Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan iqlim dəyişmələri ilə səmimi mübarizə etməyən ölkələrə mesaj verir...

Image


Cəsarət Hüseynzadə: "Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq miqyasda baş verən müxtəlif hadisələrə öz ədalətli mövqeyini nümayiş etdirən bir ölkədir"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib. Bununla bağlı Nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.

"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb. 

Azərbaycan iqlim fəallarının hüquqlarını müdafiə edir. Bildiyimiz kimi, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Azərbaycanın hazırda dünyada çox fəal şəkildə təqdim etdiyi platformalardan biri iqlim dəyişikliyinə qarşı mübarizədir. Ölkəmiz bütün qlobal problemlərin həllinə dəstək verir.  Necə ki, Fransanın müstəmləkəçiliyinə qarşı təşəbbüskar qaydada mübarizə aparır, eləcə də dünyada iqlim dəyişikliyi ilə mübarizə prosesinə ikili standartlar çərçivəsində yanaşan ölkələrə qarşı bu addımı atır. Çünki dünyada hələ də bu sahəyə ikili standartlarla yanaşan ölkələr var. Yəni iqlim dəyişikliyinə belə candərdi, barmaqarası yanaşan ölkələr mövcuddur. Əgər doğrudan da Hollandiya kimi ölkələr iqlim dəyişikliyinin ziyanlı olduğunu qəbul edib ona qarşı mübarizə aparsa, bu iqlim dəyişikliyinə qarşı mübarizə aparan fəalları sıxışdırmaz. 

Hollandiya onları niyə sıxışdırır, niyə imkan vermir ki, onlar  çıxıb öz sözlərini desinlər? Azərbaycan  iqlim dəyişikliyinə qarşı mübarizə aparan fəalları dəstəkləməklə əslində iqlim dəyişiklikləri ilə mübarizədə səmimi olmayan ölkələrə qarşı bir tövr nümayiş etdirir.

"Azərbaycanın bu məsələyə münasibət bildirməsini, Hollandiya hökumətinə çağrış etməsini..." 

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə "Bakı-Xəbər"ə şərhində bildirdi ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Hollandiyada baş verən bu hadisədən narahatlıq keçirirlər. "Çünki Hollandiyanın müxtəlif dövlət və qeyri-dövlət təşkilatları hər zaman özlərini beynəlxalq ictimaiyyətə ifadə azadlığını, vətəndaş fəallığını və sairi təbliğ edənlər kimi tanıdırlar. Bu sahədə Hollandiya hökuməti özünü göstərməyə çalışır. Amma faktiki olaraq iqlim dəyişikliyinə qarşı mübarizə aparan fəalın üzləşdiyi problem bir daha bəzi Qərb ölkələrinin, o cümlədən Hollandiyanın əslində müxtəlif məsələlərə ikili standartlar çərçivəsində yanaşdığını göstərir. Bilirsiz ki, bu gün dünyada iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi, "yaşıl enerji"yə keçid ən mühüm prioritetdir. Çünki burada bəzi dövlətlər əksinə, bu keçidləri etməkdə maraqlı olmadıqları halda vətəndaş cəmiyyəti dünyanın gələcəyi naminə bu işləri təbliğ edir. İqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi, "yaşıl enerji"yə keçid böyük vəsait tələb etdiyi üçün bəzi ölkələr buna barmaqarası yanaşır. Vətəndaş cəmiyyəti olaraq fikrimiz ondan ibarətdir ki, müasir dövrün əsas istiqamətlərindən biri məhz bu sahələr olmalıdır.      

Hollandiyada baş verən bu hadisə, həmin xanımın polis tərəfindən saxlanılması və təzyiqə məruz qalması Holandiyanın vətəndaş iştirakçılığına, vətəndaş fəallığına münasibətidir.    

Qreta Tunberqinin Haaqada keçirilən etiraz aksiyasında saxlanılması faktiki olaraq Holandiya hökumətinin vətəndaş iştirakçılığına, fəal vətəndaş aksiyalarının keçirilməsinə münasibətinin əyani göstəricisidir. Biz eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi ilə də tanış olduq. Bu da normal haldır. Çünki Azərbaycan COP29 kimi mötəbər tədbirə evsahibliyi edəcək bir ölkədir. Azərbaycanın bu məsələyə münasibət bildirməsini, Hollandiya hökumətinə çağırış etməsini Azərbaycan dövlətinin COP29 la bağlı üzərinə götürdüyü bir öhtəlik kimi də dəyərləndirmək olar. İkincisi, COP29 olmasa belə,  Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq miqyasda baş verən müxtəlif hadisələrə öz ədalətli mövqeyini nümayiş etdirən bir ölkədir. Dünyanın istənilən ölkəsində insan haqlarına, vətəndaşların hüquq və mənafelərinə zidd, xüsusən yeni dünya düzəni üçün vacib olan ekololoji, iqlim dəyişikliyi ilə mübarizəyə qarşı baş verən hadisələrə Azərbaycan dövləti öz mövqeyini hər zaman göstərir. Azərbaycan böyük bir hərəkatın önündə gedən bir dövlətdir. Qoşulmama Hərəkatının bütün fəaliyyətinin çiçəklənməsi dövrü məhz Azərbaycan dövlətinin bu təşkilata sədrlik etdiyi illərə təsadüf edir. Həmçinin, Fransa müstəmləkəçiliyinə qarşı təşəbbüsdə də Azərbaycan çox mühüm rol oynayıb. Bakı Təşəbbüs Qrupu yaradılıb ki, Fransanın bir çox Afrika ölkəsində həyata keçirdiyi cinayətlərlə bağlı bu qrup çox mühüm iş aparır. Burada dünyanın müxtəlif ölkələrindən olan insanlar birləşir"-deyə C.Hüseynzadə qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ