Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan "Arsax separatçılarının" telemüsahibələrinə etiraz etdi...

Image


Xəyal Bəşirov: "Ermənistan tərəfin dedikləri tamamilə absurddur" 

Məlum olduğu kimi, Azərbaycan Televizası Bakıda həbsdə olan erməni separatçılarının rəhbərlərindən müsahibə alıb. Amma hələ silsilə müsahibələr yayımlanamayıb. Müsahibənin elanı Ermənistanda naharatlığa səbəb olub və bu üzdən erməni mediasında bəzi absurd iddialar irəli sürülməyə başlayıb. Bununla bağlı Ermənistanın İnsan Hüquqları Müdafiəsi Bürosu məlumat da yayıb. 

Sözügedən qurum iddia edir ki, guya bu videoçarxın nümayiş etdirilməsi "beynəlxalq standartlara ziddir". 

Erməni ombudsmanın iddiasına görə, həbsdəki erməni separatçılarından  müsahibə alıb onu efirə vermək olmaz, guya bu, "beynəlxalq standartlara ziddir" və onlar "ictimai marağın obyekti olmamalıdır". 

Bu adamlar Azərbaycan dövlətinin ərazisində separatçılıqla məşğul olublar, əlləri azərbaycanlıların qanına batıb, ərazimizdə terrorçuluqla, separatizmlə məşğul olublar, bu halda əlbəttə, onların öz cinayətlərini etiraf etməsi bizim cəmiyyətimiz üçün böyük maraq kəsb edir. 

Bu halda onlar necə maraq obyekti olmamalıdırlar? 

"Cinayətkarların müsahibələrinin yayımlanması, çap edilməsi artıq ənənəvi hal almış bir tendensiyadır, burada qanunazidd bir şey yoxdur" 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, Ermənistan tərəfi hər bir məsələyə öz marağından, öz kontekstindən yanaşaraq münasibət bildirir. "Onlar, ümumiyyətlə, bütün məsələlərə öz təxəyyüllərinə, öz təfəkkürlərinə, düşüncələrinə uyğun reaksiya verirlər, münasibət sərgiləyirlər. Keçmiş münaqişənin həllindən sonra baş verən proseslərə onlar öz maraqlarına uyğun şəkildə yanaşırlar. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın mətni göz önündədir, internet resurslarında mövcuddur, bütün dünya bunu oxuyur, amma Ermənistan tərəfi onun tam mahiyyətinə və məzmununa zidd  şərhlər verməyə çalışırdı. Çox təəssüflər olsun ki, rəsmi şəxslər də bu şəkildə reaksiya ortaya qoyurdular. İndi də baş verən proseslərə özlərinə məxsus formada şərhlər verirlər, münasibət sərgiləyirlər. Necə olur ki, o cinayətkar ünsürlər zamanında Fransaya, Rusiyaya, digər dövlətlərə gedib orada televizyalara, mətbuata  Azərbaycan əleyhinə silsilə müsahibələr verirdilər, onların müsahibələri canlı şəkildə yayımlanırdı? Necə ola bilirdi ki, keçmişdə Ermənistana rəhbərlik edən cinayətkar ünsürlərdən biri Serjik Sarkisyan Xocalı faciəsi ilə bağlı İngiltərədə müsahibə verib "azərbaycanlılar düşünürdülər ki, ermənilər mülkü şəxsləri öldürməzlər, onlara əl qaldırmazlar" sindromunu qırmaq kimi qələmə verib onunla öyünürdü? Bunu beynəlxalq hüquqa uyğun hesab etmək olar, amma Azərbaycan tərəfin həmin o cinayətkar ünsürlərin törətdikləri cinayətləri öz dillərindən ifadə etməsini yayımlaması qanuna uyğun sayılmır? Ermənistan tərəfin dedikləri tamamilə absurddur. Əslində bu, beynəlxalq aləmdə qəbul edilmiş bir qaydadır ki, cinayətkarların öz cinayət əməllərini etiraf etməsi və peşmançılıqlarını ictimaiyyətin diqqətinə çatdırması üçün onlar  danışdırılır, müsahibələri informasiya resurslarında yayımlanır. Cinayətkarların müsahibələrinin yayımlanması, çap edilməsi artıq ənənəvi hal almış bir tendensiyadır, burada qanunazidd bir şey yoxdur. Bunu ilk dəfə  Azərbaycan etmir. Bu məsələnin bir tərəfidir, digər tərəfdən isə həmin o cinayətkar ünsürlərlə bağlı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Həmin o cinayətkar ünsürləri Fransa kimi dövlətlər "demokratik üsulla seçilmiş" şəxslər kimi qələmə verməyə çalışırlar. Həmin o şəxslərin Azərbaycan tərəfindən terrorçu, cinayətkar kimi saxlanılıb ədalət mühakiməsinə təhvil verilməsi məsələsi ilə bağlı Azərbaycana qarşı səfərbərliklər elan olunub, hücum kampaniyaları təşkil olunub. Həmin cinayətkar ünsürlərin əli Azərbaycan xalqının qanına batıb. Onların bir çoxu hətta saxlanılmazdan əvvəl, hələ İkinci Qarabağ müharibəsi dönəmində Azərbaycanın müharibə zonası ilə heç bir əlaqəsi olmayan, müharibə bölgəsində yerləşməyən şəhərlərinə, mülki vətəndaşlarına qarşı terror hücümları təşkil etdiklərini özləri etiraf etmişdilər. Onlar həmin o hücumları təşkil etməkləri ilə öyünürdülər. Yəni gələcəkdə bir daha Azərbaycana, eyni zamanda ayrı-ayrı dövlətlərə qarşı törədiləcək belə cinayətlərin məntiqi sonluğunun bu şəkildə olacağını beynəlxalq aləmin diqqətinə çatdırmaq əhəmiyyətlidir. Cinayəti təyin etmək məsələsinə gəlincə, ümumiyyətlə, cinayət qanunvericiliyində, beynəlxalq aləmdə qəbul edilmiş aksiomalardan biridir ki, cəzanı təyin etmək digər şəxslərin də növbəti mərhələlərdə belə qanunazidd, hüquqazidd addımlardan çəkindirilməsi xarakteri daşıyır"-deyə X.Bəşirov bildirdi.  

X.Bəşirov qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərimizdə üç il yarımdan sonra  kütləvi məzarlıqlar aşkarlanır ki, o kütləvi məzarlıqlar belə cinayətkar ünsürlərin Azərbaycan vətəndaşlarına qarşı törətdikləri kütləvi cinayətlərin nəticəsidir, onun məhsuludur. "Bu gün də Azərbaycan azad edilmiş ərazilərində həmin o kütləvi məzarlıqların aşkar edilməsi prosesini həyata keçirir. Bu şəxslərin törətdikləri cinayətlərin detallarının həm cəmiyyətimizin, həm beynəlxalq ictimaiyyətin, eyni zamanda Ermənistan cəmiyyətinin diqqətinə çatdırılmasında əhəmiyyətli məqamlar var. Nəyə görə? Çünki Ermənistan cəmiyyəti də bu cinayətkar ünsürlərin əməllərinin bəlkə də hələ tam mahiyyəti ilə tanış deyil. Qoy onlar da tanış olsunlar, onlar da görsünlər ki, 30 illik bir müddət ərzində Qarabağ mövzusunu bəhanə gətirərək onları bu mövzu ətrafında özlərinin maraqlarına qurban verən şəxslər əslində nəyə xidmət ediblər. Yəni bilsinlər ki, onların əsas məqsədləri heç də Ermənistan xalqının, Ermənistan dövlətinin maraqlarına xidmət etmək xarakteri daşımayıb. Onların əsas məqsədi Azərbaycanın ərazilərini işğal edib həmin ərazilərdə belə cinayətlər törədib, vəhşiliklər, vandalizmlər  nəticəsində əldə edilmiş var-dövləti öz aralarında bölüşdürmək olub. Yəni bunun Ermənistanın vətəndaşlarına, onların rifahının, həyat şəraitinin yüksəldilməsinə heç bir aidiyyəti olmayıb. Düşünürəm ki, əslində bu, Azərbaycanın daxili məsələsidir. Daha sonra burada qanuna və hüquqazidd heç bir addım yoxdur, beynəlxalq hüquqa qarşı heç bir addım atılmır. Eyni zamanda bu, həm beynəlxalq, həm də daxili hüquq baxımından Azərbaycan dövlətinin atacağı addım olacaq ki, bu yolla Azərbaycan öz vətəndaşlarına, xalqına, dövlətimizin özünə qarşı törədilmiş cinayətlərin izlərini bir daha beynəlxalq aləmdə ifşa edəcək. Azərbaycan dövləti onları beynəlxalq aləmdə ifşa etməklə, əslində Ermənistan toplumunun özü haqqında, yaxud onun havadarları olan Fransa kimi dövlətin onlar barədə yaratdıqları "ən qədim xalq", "ən qədim mədəniyyətə, svilizasiyaya sahib olan xalq", "sülhpərvər", "qurub yaradan xalq" mifini darmadağın etmək prosesinə xidmət edəcək. Çünki reallıq tamam başqa mənzərəni əks etdirir. Əslində reallıq ondan ibarətdir ki, Ermənistan toplumu Ermənistana rəhbərlik edən şəxslərin təsiri, iradəsi altında Cənubi Qafqaz regionunda yalnız pozuculuq siyasəti həyata keçirir"-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ