Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərb Ermənistana çox ucuz qiymət verdi - ruslar açıq təhdidə keçdi...

Image


Ermənistan-Avropa İttifaqı-ABŞ sammiti Azərbaycanla yanaşı, gözlənildiyi kimi, Rusiyada da kəskin reaksiya doğurdu.  Bu barədə danışmazdan öncə qeyd edək ki, prezident İlham Əliyev bu görüşlə bağlı Azərbaycanın mövqeyini ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula von der Lyayenlə telefon söhbətində onlara çatdırıb. 

Dövlət başçısı görüşün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını bildirib.

Moskva isə hesab edir ki, bu konfrans Qərbin Ermənistanı Rusiya ilə müttəfiqlikdən ayırmaq cəhdlərinin bir hissəsidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunun səbəbini belə izah edir: "Rusiya belə görüşlərdən ona görə narahatdır ki, ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa bu görüşlərin əsas foksunun Rusiyaya qarşı olduğunu deyirlər. Bunu açıq mətnlə bildirirlər". Görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanat da Kremlin narahaqlıqlarını bir daha qabartdı. Burada deyilir: "2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Avropa İttifaqı formatında yüksək səviyyəli görüşü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk". Qeyd olunub ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə müdaxiləsi, regiona nifaq salmaq istəyi sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün mənfi nəticələrlə yekunlaşa, eləcə də gərginliyə səbəb ola bilər: "Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar. Biz İrəvan rəhbərliyini Qərbin onu aldatmasına və ölkədə təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq. Brüsseldə elan edilən qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyəti, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz. Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə (2018-ci ildən 4 dəfə) artmasına və nəticədə rekord iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə səbəb olub. Biz ümumi inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan müttəfiqliyinin mütərəqqi inkişafı xalqların köklü maraqlarının həyata keçirilməsinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək". O da qeyd olunub ki, Qərb həmçinin Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması, sülh müqaviləsini hazırlamaq, ictimai xadimlər və ekspertlər arasında əlaqələr vasitəsilə etimadı gücləndirmək, sərhədin delimitasiyası ilə bağlı tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir: "Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırıb. Tərəflər bir çox məsələlər üzrə, xüsusən də nəqliyyat blokadasının aradan qaldırılması məsələsində qarşılıqlı məqbul həll yollarına yaxın olub. Moskva əvvəlki kimi Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır. Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən, Ermənistanın da iştirakçısı olduğu "3+3" formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) ikinci iclasında razılaşdırılan "regional məsuliyyət" prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq".

Hesab edilir ki, Rusiya bundan sonra müəyyən praktik addımlar ata bilər. Erməni  politoloq Suren Surenyants isə qeyd edir ki, Qərb Ermənistanı Rusiya qarşısında müdafiə etməyəcək. Bunu ayrşlan maliyyə yardımının həcmi də təsdiq edir: "ABŞ və Aİ-nin Ermənistana 350 milyon dollar verəcəyi vədləri Ermənistanın baş nazirinin səlahiyyətlərini gücləndirməyə, onun Ermənistan-Azərbaycan və Ermənistan-Rusiya münasibətlərində qeyri-populyar qərarlar qəbul etməsinə yönəlib. Aİ Ermənistanın inkişafı üçün 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq. Qərb Ermənistan hakimiyyətinin anti-Rusiya potensialını hesablayıb və bu qiyməti ödəyib. Bu, indiki hakimiyyətin idarə etdiyi ölkənin qiymətidir".  Onun sözlərinə görə, əgər bu yüksək səviyyəli görüş dünyanın geosiyasi qarşıdurma şəraitində yaşamadığı başqa vaxtlarda baş tutsaydı və daha çox, bu görüş Ermənistan-Rusiya münasibətlərinin hələ korlanmadığı bir vaxtda baş tutsaydı,   o zaman belə məhdud yardım paketi müsbət hal sayıla bilərdi. Lakin o təəssüflə bildirir ki, bu görüşlə bağlı praktik olaraq yaxşı heç nə deyə bilməz. Ekspert qeyd edir ki, hər hansı bir hadisənin dəyərini onun müsbət və mənfi cəhətləri nəzərə alınmaqla müəyyən etmək olar: "Bu görüşün keçirilməsinin qiyməti Ermənistan hakimiyyətinin anti-Rusiya ritorikasıdır. Yəni Ermənistanda hakim qüvvə Ermənistan-Rusiya münasibətlərini geri dönüşü olmayan həddə çatdırmalı olacaq". Surenyantsın fikrincə, Ermənistan hakimiyyətinin Qərbdən elan etdiyi "güclü dəstək" cəmiyyətdə böyük gözləntilərə səbəb olub. Bəzi dairələrdə bu görüşü az qala "xilasetmə missiyası" adlandırırdılar. Lakin reallıqda tamamilə fərqli mənzərə ortaya çıxır: "Əgər bu kontekstdə əldə etdiyimizə baxsanız, ciddi müzakirəyə başlamaq gülüncdür, çünki 350 milyon dollar Ermənistanın strateji oriyentasiyasının dəyişməsini təmin edə biləcək məbləğ deyil". Analitik əmindir ki, Brüsseldə açıqlanan məbləğ Ermənistan hakimiyyətinin üçtərəfli görüşün məqsədlərindən biri kimi elan etdiyi iqtisadiyyatın diversifikasiyası üçün kifayət etməyəcək: "350 milyon dollara şaxələndirmə? Əgər Moskvada bunu anti-Rusiya mövqeyinin təzahürü kimi qiymətləndirirlərsə və məsələn, qazın qiymətini artırmaq qərarına gəlirlərsə, o zaman bu 350 milyon dollar əriyə bilər. Artıq mənfi işarə ilə bu nəzərə alınmalıdır. Bir neçə il əvvəl Avropa İttifaqının Ermənistana vəd etdiyi 2,5 milyard dollardan 500 milyon dollara yaxın vəsait artıq paylanıb. Lakin bu, diversifikasiya üçün kifayət etmədi. Biz hələ də Rusiyadan asılıyıq. Rusiya Federasiyasından iqtisadi asılılıq yalnız artıb". O əmindir ki, heç bir geosiyasi mərkəz Cənubi Qafqaz respublikalarının birinin digərinə qarşı müttəfiqi olmayacaq: "Böyük geosiyasi oyunçulara Cənubi Qafqaz regionu vahid region kimi lazımdır, çünki onlar bölücü xətlər çəkilən zaman təsirləri yaya bilmirlər. Ermənistan rəhbərliyi Qərblə münasibətlərdə yalnız anti-Rusiya mövqeyini ortaya qoyur". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ