Cümə axşamı günü, 05 noyabr 2026
     

Vəziyyət dəyişdi, Azərbaycan diasporunun yeni vəzifələri ortaya çıxdı...

Image


Azərbaycançılıq məfkurəsi ətrafında birləşmək və Azərbaycan dövlətinin maraqlarını müdafiə etmək istiqamətində böyük fəallıq göstərən xaricdəki Azərbaycan diasporu 44 günlük müharibə dövründə, eləcə də ondan əvvəlki zamanda antiazərbaycan qüvvələrə qarşı layqili mübarizə aparıb. 

44 günlük Vətən müharibəsindən və 2023-cü ilin 19-20 sentyabr hadisələrindən, dövlətimiz bütün ərazilərində öz suverenliyini bərpa etdikdən, Xankəndidə, Ağdərədə, Xocalıda öz bayrağını ucaldandan  sonra xaricdə Azərbaycana qarşı aparılan çirkli kampaniyaların miqyası da genişlənib. 

Azərbaycan diasporunun yeni vəzifələri ortaya çıxıb... 

Bəzi ölkələr, bəzi beynəlxalq qurumlar özlərini ermənidən çox erməni kimi aparmağa başlayıblar. Göründüyü kimi, hazırda antiazərbaycan qüvvələr hərəkətə keçib, Azərbaycanla bağlı şərləmə kampaniyası davam edir. Xaricdəki qüvvələr, beynəlxalq təşkilatlar, Fransa, Almaniya kimi ölkələr bizə qarşı hücum kampaniyaları təşkil edirlər. 

Əslində baş verən proseslərin obyektiv şəkildə dünya birliyinə çatdırılması üçün diasporun üzərinə yeni vəzifələr düşür. Onlar nə etməlidir? Beynəlxalq müstəvidə yalan, dezinformasiya yayan qüvvələrlə xaricdəki Azərbaycan diasporu, Azərbaycan lobbisi necə mübarizə aparmalıdır? Son vaxtlar vəziyyət dəyişdiyi üçün Azərbaycan diasporunun yeni vəzifələri ortaya çıxıb, bu baxımdan görüləcək işlər nədən ibarət olmalıdır. 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu gün bir çox Qərb ölkələri nə qədər demokratiyadan danışsalar da, onların digər ölkələrə, xüsusən də Azərbaycana qarşı yürütdükləri qərəzli, antidemokratik siyasətlə əslində demokratiyanı ayaq altına atmış olublar. "Biz bunu, xüsusən də 44 günlük Vətən müharibəsindən sonra Fransanın, Almaniyanın və digər onlar kimi ölkələrin timsalında görürük. Bu gün məhz Fransa Azərbaycana qarşı məhz qara kampaniyanın önündə gedir. Başqa ölkələr də onun əlaltısına çevrilərək bu kampaniyaya qoşuldular. Həmin ölkələrin parlamentariləri Azərbaycana qarşı antiazərbaycan siyasəti yürüdərək əsassız iddialarla çıxış edirlər. Biz bunu keçən il AŞPA-da Azərbaycana qarşı sərgilənən qeyri-obyektiv davranış  zamanı bir daha  gördük. Əlbəttə, bunların mahiyyətində ermənipərəstlik, Ermənistanın müdafiəsi dayanır. Bu ölkələr milli-mənəvi baxımdan Ermənistana yaxın xristian dövlətləridir. Elə Almaniya da, Fransa da hər zaman Ermənistanı, erməniləri dəstəkləyiblər. Fransa daha sərt mövqelər orataya qoyur. 

Bu yaxınlarda cənab Prezident Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən maraqlı bir fikir söylədi, bildirdi ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir" - deyə qeyd edən F.Hüseynzadənin sözlərinə görə, Almaniya nisbətən neytrallığını qoruyub saxlaya bilir, amma yenə də hamısı mənəvi olaraq yenə də Ermənistanın yanındadırlar. O, hesab edir ki, Almaniya da, alman xalqı da Ermənistana isti münasibətləri ilə seçilir.

"Onlara qarşı Azərbaycan diasporu da ortaya bir güc qoymalıdır" 

F.Hüseynzadə  hesab edir ki, bunun da kökündə Fransa kimi Qərb ölkələrinin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini qəbul edə bilməməsi dayanır, ona görə də ölkəmizə qarşı belə böhtançı çıxışlar edirlər. "Halbuki, bu ölkələr barədə araşdırma aparanda dözümsüzlük,  irqi ayrı-seçkilikdə, saxtalarlıqda irəlidə gedirlər. Bunu o ölkələrin daxilindəki vətəndaş narazılığından, sosial etirazlardan görürük. Onların Azərbaycana qarşı irəli sürdüyü iradlar əslində onların öz ölkələrində var, orada demokratiya, insan azadlığı, söz azadlığı kimi məsələlər yoxdur. Bu baxımdan, bunları Azərbaycan qəbul etmir. Cənab Prezident Fransanın qərəzli davranışını hər zaman qeyd edir. Hesab edirik ki, onlara qarşı Azərbaycan diasporu da ortaya bir  güc qoymalıdır. Əlbəttə ki, biz Avropada və digər ölkələrdə lobbiçilik işini gücləndirmədik. Yəni biz bu gün diaspordan lobbiçiliyə gedən strategiyanı həmişə qeyd edirik. Disapordan lobbiçiliyə keçmək lazımdır.  Xüsusən, Vətən müharibəsindən sonra Azərbaycana qarşı qərəzli beynəlxalq qara kampaniyaların artığı bir zamanda bunların qarşısı almaq üçün diaspor   güc qatmalıdır. Diasporun da məsuliyyəti artıb, yeni fəaliyyət istiqamətləri ortaya qoyulmalıdır. Dünya trendlərində, dünya platformalarında səs salacaq işlər görülməlidir. Yəni diaspor   bu gün təşkilatlanıb, mütəşəkilləşib, amma bunu məhz bu fəaliyyətlərə qarşı cavab tədbirlərinin görülməsilə öz güclərini göstərməlidirlər.

Diasporun üzərinə düşən əsas vəzifələrdən biri də yaşadıqları ölkələrdə media ilə iş qurmaqdır, onlar media üzərindən təbliğatı artırmalıdırlar. Xüsusən rəsmi qurumlarla görüşləri intensivləşməlidir. Biz həmişə deyirik ki, Azərbaycan diasporu yaşadığı ölkənin elitar dairəsi ilə görüşüb, ünsiyyət qurub hədəfi vuracaq işlər görməlidir. Biz bununla da öz hədəflərimizə çata bilərik, bununla o qara kampaniyalara cavab vermiş olarıq" - deyə F.Hüseynzadə vurğuladı.   

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ