Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya Ermənistan üçün "fəlakət ssenarisini" rəsmi elan etdi...

Image


Kremlin bütün cəhdlərinə baxmayaraq, Ermənistan Rusiyanı Qərbə dəyişməkdə israrlı olduğunu baş nazir Nikol Paşinyanın son mətbuat konfransında verdiyi açıqlamalar fonunda bir daha təsdiqləmiş oldu. Paşinyan Rusiya əleyhinə fəaliyyətini genişləndirməklə yanaşı, həm də açıq şantaj siyasətinə keçib. 

Məsələn, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakla bağlı açıq hədəyə keçib: "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub və görüşlərdə iştirak etmir. Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb". 

Paşinyan Ermənistanın KTMT-dən konkret olaraq nə vaxt çıxacağını açıqlamayıb. Bununla belə, o, bunun yeni ilədək ola biləcəyini istisna etməyib. Beləliklə, Paşinyan ilin sonuna kimi Rusiyaya vaxt verdiyini nümayiş etdirir. Bundan başqa, Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda "Zvartnots" aeroportunu tərk edəcəyini bəyan edib. Onun sözlərinə görə, bu siyasi deyil, işgüzar prosesdir: "Biz Rusiya tərəfini qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən "Zvartnots" aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq. "Zvartnots" hava limanındakı erməni sərhədçiləri artıq kifayət qədər təcrübə toplayıblar və burada sərhəd xidmətinin Rusiya tərəfinin köməyi olmadan həyata keçirilməsini təmin edə bilərlər". O qeyd edib ki, Ermənistan tərəfi Rusiya Sərhəd Xidməti ilə əlaqə saxlayıb, onlara müstəqilliyin əvvəlindən indiyədək göstərdikləri xidmətə və sərhədlərin mühafizəsinə nəzarətdə göstərdiyi köməyə görə təşəkkür edib. Onun sözlərinə görə, Ermənistanın dövlət institutları inkişaf edir və müstəqil xidmət göstərmək üçün artıq təcrübə toplayıb. Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkəsi "Zvartnots" hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin, KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb. Təbii ki, bu addımlar Rusiyada xoş qarşılanmır. Məsələn, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərindən belə bəlli olur ki, Ermənistan rəhbərliyinin idialarına baxmayaraq, "Zvartnots" hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı məsələ hələ müzakirə edilir: "Rusiya Federasiyası Ermənistandan Rusiya sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb. Həqiqətən də bununla bağlı quruma məktub daxil olub və hazırda qurumların xətti ilə təmaslar həyata keçirilir. İndi daha çox deyə bilmirəm. Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək". 

KTMT və Rusiya ilə yollarını ayırmağa hazırlaşan Nikol Paşinyan onu da bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər. Buna isə BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın bu qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski olduqca sərt bir cavab verib: "Avropa İttifaqının Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla, hər yerdə tətbiq etdiyi "antirusiya geosiyasi optikası" təkcə Ukrayna deyil, digər ölkələrə də yüz minlərlə həyat bahasına başa gələcək. Avropa İttifaqı, əlbəttə ki, hər cür yolla özünü sülhməramlı və vasitəçi kimi göstərməyə çalışır, hətta Ukraynaya münasibətə də bu cür don geyindirməyə çalışır. Bəs Avropa İttifaqı bu ölkədəki münaqişənin bitməsini istəyirmi?". O, bu sualı "əsas mənbəyə", yəni şuranın iclasında iştirak edən Avropa İttifaqının diplomatiyasının rəhbəri Jozep Borrellə yönəltməyi təklif edib: "2023-cü ilin iyununda Qərb Ukraynaya hərbi dəstəyini dayandıracağı təqdirdə Ukraynadakı münaqişənin bir neçə həftə ərzində bitəcəyini etiraf etdikdən sonra Borrell qeyd etdi: "Məsələ bu müharibəni bitirməkdə deyil, onu necə bitirməkdədir". Yəni Avropa İttifaqı Ukraynada, dolayı yolla da olsa, mahiyyətcə müharibə edən tərəf kimi münaqişənin həllinə deyil, onun vasitəsilə Rusiyaya maksimum ziyan vurmağa, ən yaxşı halda isə strateji məğlubiyyətinə nail olmağa çalışır". Ermənistanın "Ümumerməni Cəbhəsi" hərəkatının lideri, ölkənin keçmiş müdafiə naziri Arşak Karapetyan isə bildirir ki, Ermənistan hakimiyyətinin KTMT və Avrasiya İqtisadi İttifaqı istiqamətində atdığı addımlar dövlət üçün fəlakətli nəticələr verə bilər. Karapetyan qeyd edib ki, 44 günlük müharibədən əvvəl Ermənistan regionda məsələni həll etmək hüququna malik idi, indi isə bu regionda nüfuzunu qorumaq üçün yalnız bir rıçaqa sahibdir və bu, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası, yəni KTMT üzvü olmaq halıdır: "Rusiya hərbi bazası buradan çıxan kimi Ermənistanla heç kim maraqlanmayacaq". Sabiq erməni nazir əlavə edib ki, Paşinyan hakimiyyətinin apardığı siyasətin nəticələri Ermənistan üçün fəlakətli ola bilər. Ermənistanın "Past" nəşri də yazır ki, indi Qərbə, o cümlədən Fransa və Britaniyaya güvənərək Rusiyaya qarşı çıxmaq İrəvan üçün dağıdıcı nəticələr vəd edir: "Vəssalam, artıq xilas olmuşuq. Böyük Britaniyanın silahlı qüvvələr üzrə dövlət katibi Ceyms Hippi bəyan edib ki, Böyük Britaniya Rusiyanın cavab təhdidləri halında Ermənistanı dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə işləyəcək. Ceyms Hippi Ermənistanın KTMT-dəki üzvlüyünün "dondurulması"nın qurumdan rəsmi çıxmaq demək olmadığını qeyd edərək, Rusiyanın cavab hədələri olacağı təqdirdə NATO müttəfiqləri ilə Ermənistanı dəstəkləməkdən danışıb. Məlum olur ki, hökumətin müxtəlif təbliğat platformalarında ciddi simalarla oxşar tezisləri yayan və ya təbliğ edən dairələr var. Bu, kifayət qədər sadə məzmunlu təbliğat olsa da, bəzi soydaşlarımıza təsir edir. Göründüyü kimi, Britaniya gəmiləri Ermənistanın dağlarına qalxmaq qərarına gəlib". O da qeyd edilir ki, ölkə sürətlə böyük güclərin toqquşma məkanına çevrilir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ