Cümə axşamı günü, 05 noyabr 2026
     

“Ermənistanda Qərb qüvvələri qırmızı xəttimizdir"- İran rüsvay olur...

Image


Elxan Şıxəliyev: "İran bu razılaşmaların içərisindədir"

 ABŞ ordusunun mobil təlimatçıları Ermənistanda səfərdədir. Amerikalı hərbçilər 1-5 aprel tarixində Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsi və "Zinus media" dövlət qurumunun əməkdaşlarına təlim keçib. Təlimin əsas mövzusunun ictimaiyyətlə əlaqələlər və kommunikasiya olduğu deyilir.

Amerikalı hərbçilərin Ermənistana məhz aprelin 5-də Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçiriləcək Brüssel görüşündən öncə gəlməsi maraqlı görünür. Brüssel görüşündə Ermənistanın "təhlükəsizliyi" adı altında Qərb qüvvələrinin bu ölkəyə gətirilməsi məsələsinin müzakirə olunacağı bildirilirdi. ABŞ-ın Ermənistanda hərbi mövcudluğu hətta Rusiya ilə İrəvanın münasibətlərinin rəvan olduğu  dönəmdən start götürüb. Bu ilin əvvəlində  ABŞ-ın Ermənistanda  13-cü hərbi-bioloji laboratoriyasının yaradılmasına hazırlıq getdiyi bəyan edildi. Maraqlıdır ki. Zəngilanda mal-qara fermasını "xarici ölkənin bazası" kimi təqdim edən və "qırmızı xətlər" çəkən İran Ermənistanın sərhədə Aİ missiyasını gətirməsinə, ötən il Ermənistan ərazisində Ermənistanla ABŞ-ın keçirdiyi hərbi təlimlərə, amerikalı hərbi instruktorların Ermənistanda olmasına etiraz etmir. Eyni zamanda 5  aprel görüşündə regionda yeni status-kvo və hərbi paktın yaradılmasına yönəlmiş görüşə reaksiya vermir. İranın bu davranışı nə ilə izah oluna bilər?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, İranın son zamanlar - 5 aprel görüşünə qədər, ondan sonrakı davranışları regionda onun öz maraqlarını təmin etmək üzərinə hesablanır: "Bütün zamanlarda, istər Birinci Qarabağ müharibəsi, istər 44 günlük müharibə dövründə İran Ermənistanın yanında "sərhədlərin dəyişdirilməsi mənim qırmızı xəttimdir" kimi bir mövqe tutdu. İndiki davranışları da əslində təəccüblü deyil. Ermənistan üzərindən bizim sərhədlərimizdə təlimlərin keçirilməsi, təyyarələrin uçması, bizi hərbi güclə şantaj etməsi xatirimizdədir. Dolayısı ilə İran demək istəyir ki, Ermənistanla müttəfiq halına gəlmək niyyəti var və bu da türk düşmənçiliyidir. Türk düşmənçiliyinin içində Ermənistanın güclənməsi Azərbaycana qarşı yönələcək. Bütün zamanlarda Azərbaycan Ermənistanla açıq düşmənçilikdə olduğu halda, İran bunu üstü qapalı şəkildə həyata keçirir. İndi isə açıq müstəviyə keçirlər. Bu silahlanmanın həyata keçirilməsində Ermənistanı dəstəkləməsi, 5 aprel görüşü, Avropanın ilkin missiyasının sərhədə gəlməsi onu göstərir ki, İran bu razılaşmaların içərisindədir. Çünki gələcəkdə Ermənistanın əraziləri Şimali Atlantika Alyansının nəzarəti altında olan bölgəyə çevriləcəksə, bu təhdidin İrana qarşı gələ biləcəyi ehtimalı yüksəkdir. İran "qırmızı xətlərini" bəlli etməli idi, ancaq etmədi. Demək, burda gizli şəkildə anlaşmalar var. Xüsusən də, bu razılaşmaların moderatorluğunu Fransa ilə bərabər həyata keçirirlər. İkinci bir məsələ isə Ermənistanın silahlanması, logistika yolları İrandan keçir.  İranın da Avropaya çıxışı Ermənistan üzərindən mümkündür. İstənilən halda İran özünü bu coğrafiyada Ermənistanın ən yaxşı müttəfiqi hesab edir və silahlanmanı da çox həvəslə həyata keçirir. Xüsusən də bir neçə istiqamətdə bu silahlanmanın həyata keçirilməsi göz qabağındadır. Hindistan, Yunanıstan kimi ölkələr də bu siyahıya daxildir. Ermənistanın silahlanmasının da Azərbaycana qarşı olması açıq bəllidir və bu da İrana sərf edir. İran həm tarixdən gələn səbəblər, həm də coğrafiyada bizim müttəfiqlərlə olan münasibətin qısqanclığı üzərindən Azərbaycanı hər zaman hədəf olaraq görür. Xüsusən də bizim Türkiyə ilə yüz illik planlarımızın içində mümkün ola biləcək, İran ərazisində olan Cənub soydaşlarımızın Turan birliyindən ruhlanaraq İranın özündə azadlıqlarının təminatı cəhdlərindən də ehtiyatlanır. Bir çox istiqamətlər var. Ona görə də düşünürəm ki, İran coğrafiyada Ermənistandan daha çox bizə qarşı təhlükə yarada biləcək ölkə halındadır. Ermənistanın düşmənçiliyi aşkardır, ortadadır. Ancaq İrandan nə zaman nəyin gözlənəcəyini praqmatik olaraq hesaba qatmalıyıq. Bütün bunları nəzərə alaraq, İranın belə davranmasından təəccüblənmirik. İranın dövlət olaraq loqistika, daşımalar üzərindən şəxsi çıxarları var. Bizim Zəngəzur dəhlizinin İrandan keçəcəyi də nəzərə alınmalıdır ki, orda da dividendlər qazanacaq. Görünür, İran Ermənistan-Azərbaycan, Rusiya-Ermənistan münasibətləri üzərindən maliyyə vəsaitləri qazanması üçün bütün dividendləri öz üzərinə çəkəcək. Digər bir məsələ də, fürsət düşdükcə, İran türk düşmənçiliyini aşkara çıxaracaq. Bu səbəbdən də biz İrandan mümkün ola biləcək təxribatlara hər zaman hazır olmalıyıq. Bu Ermənistanın da, İranın casus şəbəkələrinin də əli ilə ola bilər. Xüsusilə də İsrailin Dəməşqdə olan İran konsulluğuna raket zərbəsindən sonra İranın bir çox parlament üzvləri Azərbaycanı hədəf göstərdilər. Bunun üzərindən İran da Azərbaycanda olan İsrail səfirliyinə zərbə vura bilər kimi fikirlər ortaya çıxardılar. Yeni reallıq ondan ibarətdir ki, biz təhlükəni nə dərəcədə Ermənistandan gözləyiriksə, bu siyahıda İranın da olacağını nəzərə almalıyıq".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ