Cümə axşamı günü, 05 noyabr 2026
     

İran və İsrail genişmiqyaslı müharibə hazırlığına başladı...

Image


Son günlərdə İran və İsrail arasında daha gərgin xarakter alan münasibətlərin müharibə mərhələsinə qədəm qoya biləcəyinə dair xəbərdarlıqlar artır. Bu fonda İran İslam İnqilabı Keşikçiləri Korpusunun 7 üzvünün ölümünə görə qisas alacağını bir daha bəyan edib. İnqilab keşikçilərinin İsrailin Suriyaya hava zərbələri nəticəsində həlak olması Tehranı çox qəzəbləndirib.

İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsi olduğu deyilən bina aprelin 1-də endirilmiş hava zərbələri nəticəsində dağılıb. Tehran bu zərbələrə görə İsraili ittiham edir. İsrail isə, bir qayda olaraq, belə hava zərbələri barəsində şərh vermir. İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami Tehranda keçirilən "Qüds günü" mitinqi zamanı deyib: "Bizim müqəddəs sistemimizə qarşı hər hansı düşmənin hərəkəti cavabsız qalmayacaq". İranda Ramazan ayının son cümə günündə ənənəvi olaraq Fələstinə dəstək anti-İsrail mitinqləri keçirilir. Builki mitinqlər həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İslam İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin dəfn mərasimi kimi keçirilib. Nümayiş iştirakçıları mitinqə İslam İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin portretləri və "İsrailə ölüm!" və "Amerikaya ölüm!" plakatları ilə çıxıblar. İranın dövlət mediasında Amerika bayraqlarının və İsrailin baş naziri Binyamin Netanyahunun müqəvvasının yandırılması videoları dərc olunub. İranın ali rəhbəri ayətüllah Əli Xamneyi bildirib ki, İsrail "bizim cəsur oğullarımız tərəfindən cəzalandırılacaq". Bəzi təhlilçilərin yozumuna görə, bu o deməkdir ki, İran İsrailə regional müttəfiqləri və proksilərinin əli ilə deyil, özü cavab vermək niyyətindədir. İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı Mohsen Rezayi  mühafizəkar "Təsnim" xəbər agentliyinə deyib ki, İsrailə cavab məsələsində qərar qəbul olunub və mütləq həyata keçiriləcək. Rezayi məsələnin detallarını açıqlamayıb. Şərhçilər deyir ki, İslam respublikasının mühafizəkar dəstəkçiləri öldürülmüş zabitlərin qisasının alınmasını tələb edirlər. İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasına bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib. Ötən dekabrdan bəri Suriyada İsrailin endirdiyi deyilən hava zərbələri nəticəsində, generallar da daxil, İslam İnqilab Keşikçiləri Korpusunun azı 18 zabiti həlak olub. Məhşur CBS telekanalı isə bildirir ki, ABŞ və İsrail əmindir ki, İran Dəməşqdəki konsulluğa edilən hücuma görə qisas almağa hazırlaşır. ABŞ kəşfiyyatının hesablamalarına görə, cavab zərbəsi dronlar və qanadlı raketlərin birləşməsi ilə edilə bilər. Telekanal zərbələrin təxmini vaxtını açıqlamar. Lakin ehtimal edir ki, Dəməşqdəki hücuma cavab İsrail diplomatik obyektləri olacaq. Mənbələr hesab edir ki, zərbələr gələn həftə ola bilər. Məlumatda hücumun Ramazan ayının sonuna qədər baş verəcəyi bildirilib: "İsraillilər cavab verəcəklərini bildirirlər, buna görə də İranın İsrail obyektinə hücumu regional müharibəyə doğru daha bir addım olar". Telekanal həmçinin qeyd edir ki, dronların və raketlərin İraqdan, Suriyadan və ya İranın ərazisindən haradan atılacağı hələ də bəlli deyil. "The New York Times" mənbələrə istinadən yazıb ki, ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Nəşrin məlumatına görə, İsrail ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar. İranın da iki rəsmisi bildirib ki, İslam Respublikasında silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.

Bunlar fonunda ABŞ da İranın Suriyadakı konsulluğuna hava zərbəsi vurulduqdan sonra İran və İsrail arasında genişmiqyaslı müharibə ehtimalının artdığını bəyan edir. Bu fonda İsrail hakimiyyəti dünyadakı 28 diplomatik missiyasının işini dayandırmağa qərar verib. İranlı siyasi ekspert Mehdi Məhdəviazad isə baş verənlərlə bağlı bildirir: "İran çıxılmaz dalana dirənib. Bu səbəbdən də nə tərəfdarları razı sala, nə də müxalifləri sakitləşdirə bilir. Bu hökumətin illərdir yeritdiyi səhv siyasətin nəticəsidir ki, hazırda heç bir əlverişli yol qalmayıb. Artıq kimə nə üçün hücum edəcəklərini bilmirlər. Əgər hökumətin pərdəarxası proseslərinə nəzər salsanız görərsiniz ki, bu, teatrı xatırladır. Məncə, hökumət Qasım Süleymaninin qisasında olduğu kimi teatr oynayır. İran hazırda fürsət axtarır ki, haradasa kimisə vursun, ya da bir yerdə partlayış törədilsin ki, bu zəhər bir yerə axıdılsın". Ekspert qeyd edib ki, İsrailin Dəməşqdə hücum etdiyi bina İranın diplomatik korpusunun binası olmayıb: "Hər İran rəsmisinin girdiyi, ya da yatdığı yerə "diplomatik məkan" demək olmaz. Diplomatik məkan rəsmi olaraq qeydə alınan və həm İranın Xarici İşlər Nazirliyi, hə də ümumilikdə bütün dünya tərəfindən tanınan məkan olmalıdır. Lakin istənilən halda görünən odur ki, oyun dəyişib. Hər zaman Xamenei oyunun öz xeyrinə olduğunu düşünürdü. İndi isə Sistan və Bəlucistanda baş verən hadisələrə nəzər saldıqda, təhlükəsizlik probleminin elə İranın öz ərazisində yarandığını müşahidə edə bilərik. İsrailin 7 oktyabr hadisələrindən sonra, xüsusilə axır aylardakı siyasəti ona yönəlib ki, İran ya şəhadətin şərbətini içəcək, ya da bu oyunu yekunlaşdıracaq. İsrail bütün şərait və situasiyalar üçün hazırlıqlı görünür". Rus  politoloq Vladimir Kireyev isə bildirir ki, İsrail və İran arasında münaqişə onilliklərdir qaynayıb-qarışır, amma indi hər şey başqa cürdür. Ölkələr birbaşa qarşıdurmaya hazırdır: "İsrail ABŞ-ı münaqişəyə cəlb etməklə öz strateji düşməninə son qoymaq arzusundadır. Və bütün bunlar Qəzza zolağında uğursuz əməliyyat fonunda baş verir. Eyni zamanda, İran Rusiya və Çinin dəstəyini nəzərə alaraq özünü güclü hiss edir. İran hətta Vaşinqtonun müharibəyə qoşulması ilə belə İsrailə meydan oxumağa hazırdır. Bu baş verərsə, dünya müharibəsinə doğru daha bir addım olacaq. Bu, Çinin Tayvanda hərbi əməliyyat keçirməsi ilə nəticələnəcək. Yaxın Şərq səhnəsində müharibənin başlaması müasir dünya düzəninin sona çatmasına xidmət edəcək".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ