Cümə axşamı günü, 05 noyabr 2026
     

Avroittifaqın Ermənistandakı missiyası üç dövlət üçün böyük təhdidə çevrilir...

Image


Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası monitorinq pərdəsi altında Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur. Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib. 

Onun sözlərinə görə, Aİ-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini heç o qədər də qorumur, əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur: "İrəvanın hazırkı kursunun davam etdirilməsi Ermənistanın suverenliyi üçün ciddi risqlər yaradır. İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər, respublikanın suverenliyi üçün ciddi risqlər yarada bilər, ölkənin təhlükəsizliyinin təmin edilməsinin mövcud effektiv mexanizmini tamamilə məhv edə bilər". Bu günlərdə  Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan da açıq mətnlə bildirib ki, İrəvan Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə kəşfiyyat və müşahidə missiyasını genişləndirmək qərarını alqışlayır. Onun sözlərinə görə, missiya mövcud olduğu müddətdə bütün Ermənistan-Azərbaycan sərhədində sabitliyin qorunmasında mühüm rol oynayıb: "Əlbəttə, biz gələcək sabitlik mexanizmləri üzərində işləyirik, lakin Ermənistanda Aİ-nin mülki missiyası var ki, Ermənistanla Azərbaycan arasında dövlətlərarası sərhədə nəzarət edir. Yerləşdiyi gündən bu missiya bütün sərhəd boyu sabitliyin qorunmasında mühüm rol oynayıb. Biz Avropa İttifaqının missiyanın mandatını və müşahidəçilərinin sayını genişləndirmək qərarını alqışlayırıq". Xatırladaq ki, Aİ 2023-cü ilin fevralında Ermənistanda missiyasının fəaliyyətə başladığını elan edib. Ötən ilin sonunda Aİ müşahidəçilərinin sayını 138-dən 209-a çatdırıb. Missiyanın 2025-ci ilə qədər fəaliyyət göstərəcəyi gözlənilir. Aİ iki il ərzində missiyanı maliyyələşdirmək üçün 39 milyon avrodan çox vəsait ayıracaq. Qeyd edək ki, bir sıra erməni politoloq və ekspertlər bundan əvvəl Aİ-nin Ermənistandakı missiyasının əsas məqsədinin Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti həyata keçirmək olduğunu bəyan etmişdilər. Erməni politoloq Argişti Kiviryan da vurğulayır ki, Aİ müşahidəçiləri burada heç bir problemi həll etmirlər: "Bəri başdan deyim kimi, Aİ-nin müşahidəçiləri regionun digər məsələlərinə də cəlb olunublar. Onlar bu regionda, xüsusən də İrana və müəyyən dərəcədə Rusiyaya qarşı kəşfiyyat fəaliyyətində maraqlıdırlar. Suriyada, Livanda, Yəməndə və ya başqa yerlərdə olduğu kimi, İranın bu regionda hər hansı bir vəkillik fəaliyyəti həyata keçirməyə cəhd etməsinin qarşısını almaq üçün onların fəaliyyətinin səbəbi də budur. Bütün bunlar Ermənistan hakimiyyətinin nəyin bahasına olursa-olsun rusları bu bölgədən qovmağa və İranı içəri buraxmamağa çalışmaqdan ibarət siyasi xətti ilə baş verir". Amma indi missiyanın Azərbaycana qarşı da fəaliyyət göstərdiyi bəlli olur. Bu fonda Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mandatı daha 2 il müddətinə uzadıla bilər.

Rus hərbi ekspert İqor Korotçenko qeyd edir ki, avropalı müşahidəçilər çox qərəzlidirlər, onlar erməni təxribatlarını görmürlər, əksinə, Azərbaycana qarşı ittihamlar səsləndirməkdən məmnundurlar: "Bu, bir növ çoxmərhələli yanaşmadır.  Azərbaycan hansısa təxribata cavab verən kimi avropalı müşahidəçilər meydana çıxacaq, bunu qeydə alacaq və rəsmi Bakının ünvanına bəzi ittihamlar irəli sürəcəklər".  Beləliklə, Qərb ölkələrinin kəşfiyyat nümayəndələrini Avropa İttifaqının "mülki missiyası" adı altında bölgəyə yerləşdirib. Bu fonda  Fransa Ermənistanı sürətlə silahlandırır və "hərbi əməkdaşlıq" adı altında öz qüvvələrini bölgəyə yerləşdirir. Ermənistanın Cənubi Qafqaza gətirdiyi Qərb qüvvələri Rusiya, İran və Azərbaycana qarşıdır. Artıq Rusiyadan sonra İranda da bu reallığı anlamağa, real təhlükənin ünvanının Ermənistan olduğunu görməyə başlayıblar. Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Tehrana səfəri zamanı İran Ermənistana xəbərdarlığını əyani şəkildə çatdırıb. Ermənistan mediasının məlumatlarına görə, prezident İbrahim Rəisi Qriqoryana Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasının son dərəcədə arzuolunmaz olduğunu deyib. "Qraparak" nəşri diplomatik mənbələrə istinadən erməni baş nazirinin müavininin Tehran səfərinin gərgin keçdiyini yazır.
 Qapalı görüşdə Rəisi Qərbin regionda hərbi mövcudluğunu sabitliyin pozulması faktoru kimi qiymətləndirib və Rusiyanın hərbi mövcudluğunun gözdən salınmasına qarşı olub. Ermənistan nümayəndə heyəti müxtəlif iddialarla Qərb qüvvələrinin Zəngəzura yerləşdirilməsini izah etməyə çalışıb. Bildirilib ki, Rusiya Ermənistanı müdafiə etmir, buna görə Qərb qüvvələrinə üz tutmalı olublar. Rəisi isə, lazım olacağı təqdirdə, İranın Ermənistana hərbi baza yerləşdirə biləcəyini vurğulayıb. Erməni şərhçi Varuhan Qeqamyan da bildirir ki, Rəisinin Qriqoryana dedikləri İran-Ermənistan münasibətlərinin korlanmasından xəbər verir: "Ermənistan hakimiyyəti Tehranla düşmənçilik edən Qərb qüvvələrini İran sərhədlərinə yerləşdirməyə çalışır". Beləliklə, Qərb Ermənistan üzərindən Qafqazda təhlükəli oyun oynayır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ