Cümə axşamı günü, 05 noyabr 2026
     

Makron Ukrayna səfərini qorxudan dalbadal təxirə salır...

Image


Bəhruz Quliyev: "O, həqiqətən də qorxduğu üçün Kiyevə getməkdən yayınır"

Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Fransız siyasətçi bəyan edib ki, heç bir siyasi lider heç vaxt Fransa prezidenti Emmanuel Makron kimi qorxusunu belə göstərməyib. 

F.Filippo Makronun güc göstərməyə çalışdığını, lakin bütün Rusiyanın Kiyevə getmək qorxusuna görə ona güldüyünü vurğulayıb.

"Bütün Rusiya ona gülür! Heç bir siyasi lider heç vaxt qorxusunu belə göstərməyib", - Filippo yazıb.

Söhbət ondan gedir ki, Fransa prezidenti Makron 3-cü dəfə Ukrayna səfərini təxirə saldı. Belə məlumatlar var ki, o, it kimi qorxduğu üçün Kiyevə getmir. Maraqlıdır, Makron Kiyevə səfər etməkdən niyə qorxur?

"Makron yaxşı bilir ki, Sibir ayısının yaralanması çox acı nəticə verir" 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən "SƏS" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev bunun səbəbini bir neçə amillərlə əlaqələndirdi: "Bu günlərdə Makron Ukraynaya xarici qoşunlar göndərmək təkliflə çıxış edib. Onun bu açıqlaması Roma Papası Fransiskin Ukraynadakı vəziyyətlə bağlı son açıqlamaları ilə ziddiyyət təşkil edir.  Roma Papası bildirib ki, Ukraynanın "ağ bayraq" qaldırıb danışıqlar aparmaq üçün cəsarəti olmalıdır. Onun bu fikirləri isə Qərb mediasında müxtəlif cür yozulub. Supergüclərin  "müharibə, yoxsa sülh" sualı ciddi müzakirəyə səbəb olub. Dünya faktiki olaraq tərəflərə bölünür. Bəllidir ki, Qərb Ukraynada müharibənin davam etməsində maraqlıdır. Sözsüz ki, münaqişədə milyardlar xərclənir, Avropa arsenalında olan köhnə silahlar yenilənir və s. Həm də əvəzində Avropa Rusiya kimi əzəli düşmənini məhv etməyi, parçalamağı düşünür. Fakt budur ki, Qərb ölkələrinin böyük miqdarda yardımına, hətta əsgəri iştirakına baxmayaraq, hələ də Rusiya qoşunları Ukraynanın 4 vilayətindədir. Ukrayna Silahlı Qüvvələrinin uğursuzluqları və durumun daha da pisləşməsi perspektivi ilə əlaqədar dünya paytaxtlarında mövcud vəziyyətdən çıxış yolu ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Fransa prezidentinin Ukraynaya xarici qoşunların göndərilməsinin mümkünlüyü ilə bağlı fikrləri gündəmdən düşmür. ABŞ və Almaniya da daxil olmaqla, NATO ölkələrinin əksər nümayəndələri döyüş bölgəsində nizami birləşmələrinin görünməsini istisna ediblər. Alyansın bəzi digər ölkələrində verilən bəyanatlar o qədər də aydın deyildi. Paris ideyasının Rusiya ilə birbaşa münaqişənin yolverilməzliyi ilə bağlı Qərbin açıq şəkildə bəyan etdiyi xətt, göründüyü kimi, ziddiyyət təşkil edir. Məhz buna görə də Fransa prezidenti müxtəlif siyasilər tərəfindən ciddi tənqid edilir. Fransa XİN rəhbəri Stefan Sejournet də bugünlərdə Litva səfərində izah edib ki, "ilkin mərhələdə biz bəzi heyətin döyüş əməliyyatları üçün deyil, yerləşdirilməsindən danışa bilərik. Ukrayna bizdən qoşun göndərməyi tələb etməyib. Hazırda Ukrayna bizdən sursat göndərməyimizi xahiş edir. Biz qarşıdakı aylar üçün heç nəyi istisna etmirik",- deyib.   Bu isə açıq şəkildə Fransanın, silahlanmaya dəstək verməsinə baxmayaraq, həm də qorxusudur. Məhz ona görə də  Fransanın bir sıra siyasiləri Makronu qorxaqlıqda ittiham edib və Ukraynaya səfərinin artıq 3-cü dəfə təxirə salmasını onun qorxusu ilə əlaqələndirib. Bu, həqiqətən də belədir. Fransa prezidenti son illər xarici və daxili siyasətində, diplomatik davranışlarında kobud səhvlərə yol verir. Mənə elə gəlir ki, Makronun anormal davranışları sonda Fransanı çox ağır duruma salacaq. O, həqiqətən də qorxuğu üçün Kiyevə getməkdən yayınır. Makronun qorxmasının iki tərəfi var. Bunlardan biri mənəvi-psixoloji qorxudur. Digəri isə, Makron fiziki olaraq qorxur. Düşünür ki, Rusiya ona tərs sillə vuracaq. Bir də Makron yaxşı bilir ki, Sibir ayısının yaralanması çox acı nəticə verir. Ona görə də Makron bu qorxunu daxilən dəf edə bilmir".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ