan Azərbaycanla bağlı saxta, əsassız məlumatlar təqdim edib" 

Azad Vətən Partiyasının sədri Akif Nağı da bu barədə fikirlərini "Bakı-Xəbər"lə bölüşdü.  

"Avropa strukturlarının, təşkilatlarının, bəzi dövlətlərin təmislçiləri də, o cümlədən, ABŞ-ın, Fransanın nümayəndələri də dolayısı ilə təsdiq edirlər ki, Brüsseldəki 5 aprel görüşündə hərbi məsələlər də gündəmdə olub. Sadəcə onu gizlədirlər. Məlumatın gündəliyə gəlməsindən, ortaya çıxmasından çəkinirlər. Çünki bilirlər ki, Azərbaycan narazı qalacaq. Bilirsiz ki, həmin görüş ərəfəsində ABŞ-ın dövlət katibinin və Aİ-nin rəsmi nümayəndəsinin Prezident İlham Əliyevə zəng vurmaları təsdüfi deyildi. Belə başa düşürəm ki,  orada hərbi məsələlərin, eləcə də Ermənistana hərbi yardım göstərilməsi, Ermənistanın müharibəyə hazırlaşdırılması ilə bağlı  müzakirlər aparılacağına  dair Azərbaycanın əlində faktlar, məlumatlar vardı. Ehtimal ki, Azərbaycan da əlində olan faktları müxtəlif kanallarla onların diqqətinə çatdırıb. Ona görə də dərhal Blinken Azərbaycan Prezidentini arxayınlaşdırmaq üşün ona zəng etdi. Düzdür, arxayınlaşdırmaq sözü də yerinə düşmür. Çünki Azərbaycan Prezidenti əmin olmadığı məsələni onların qarşısında qaldırmaz. Onlar Azərbaycan Prezidentinin bildiyi faktların üzərində Azərbaycanla söhbət apardılar. Belə dəyərləndirirəm ki, onlar Azərbaycanın iradlarını qəbul etdilər və ona görə dalbadal zəng vurdular. Yəqin ki, mövqelərindən xeyli geri çəkildilər də. Amma yenə də qapalı şəkildə hərbi məslələri müzakirə etdilər. O danışıqlardan sonra əgər Ermənistan cəbhə bölgəsində, şərti sərhəd xəttində davamlı şəkildə atəşkəsi pozursa, Azərbaycana qarşı təxribatlar törədirsə, sülh prosesini pozursa, demək onların bəd niyyətləri var, Azərbaycana qarşı hansısa ən azından lokal hərbi əməliyyat həyata keçirmək istəyirlər. Ola bilsin, bundan istifadə edib Rusiyaya qarşı hansısa addımlar atsınlar, Rusiyanın hərbi bazasını oradan çıxarmaq üçün hansısa addım atsınlar. Amma bizi maraqlandıran burada Azərbaycana dəyəcək zərərdir, Azərbaycanın mövqeyinə zərbə vura bilərlər. Deyək ki, Azərbaycanın Şərqi Zəngəzur istiqamətində mövqelərini təhlükə altına ala, təhdid edə, Qarabağ istiqamətində də hər hansı bir təxribat törədə, diversant qruplar göndərə bilərlər. Ermənistanda Azərbaycana qarşı çoxvariantlı təhlükə mənbələri var"-deyə A.Nağı bildirdi.

Partiya sədri vurğuladı ki, biz də bu təxribatlara qarşı işimzi qurmalıyıq. "Brüssel görüşü ərəfəsində Ermənistanın Azərbaycanla bağlı hansı sənədi təqdim etdiyinə gəlincə, bu qapalı bir məsələdir, demək olar ki, heç kəsin bundan məlumatı yoxdur. Ehtimal etmək olar, Ermənistan Azərbaycanla bağlı saxta, əsassız məlumatlar təqdim edib. Qərbə yalan, əsası olmayan məlumat ötürə bilərlər ki, guya Azərbaycan silahlanır. Əslində isə bu boş və mənasız bir iddiadır. Azərbaycan normal şəkildə öz planlarına uyğun olaraq, heç kəslə razılaşmadan özünün müdafiə qüdrətini artırmaq üçün müəyyən dövlətlərlə hərbi sahədə müqaviləsi olub, var da, bu istiqamətdə işləri davam edir. Bunun da nə Ermənistana, nə Qərbə, nə də hansısa beynəlxalq təşkilata, dövlətə dəxli var, Azərbayan heç kəsin qarşısında cavab verməli deyil. Silahlanma ilə bağlı müəyyən beynəlxalq normalar var, bugünə qədər də Azərbaycan həmin o beynəlxalq normalara, kvotaya tam şəkildə əməl edib. Beynəlxalq qurumların özlərinin peyk vasitəsilə istənilən ölkədə silahla, yerdəyişmələrlə bağlı izləmə aparmaq imkanları var və onlar izləyirlər, çünki məlumatları dərc edirlər. Ermənistanın onlara nəsə bir fakt təqdim etməsi, bunun da yeni bir sensasiya olması kimi bir şey yoxdur. Onların deyəcəyi və beynəlxalq təşkilatlarən bilmədiyi bir məsələ yoxdur ki, Ermənistan nəyisə çatdırsın. Onların apardığı hansısa bir saxta sənəddən Qərbin, beynəlxalq qurumların Azərbaycana qarşı istifadə etməsi qeyri-realdır. Bu sübut olunmayan bir məsələdir. Heç kəsin Azərbaycana göstəriş verməyə ixtiyarı yoxdur. Azərbaycan beynəlxalq normaıara həmişə riayət edib. Ermənistanın iddia etdiyi nədirsə, o birinci Azərbaycanla müzakirə olunmalıdır ki, ermənilər onun haqda ortaya hansısa iddia qoyub. Yəni məsələnin mahiyyəti bundan ibarətdir. Son olaraq məsələni belə dəyərləndirmək olar ki, Ermənistan sakit dayanmaq istəmir, Azərbaycana qarşı hansısa təxribatlar törətmək istəyir..."-deyə A.Nağı bildirdi.

Azərbaycan öz torpaqlarını işğaldan azad edib, amma Ermənistan süni şəkildə o əraziləri öz əraziləri kimi qələmə verməyə çalışır. Eyni zamanda Qazaxın kəndləri ilə bağlı da ermənilərin yanlış təsəvvür yaratmaq istədiyini deyən A.Nağı qeyd etdi ki, bununla bağlı təxribat həyata keçirir, guya o kəndlərin ermənilərə aid olduğunu göstərməyə cəhd edirlər. "Faktlar ortadır. Sovet dövrünə aid xəritələr var, o dövrdə inzibati bölgülər vardı. O kəndlərin hər birində azərbaycanlılar yaşayırdı və onlar Qazaxın inzibati ərazi vahidləri idi. Amma dünya bunu görmək istəmir, bu fakta diqqət yetirmir, ermənilərin yalanlarını əsas götürürlər. Faktların hamısı onu göstərir ki, Ermənistan təxribat törətməyə hazırlaşır. Azərbaycan bu təxribatlara qarşı hazır olmalıdır, buna qarşı elə addımlar atmalıdır ki, onlar peşman olsunlar"-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ