Cümə axşamı günü, 05 noyabr 2026
     

“Qiyamət günü” yaxınlaşır - dünya NATO-nu da, Rusiyanı da lənətləməlidir...

Image


Son günlərdə nüvə silahlarından istifadə ilə bağlı məsələ dünya boyu yenidən aktuallaşıb. Ekspertlər hesab edir ki, Rusiya ilə Qərbin Ukraynada və perspektivdə Ermənistanda hərbi qarşıdurması sonda nüvə silahından istifadəni aktuallaşdıra bilər. 

Məhz belə bir vaxtda Rusiya prezidenti Vladimir Putin "RİA Novosti" agentliyinə müsahibəsində bildirib ki, Rusiya Federasiyası hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır: "Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. Nüvə qüvvələri  daim döyüş hazırlığı vəziyyətindədir".

Vladimir Putin onu da xüsusi olaraq vurğulayıb ki, Rusiya nüvə triadası digərlərindən daha müasirdir. O bildirib ki, Rusiya dövlətinin mövcudluğuna, onun suverenliyinə və müstəqilliyinə xələl gətiriləcəyi təqdirdə Rusiya Federasiyası nüvə silahından istifadə etməyə hazır olacaq. Xatırladaq ki, nüvə triadasına üç komponent daxildir: strateji aviasiya, qitələrarası ballistik raketlər və nüvə raketi daşıyan sualtı qayıqlar. Bunlar fonunda, Putinin sözlərinə görə, Birləşmiş Ştatlar hazırda nüvə qüvvələrinin müasirliyini artırmaq üçün məqsədlər qoyur və onun bütün komponentlərini inkişaf etdirir: "Biz də belə edirik". Vladimir Putin, ABŞ nüvə silahı sınaqları keçirəcəyi təqdirdə, Rusiyanın nüvə silahı sınaqları keçirəcəyini istisna etməyib. Bu günlərdə isə CNN telekanalı iki yüksək rütbəli amerikalı məmura istinadən xəbər verib ki, ABŞ 2022-ci ilin sonunda Rusiyanın Ukrayna ərazisinə mümkün nüvə zərbəsi üçün hərtərəfli hazırlıqlara başlayıb. Kanalın həmsöhbətlərinin dediyinə görə, Vaşinqton bu ssenarini kəşfiyyat xidmətləri bəzi məlumatlar aldıqdan sonra nəzərdən keçirməyə başlayıb. Ağ Evdəki mənbələr də eyni hazırlıqların getdiyini "The New York Times"a təsdiq ediblər.  ABŞ kəşfiyyatının son illik hesabatında isə vurğulanır ki, Rusiya nüvə silahlarını modernləşdirməyə davam edəcək, ən böyük və ən müxtəlif nüvə silahı ehtiyatını saxlayacaq. Moskva öz nüvə potensialını ABŞ və NATO-nu mümkün toqquşmadan çəkindirmək və məqsədlərinə çatmaq üçün zəruri hesab edir: "Rusiyanın döyüş meydanında tez və qətiyyətlə qalib gələ bilməməsi, Ukraynanın federasiyanın ərazisinə zərbələri Putinin nüvə silahından istifadə edə biləcəyi ilə bağlı qorxuları artırır". Amerikalı kəşfiyyatçılar vurğulayır ki, Moskva ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin qarşısını almaq üçün nəzərdə tutulmuş uzaqmənzilli nüvə başlıqlı raketləri və sualtı çatdırılma sistemlərini inkişaf etdirməyə davam edəcək. Rusiya nüvə və ya adi döyüş başlıqlarını daşımağa qadir olan qeyri-strateji sistemlərini də genişləndirir və modernləşdirir. Moskvanın fikrincə, belə sistemlər düşmənin qarşısını almaq, mümkün eskalasiyaya nəzarət, ABŞ və müttəfiqlərinə qarşı mübarizə aparmaq imkanı verir. Ukrayna geri çəkilə bilmir. Çünki Qərb bu zaman silah dəstəyini azaltmaqla Kiyevi bir növ şantaj edir. Silah tədarükünü artırdıqda isə Ukraynanı döyüşməyə təhrik edir və Rusiya adekvat cavab verməli olur. Qərbin Ukraynaya hərbi dəstəyinin tez-tez artıb-azalması da, ola bilsin, ABŞ və Avropa ilə Kiyev arasında yaranan ziddiyyətlərlə bağlıdır. Amma gələcəkdə Qərbin Ukraynaya qoşun göndərməsi mümkündür. Bunun işartıları artıq görünür. Lakin sözügedən təşəbbüs sülhün təmin olunmasına kömək etməyəcək. Əksinə, bu, müharibənin miqyasının genişlənməsi və NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmanın başlanması deməkdir. Bu isə, öz növbəsində, onsuz da artıq davam edən Üçüncü Dünya müharibəsinin rəsmən elan edilməsi və Rusiyanın nüvə silahını tətbiq etməsi ehtimalını artırır. 

Finlandiyanın yeni prezidenti Aleksandr Stubbun açıqlamaları da nüvə silahı ilə bağlı vəziyyəti çətinləşdirir. O qeyd edir ki, Finlandiya çəkindirici nüvə silahına sahib olmalıdır: "Finlandiya çəkindirici nüvə vasitəsinə sahib olmalıdır. Üzvü olduğumuz NATO bizə üç çəkindirici vasitə təqdim edir: birincisi, hərbçilərdir, ikincisi raketlər, sursatlar və üçüncüsü – bu, ABŞ-dan gələn nüvə silahıdır". Qeyd edək ki, Stubb namizədliyi dövründə də, parlament qanunvericiliyə dəyişiklik edəcəyi təqdirdə, Finlandiya ərazisində nüvə silahının yerləşdiriləcəyini istisna etməmişdi. Deməli, nüvə silahı artıq Rusiya sərhədində yerləşdirilir. Amma ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton diqqəti ona yönəldir ki,  Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir. Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun "RS-28 Sarmat" qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub: "Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir". Pentaqon rəsmisi əlavə edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən "Kinjal" və "Zirkon" hipersəs raket sistemləri də daxildir.  Bu səbəbdən o, qeyd edilənlərin nəzərə alınmasını vacib hesab edir.  Putinin ideoloqu  kimi tanınan strateq Aleksandr Duqin isə bu fonda bildirir: "Biz heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. Hazırda qütblərarası müharibə gedir. Bu, birqütblü dünya nizamı ilə Qərbin qorumağa çalışdığı çoxqütblü sistem arasındadır. Münaqişə xətləri Ukrayna, Fələstin və Tayvandır. Afrika və Cənubi Amerikada da yeni cəbhə açıla bilər. Yeni dünya nizamının formalaşması mərhələsindəyik. Bu proses qaynar münaqişələrə səhnədir. Ən pisi odur ki, indi nüvə müharibəsi risqi ilə üz-üzəyik. Rusiyanın şəhərlərinə hücumlar hər an nüvə müharibəsini başlada bilər". Duqin qeyd edib ki, Üçüncü Dünya müharibəsi müəyyən mənada başlayıb: "Bunun ilkin mərhələsindəyik. NATO liderləri anlamırlar ki, atdıqları addımlar nüvə faciəsinə gətirib çıxara bilər. Rusiyaya hücum dünyanın məhvidir. NATO indiki siyasətini davam etdirsə, bu dəhşətli gün qaçılmaz olacaq".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ