Cümə axşamı günü, 05 noyabr 2026
     

"Ermənistan geri dönüşü olmayan tunelə salınıb" - Vüqar Rəhimzadə

Image


Azərbaycan tarixi Zəfərdən sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin imzalanmasını təklif etdi. Həmin vaxtdan xeyli müddət keçsə də, Ermənistan hələ də himayədarlarının dəstəyi sayəsində bu addımı atmaqda tərəddüdlərini davam etdirməkdədir. Bunun səbəbi işğalçı Ermənistan və ona dəstək verən bəzi aparıcı Qərb dövlətləri üçün "sirr" olsa da, Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalan dövlət kimi bu addımların arxasında hansı maraqların dayandığını çox yaxşı bilir. Ermənistanın yenə də bəzi dünya güclərinin əlində oyuncağa, onların maraqlarının icraçısına çevrildiyini aydın şəkildə görmək üçün təkcə son zamanlar cərəyan edən proseslərə diqqət yetirmək kifayətdir. 30 il davam edən işğal dövründə də Ermənistan eyni missiyanı yerinə yetirdi. Nəticədə 44 günlük İkinci Qarabağ müharibəsi baş verdi.

Azərbaycan dövləti bir qayda olaraq artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllindən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edirdi ki, problemin beynəlxalq miqyas alması nizamlanma prosesinə mane olur. Hər bir dövlətin məsələnin həllinə öz maraqları baxımından yanaşması, maraqların üst-üstə düşməməsi münaqişənin həlli prosesinin uzanmasını şərtləndirdi. Tərəflərin özlərinə qalsaydı, münaqişə çoxdan öz ədalətli həllini tapardı. Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə bir daha dünya güclərinin regionda vəziyyətin gərginləşməsində, sülhün və təhlükəsizliyin təmin edilməməsində maraqlı olduqları açıq-aydın görünür. Bir daha bu reallıq öz təsdiqini tapır ki, dünya gücləri ikili stantartlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmirlər. Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransının keçirilməsi bütün qaranlıq məqamlara işıq saldı. Görünən odur ki, Qərb Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməkdədir. 5 aprel görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan tərəfinin haqlı iradlarına, konfransı təxirə salmaq tələblərinə baxmayaraq görüş keçirildi. Görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyev ilə telefon danışıqlarında görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyi adı altında ört-basdır etməyə çalışdılar. Azərbaycan dövlətinin başçısı bu məqamı xüsusi qeyd etdi ki, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Prezident İlham Əliyev, həmçinin anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğuladı.

Qeyd etdiyimiz kimi, nəticələrdən bir daha aydın oldu ki, görüş regionda sülhün, təhlükəsizliyin təmin edilməsinə deyil, münaqişənin yenidən alovlandırılmasına hesablanıb. İqtisadi yardım adı altında hazırlanan ssenarilərin əsas mahiyyəti aydın şəkildə bəlli oldu. Ursula Fon der Lyayen Brüsseldə bəyan etdi ki, Avropa İttifaqı Ermənistana 4 il müddətində 270 milyon avro məbləğində yeni yardımlar edəcək. Bu dəstəyin məqsədi Ermənistanın "iqtisadi inkişafına" köməkdir. Lakin hansı formada ifadə edilməsindən asılı olmayaraq inkardeliməz həqiqətdir ki, bu dəstək anti-Azərbaycan mahiyyəti daşıyır. Görüşün mahiyyətinin iqtisadi yardım ilə əlaqələndirilməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. İqtisadi yardım üçün Brüsseldə bir araya gəlməyə ehtiyac var idimi? Bir daha aydın olur ki, Ermənistanın "iqtisadi inkişafı"nın müzakirə olunacağı vəd edilsə də, bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Bu, pərdəarxası hərbi yardımın ayrılması və hərbi paktdır.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, hazırkı dövrün əsas məsələsi sülh müqaviləsinin imzalanması olduğu halda, dünya güclərinin Ermənistana iqtisadi yardım adı altında yarışa girişmələri diqqətdən kənarda qalmır. Avropa İttifaqı ilə yanaşı, ABŞ da Ermənistana 65 milyon dollar məbləğində yardım ayıracaq. ABŞ-ın Azərbaycan ərazilərinin işğalda saxlanıldığı dövrdə mütəmadi olaraq demokratiyaya dəstək adı altında işğalçı dövlətə maliyyə yardımı etməsi məlum olaylardandır. Artıq bu gün bu yardımların mahiyyətində "dəyişiklik" baş verib. Məqsəd guya Ermənistanın iqtisadi inkişafının dayanıqlılığını təmin etməkdir. Dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin bariz nümunəsi olan bu addımın arxasında çirkin niyyətlərin dayandığı aydındır.

Vüqar Rəhimzadə bildirib ki, Brüssel görüşündən əvvəl ABŞ və Avropa İttifaqı rəsmilərinin dövlət başçısı İlham Əliyevə telefon zəngləri, müştərək konfrans zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi ölkəmizin sözünün imzası qədər dəyərli olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni reallıqlar yaradan qalib Azərbaycan diktə edən tərəfdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında daim bu çağırış xüsusi yer tutur ki, heç bir qüvvə Azərbaycanla diktat dili ili danışa bilməz. Ermənistan üçün təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli idi. Bu təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq. Bu gedişlə Ermənistanı Ukrayna, Suriya, Livanın aqibəti gözləyir. Ermənistan müxtəlif zonalara parçalanacaq. Bu vəziyyətdə Türkiyə riskləri nəzərə almalı və təhlükəsizlik zonası yaratmaq haqqında düşünməlidir.

YAP Xətai rayon təşkilatının sədri həm də diqqəti "sapı özümüzdən olan baltalar"ın erməni sevgisinə yönəldib. Bildirib ki, 5 aprel görüşündən dərhal sonra daxili bədxahlarımız hərəkətə keçərək ABŞ və Avropa İttifaqının regiondakı oyunlarına bəraət qazandırmağa çalışırlar. Belə ki, sabiq səfir Arif Şahmarlı iddia edir ki, Brüsseldən verilən mesajlar Azərbaycana yox, Rusiyaya qarşı ünvanlanıb. Sevinc Osmanqızı, Qənimət Zahid və digər xəyanətkar ünsürlər də Azərbaycanın Brüssel görüşü ilə bağlı mövqeyinə utanmadan erməni prizmasından baxırlar. Bu anti-milli ünsürlər tərəfindən birbaşa Ermənistana dəstək üçün təşkil olunan görüş bəh-bəhlə təriflənir. Onlar bu kimi addımları ilə xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncaq olduqlarını, əvvəlcədən yazılmış ssenarilər əsasında hərəkət etdiklərini sübut edirlər. Öz şəxsi ambisiyalarına görə dövlətinə, xalqına xəyanət yolunu tutanlar ən böyük cəzaya layiqdirlər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ