Cümə axşamı günü, 05 noyabr 2026
     

6 kosmonavtdan biri erməni olacaq - Ermənistanı Marsa uçururlar...

Image


5 ölkədən 6 astronavtın iştirak etdiyi beynəlxalq missiya Qırmızı Planetdəki şəraiti simulyasiya edən təcrid olunmuş mühitdə həyata keçiriləcək. Bu barədə İXBT.com məlumat yayıb. 

Ermənistanda Avstriya Kosmik Forumu və Ermənistan Kosmik Agentliyi tərəfindən təşkil edilən Marsın AMADEE-24-ün analoq modelləşdirilməsinə başlanılıb. Missiya üçün xüsusi avadanlıq 2024-cü il martın 12-dən aprelin 5-dək Marsa gələcək missiyalara hazırlıq üçün müxtəlif millətlərdən olan altı astronavtın çalışacağı Ermənistandakı sınaq poliqonuna çatdırılıb. Layihəyə 26 ölkədən 200-dən çox alim cəlb olunub.

Astronavtlar təcrid olunmuş mühitdə yaşayıb işləyəcək, yalnız prototip OeWF Mars kostyumlarını geyəcəklər. Vyanadakı Missiyaya Dəstək Mərkəzi ilə əlaqə Marsa olan məsafəni simulyasiya edərək 10 dəqiqəlik gecikmə olacaq. Robot texnikası və geologiya təcrübələrində astronavtlar ətraf mühiti tədqiq etmək və xəritələşdirmək, torpaq nümunələrini toplamaq və yükləri daşımaq üçün Mars avarçəkənlərinə bənzər dronlardan və robot nəqliyyat vasitələrindən istifadə edəcəklər. Missiya Marsdakı şəraitin simulyasiyasıdır, bu müddət ərzində astronavtlar problemləri həll etmək üçün öz ekipajından tamamilə asılı olacaq. Ekipajın təhlükəsizliyini təmin etmək və lazımi təmir işləri aparmaq üçün mütəxəssislər qrupu yerində olacaq.

Yerüstü şəraitdə Marsda fəaliyyətlərin simulyasiyası gələcək missiyaların dizaynı üçün faydalı bir vasitədir. O, planetar kəşfiyyat missiyalarının faydalarını və məhdudiyyətlərini başa düşməyə kömək edir, həmçinin texnologiyaların və iş axınlarının imkanlarını və məhdudiyyətlərini araşdıraraq uzaq elmi əməliyyatların inkişafına töhfə verir. Ararat əyalətindəki sınaq sahəsi Marsa geoloji və topoqrafik oxşarlığına görə seçilib. AMADEE-24 missiyası insan tərəfindən dəstəklənən alətlərdən istifadə edərək avadanlığın davranışını öyrənmək, həyatın aşkarlanması və geoloji kəşfiyyat üsullarını sınaqdan keçirmək üçün platformalar hazırlamaq, robotlaşdırılmış missiya dəstəyi və uzaqdan idarəetmə mərkəzindən yüksək situasiya məlumatlılığı yaratmaq imkanı verir.

Bilindiyi kimi, Marsa uçacaq 6 astronavtdan biri erməni olacaq.   Əslində, bu işə Ermənistan yox, Azərbaycan cəlb edilməlidir. Çünki artıq Azərbaycanın üç kosmik peyki var, kosmos dövlətidir. Beynəlxalq Astronavtika Federasiyasının konfransı  ötən il Azərbaycanda keçirilib. 

Keçən əsrin 70-ci illərində Heydər Əliyev Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresinin Bakıda keçirilməsinə nail olub. 1973-cü ilin 7-13 oktyabr tarixlərində "Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz" devizi altında Bakıda keçirilən, kosmonavtlar və astronavtların da iştirak etdiyi həmin konqresi Heydər Əliyev beynəlxalq əhəmiyyətli bir hadisə kimi qiymətləndirmiş, hazırlıq mərhələsini diqqətdən kənarda qoymamış, uğurla keçirilməsi üçün elmin və ictimai-siyasi həyatın ən görkəmli nümayəndələrindən ibarət təşkilat komitəsi yaratmış, bununla da Azərbaycanın kosmonavtika tarixinin təməlini qoymuşdu. 

Qeyd edildiyi kimi, keçən əsrin 70-ci illərində Heydər Əliyev o konfransı Bakıda keçirib. Ötən il də bu konfrans  keçirildi. Azərbaycanın kosmik fəza ilə əlaqəsi daha böyükdür, nəinki Ermənistanın. Bu işə niyə Azərbaycanı yox, bu sahədə heç bir uğuru olmayan Ermənistanı cəlb edirlər? Bu işlər niyə Ermənistanla  həyata keçirilir, Azərbaycanla yox?

İlham Baratov: "Bu işə məhz Azərbaycanın cəlb edilməsi daha məqsədəuyğun olardı" 

Kosmik Tədqiqatlar Mərkəzinin keçmiş əməkdaşı İlham Baratov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistanda məkan olaraq "Ararat" ərazisi seçilib: "Əlbəttə biz, bizim aidiyyəti orqanlar çalışmalıdır ki, belə işlərə Ermənistan yox, Azərbaycan cəlb edilsin. Çünki bu işə məhz Azərbaycanın cəlb edilməsi daha məqsədəuyğun olardı. Biz Azərbaycanda "Ararat"dan da geniş şəraitə malik olan  Şamaxı Astrofizika Rəsədxanasını göstərə, onun üstünlüyündən, burada Marsla əlaqəli yeni işlərin  görülməsindən danışa bilərik. Bu bir daha göstərə bilər ki, Şamaxı Astrofizika Rəsədxanasında müşahidə materiallarının işlənməsini, təhlillərin,   nəzəri astrofizika sahələrində tədqiqatların aparılmasını bu işləri təşkil etmək istəyən qurumlara çatdırmalıyıq. Çalışmalıyıq ki, bu işlər Ermənistanda yox, Azərbaycanda həyata keçirilsin. Bu işləri təşkil etmək istəyən qurumların hamısına ingilis dilində məktublar hazırlanmalı, rəsədxanada görülən işlərin, buradakı infrastrukturun "Ararat"dan daha üstün olduğunu, bizim ailmlərin daha çox nailiyyət əldə etdiyini onların nəzərinə çatdırmalıyıq. Əlbəttə ki, Azərbaycanda aidiyyəti orqanlar bu sahədə geniş işlər görəcəklər, çalışacaqlar ki, bu işlər Ermənistanda yox, Azərbaycanda olsun".

Mütəxəssis qeyd etdi ki, o, rəsədxana haqda qısa məlumat verdi, əslində isə bu rəsədxananı göstərmək, orada görülən işləri beynəlxalq qurumlara təqdim etmək lazımdır.  

İbrahim Rüstəmli: "Bu layihənin məqsədi kosmik tədqiqat, Marsın araşdırılması, elmi araşdırmaların aparılması kimi qələmə verilsə də, bu məsələnin arxasında siyasi planlar dayanır" 

Tanınmış hərbi ekspert İbrahim Rüstəmli isə "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistanın bu sahədə əməkdaşlığa cəlb edilməsi yenə də gəlib bəzi qüvvələrin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyinə dayanır. "Biz həmişə bu barədə danışarkən vurğulamışıq ki, indi Cənubi Qafqazda bir sıra Qərb və Avropa dövlətlərinin mövqe savaşı gedir. Avropa və Qərb Rusiyadan Ermənistanı birdəfəlik almaq, qoparmaq məqsədilə bütün vasitələrdən istifadə edir. Bilirsiz ki, Ermənistan ərazisində Avropa İttifaqının xüsusi missiyası yerləşir. Bu missiyanın iştirakçılarının böyük əksəriyyəti kəşfiyyatçıdır. Əslində bütün işlər kəşfiyyat məqsədilə aparılır. Yəni burada təhlükəsizlik, guya bölgədə sülhün bərpası, nəzarət kimi  məsələlər sonuncu yerdə gəlir. Məqsəd məlum dövlətlərin Cənubi Qafqazda Ermənistanın timsalında öz mövqeyini gücləndirməkdən ibarətdir. Avstriya Kosmik Forumunun  Ermənistan Kosmik Agentliyi ilə birgə həyata keçirdiyi bu layihə əslində elmi xarakterdən çox siyasi xarakter daşıyır. Bura 26 ölkədən 200-dən çox elm adamının dəvət olunması və bu işə təbii ki, külli miqdarda vəsaitin ayrılması və sair kimi amillər daha çox Ermənistanı özəlləşdirmək məqsədi daşıyır. Eyni zamanda da bu, Cənubi Qafqazda vəziyyətə daha çox nəzarət imkanı qazanmaq mahiyyətini güdür. Bunu niyə Azərbaycanda etmirlər? Çünki Azərbaycan müstəqil bir dövlətdir. Azərbaycan bu gün Cənubi Qafqazda yeni geosiyasi reallıqları yaradan dövlətdir. Bu gün Azərbaycan bir  sıra Qərb və Avropa dövlətlərinin, yaxın, uzaq qonşularımızın, həmçinin də Rusiyanın, Ermənistanın iradəsinin əskinə olaraq, öz ərazisini bərpa edib. Fikir vermisinizsə, Putin yana-yana  bəyanat verdi ki, daha Ermənistanın baş naziri Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa biz nə edə bilərik…"     

İ.Rüstəmli qeyd etdi ki, Azərbaycanın beynəlxalq aləmdə öz sözünü deməsi, müstəqil siyasət aparması, öz müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə dərin hörmətlə yanaşaması bəzi ölkələri narahat edir, çünki onlara marionet dövlətlər lazımdır. "O dövlətlərin vasitəsilə bunlar özlərinin daha böyük siyasi missiyalarını həyata keçirirlər. Cənubi Qafqazda bu missiyanın başında  vassal dövlət kimi Ermənistan dayanır. Ona görə də Avropa və Qərb dövlətlərinin Avstriyanın timsalında bu və digər dərəcədə Ermənistan ərazisinə etap olunması heç də təsadüfi xarakter daşımır. Çünki Ermənistan daim başqa-başqa dövlətlərin dili ilə danışır, başqa dövlətlərin mövqeyindən çıxış edir, başqa dövlətlərdə yazılmış ssenariləri öz tribunasından üzündən oxuyaraq təkrarlayır..."  

İ.Rüstəmli qeyd etdi ki,  Azərbaycan müstəqil siyasət yürütdüyü və o dövlətlərin maraqlarının bizim bölgədə təmin edilməsinin qarşısını aldığı üçün Qərb dövlətləri öz layihələrini Ermənistanda həyata keçirməyə çalışacaqlar. "Bu layihənin məqsədi kosmik tədqiqat, Marsın araşdırılması, elmi araşdırmaların aparılması kimi qələmə verilsə də, bu məsələnin arxasında siyasi planlar dayanır".

İ.Rüstəmli hesab edir ki, o kosmik layihənin Ermənistanda həyata keçirilməsi Qərbin planıdır və onlar Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq, Qarabağ məsələsini yenidən körükləmək, eyni zamanda da Rusiya sərhədinə daha yaxın olmaq niyyəti güdürlər. "Təsəvvür edin, Ermənistanda bir kosmik qurğunun olması Rusiyaya nəzarət məsələsində irəliyə atılmış çox ciddi addım olacaq. Yəni bu gün Qərb və Avropa dövlətləri Rusiya ilə müharibə vəziyyətindədirlər..."-deyə İ.Rüstəmli bildirdi.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ