Cümə axşamı günü, 05 noyabr 2026
     

XI Qlobal Bakı Forumu panel iclasları ilə davam edir - YENİLƏNDİ

Image


Martın 14-də XI Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini "Parçalanmış dünyanın bərpası" mövzusunda panel iclasla davam etdirib.

Birinci panel iclasına İsveçrə Beynəlxalq İşlər üzrə Forumun vitse-prezidenti David Cikvadze moderatorluq edib.

O bildirib ki, Azərbaycan Qələbədən sonra prezident seçkilərində çox müdrik seçim edib. Moderator, eyni zamanda, dünyada gərginliyin olduğu bir vaxtda Azərbaycanda sabitliyin hökm sürdüyünü vurğulayıb.

"Parçalanan dünyanın bərpası istiqamətində səylərimizi əsirgəməyəcəyik. Dünyada münaqişələr canlanmaqdadır. Bütün beyin mərkəzlərini bir araya gətirərək müzakirələr aparmalıyıq. Tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. XI Qlobal Bakı Forumunda bu mövzular geniş müzakirə olunacaq", - deyə David Cikvadze qeyd edib.

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi Qlobal Bakı Forumunun yeni üfüqlər açdığını söyləyib. Bildirib ki, dünyanı xilas etmək üçün düşüncə tərzi dəyişməlidir.

O qeyd edib ki, Robert F.Kennedi İnsan Hüquqları Fondu bərabərsizliyə, haqsızlığa qarşı hər zaman səsini ucaldır.

"Biz hüquqların bərabər olmasına nail olmalıyıq, həmçinin yoxsulluğun, bütün bu təlatümlərin öhdəsindən birgə gəlməliyik. Biz güclərimizi birləşdirməliyik", - deyə K.Kennedi əlavə edib.

Panel iclasında çıxış edən Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin keçmiş müavini, Çinin Almaniyadakı sabiq səfiri Vu Honqbo parçalanmış dünyanı bərpa etməyin ən uyğun yolunun bütün dünya insanlarının birləşməsi olduğunu deyib.

"Dünya parçalanır. Bunun qarşısını almağın yollarından biri müxtəliflikdir. Məlumdur ki, bir nəfərin yaratdığı problem yüzlərlə insana sirayət edir. Birləşmiş Millətlər Təşkilatı müsbət istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Ticarətin inkişafı vacib məsələlərdən biridir. Dünyanı bərpa edərək hər kəs bundan bəhrələnməlidir. Çünki yoxsulluq böyük təlatümlərə gətirib çıxara bilər. Mühit təmiz və aydın qurulmalıdır. İqtisadi təşkilatın qarşısında duran vacib məsələlər var. Dünya sülh və əmin-amanlıqla qurulmalıdır. Gələcək üçün bu, vacib amildir", - deyə xüsusi nümayəndə vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi. Azərbaycan-Ermənistan əlaqələrindəki istiləşməyə hamı şahiddir.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsində səylərini əsirgəmir. Azərbaycan heç bir parçalanmanın olmaması mühitində daha çox əməkdaşlığı təşviq edir. Azərbaycan öz öhdəliyinin üzərindən layiqincə gəlir. Cənubi Qafqazdakı təcrübəni dünyanın digər bölgələrinə yayılmasına çalışır.

H.Hacıyev qeyd edib ki, hələ də bir çox ölkələr COVID-19-un təsirinin qarşısını tam ala bilməyib. "Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməmələri qarşımızda duran problemlərdəndir. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək. Avropa təsisatları acınacaqlı vəziyyətdədir. Azərbaycan Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Azərbaycana qarşı mənfi hallarla rastlaşırıq", - deyə o əlavə edib.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç isə bildirib: "Yeni münaqişələrin qarşısını almağa çalışmalıyıq. Bütün vaxtımızı faciədə yaşamalı deyil, çıxış yolları axtarmalıyıq".

Təhsilin əhəmiyyətini qeyd edən sabiq prezident siyasətçilərin təlimatlanmasının vacibliyini vurğulayıb.

İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə deyib ki, qarşımızda duran əsas prioritetlərdən biri insanların hansı xalqdan, ölkədən olmasına baxmayaraq azad yaşaması, iqtisadi imkanlardan bəhrələnməsidir. Biz artıq bir-birimizi anlamalıyıq. Fərqliliklər üzə çıxmalıdır.

İclasda çıxış edən BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır diqqətə çatdırıb ki, parçalanan dünyanın yenidən birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Biz bilməliyik ki, bu parçalanmanın səbəbləri nələrdir. Qarşımızdakı problemlərin həllinə siyasi yollarla xidmət etməliyik. Biz bütün dünyanın bərpası üçün düzgün nizamlanma barədə düşünməliyik.

BMT-nin rolunun yenidən danışılmalı olduğunu deyən Volkan Bozkır qeyd edib: "BMT çox mühüm təsisatdır. Hazırda onu əvəz edəcək başqa bir qurum yoxdur. Onun təsisatları əzmkar şəkildə çalışırlar. Lakin BMT münaqişələrin sülh yolu ilə həllinə heç bir töhfə vermir. Bu isə təsisata olan etimadı itirir".

Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs edən Volkan Bozkır bildirib: "Münaqişələr sülh yolu ilə həll edilməsə, hər bir ölkə fərdi şəkildə yol axtaracaq. Fransa keçmiş Minsk Qrupunun üzvü, Azərbaycanın dostu idi. Lakin Fransanın Ermənistana silah-sursat satması bu ölkəyə açıq dəstək idi".

BMT-nin Sivilizasiyalar Alyansının sabiq ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir vurğulayıb ki, hazırda dünyada xaos yaşanmaqdadır. Ksenofobiya, ayrı-seçkilik bizim cəmiyyəti bölür. Həyat, yaşam tərzi köklü şəkildə pisləşib. Addımlarımızı müharibədən daha çox sülhə doğru atmalıyıq. Bu, çox vacib elementdir. Addımlarımızın tərzini dəyişməliyik, daha çox yaradıcı tərəfdən yanaşmalıyıq. Ən önəmlisi isə odur ki, sülhlə bağlı həll yolları gündəmə gətirilməlidir.

Latviyanın sabiq Prezidenti Egils Levits Bakının zəngin keçmişə malik şəhər olduğunu söyləyib. O deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi üçün bu şəhər düzgün seçilmiş məkandır.

"İnanıram ki, bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək", - deyə Egils Levits əlavə edib.

Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

TAHIR



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ