Cümə günü, 28 avqust 2026
     

Rusiyaya bağlı qüvvələr Ermənistanda hakimiyyət çevrilişi üçün hərəkətə keçdilər...

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu mətbuat konfransında səsləndirdiyi fikirlərin Moskva-İrəvan münasibətlərinə növbəti zərbə olacağı barədə səslənən fikirlər artıq özünü doğruldur. Kreml təmsilçiləri Ermənitanın yanaşmasına gözlənildiyi kimi sərt reaksiya verir. 

Xatırladaq ki, Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda "Zvartnots" aeroportunu tərk edəcəyini bəyan edib. Onun sözlərinə görə, bu siyasi deyil, işgüzar prosesdir: "Biz Rusiya tərəfini qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən "Zvartnots" aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq". Paşinyan bu xüsusda müvafiq məktubun Rusiya tərəfinə təqdim olunduğunu da bildirib. Amma Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edir ki, Moskva Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması ilə bağlı diplomatik kanalları vasitəsilə ilə heç nə almayıb. Onun sözlərinə görə, İrəvan aeroportundan Rusiya sərhədçilərinin çıxarılacağı ilə bağlı Ermənistan tərəfindən qurum bildirişi gəlib: "Hesab edirik ki, bütün qərarlar qurumlararası çalışmaların yekununda qəbul ediləcək. Xatırlatmaq istəyirəm ki, məlum elan rəsmi İrəvan tərəfindən qeyri-dost addımlar və bəyanatların fonunda edilib. Çətin ki, bu cür təşəbbüslər Ermənistanın və onun təhlükəsizliyinin maraqlarına cavab versin". Mariya Zaxarova onu da vurğulayıb ki, Ermənistan KTMT platforması ilə bağlı konkret razılaşmadan yayınır və bu, təəccüb doğurur: "Moskva hazırda Ermənistan rəhbərliyinin bu təşkilatla bağlı çox vaxt səsləndirdiyi səmərəsiz, ultimativ və bəzən isə təhqiramiz ritorikasından narahatdır". Bu arada maraqlı məqamlardan biri də Avropa Parlamentinin Ermənistanın Avropa İttiofaqı üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul etməsidir. Qətnamə layihəsində deyilir: "Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər". Parlamentarilər icra strukturlarına Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələri gücləndirməyi tövsiyə ediblər. Avropa Parlamenti İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dayandırılmasına istinad edib. Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır, lakin Aİ-də konkret siyasi mövqelərin təşviqi və yayılması üçün istifadə olunur. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "France 24" telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dayandırdığını bildirib. O, Minskdə keçirilən KTMT sammitində də iştirak etməyib. Zaxarova isə diqqəti ona da yönəldib ki, Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür. Onun sözlərinə görə, Fransanın elə imkanları olsaydı, Parisin müqavilə öhdəlikləri olduğu ölkələrdə onu tətbiq edərdi: "Hansı ki, Fransa bunu etməyə məcbur idi, çünki buna görə pul alırdı. Bu, Afrika qitəsidir. Fransanın bu ölkələrdəki missiyası çox uğursuz olub. Buna səbəb hansısa siyasi anlaşılmazlıq olub. Ona görə ki, Fransa öz tərəfdalarını həmin ölkələr üçün ən kritik məqamda tək qoyub, onları atıb. Həmin ölkələr Fransa mövcudiyyətini əvəz edəcək, onların təhlükəsizliyini təmin edəcək ölkə axtarmağa başlayıblar. Fransanın Saxara regionunda apardığı sülhməramlı və vasitəçilik missiyasının necə uğursuzluqla başa çatdığını unutmamağa dəyər. Bu, mənə elə gəlir ki, çox parlaq nümunədir". 

Baş verənləri şərh edən erməni politoloq Argişti Kiviryan bildirir ki, Rusiya indi ona görə hərəkətə keçmir ki, Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınır: "Paşinyan Rusiyanın Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yan keçməsinə imkan verməsə, "qırmızı xətt"i keçəcək". Onun sözlərinə görə, bu, Saakaşvilinin taleyinin təkrarlanması üçün ilk addım olacaq: "Əgər Rusiya Ermənistandan hərbi bazasını çıxarmaq istəmirsə, deməli, onu çıxarmayacaq və bu, Ermənistanın hakimiyyətindən asılı deyil". Kiviryan bildirib ki, Paşinyan sülh dövrü elan edib, amma əbədi müharibə dövrünü açıb: "Paşinyanın siyasəti sülhə aparmır, 44 günlük müharibə latent formada davam edir, o, sülh dövrü elan etsə də, əbədi müharibə dövrü açıb". Bunlar fonunda rusmeylli qüvvələr də Ermənistanda hərəkətə keçib. Məsələn, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan maraqlı bəyanatla çıxış edib. O, təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb: "Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram". Baş verənlərlə bağlı "armenianreport" portalı yazır ki, Rusiyaya bağlı qüvvələr indi daha fəal olub. Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyası isə xalqı yenidən inqilaba səsləyir: "İndiki hakimiyyət ideal deyil, onların çoxlu uğursuzluqları var və onları tənqid etmək üçün bir şey var. Və biz də bunu edirik. Amma eyni zamanda, indikiləri əvvəlkilərlə müqayisə etmək olmaz. Şübhəsiz ki, əvvəlkilər dünyanın ən əxlaqsız, ən dəyərsiz, ən hiyləgər, ən həyasız hakimiyyətləri idi. Onların bütün varlığı yalnız bir şeyə - şəxsi zənginləşməyə yönəlmişdi. Bu, xaç atası  Serj Sarkisyanın başçılıq etdiyi oliqarxlar ölkəsi idi. O, öz sələfinin işini davam etdirən - Ermənistandakı bütün bəlaların səbəbkarına çevrilən klan-oliqarx sistemini ən azğın formada gücləndirən ölkə qulduru, hakimiyyəti qəsb edən şəxs idi. Serj Sarkisyan, onun qardaşları və yaxın əyanları kiçik və orta biznesi xarabalığa çevirdilər, yüz minlərlə insan qonaq işçiyə çevrilməyə məcbur oldu. Köçəryan və Sarkisyanın dövründə Ermənistanda korrupsiya sistemli xarakter alıb və geniş vüsət alıb. Dövlət büdcəsini isə açıq şəkildə və ya eyni rejimə yaxın adamların udduğu saxta tenderlər yolu ilə talan etdilər. Hələ Serj Sarkisyanın ailə üzvlərinin, ilk növbədə Saşikin fəal iştirak etdiyi ofşor şirkətləri və əmlakın yenidən bölüşdürülməsinin kobud üsullarını demirik. Və bütün bunlardan sonra onun partiya funksionerləri hələ də ağızlarını açmağa cəsarət edirlər? Onların xalqı inqilaba səsləməsi yalnız öz maraqlarından qaynaqlanır və burada xarici sifariş də olmamış deyil".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

28.08.2026 / 09:08
Tramp İranla əməkdaşlıq edən Çin banklarına niyə sanksiya tətbiq etmir? – “Hər şeyi açıqlamağa məcbur deyiləm”...

28.08.2026 / 08:43
Sankt-Peterburqda bombalı hücum - Rusiya HHQ-nin zabiti öldürüldü...

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ