Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan "avqustun 1-dək sözünü dedi" - indi söz Putinindir...

Image


Abutalıb Səmədov: "Bu vəziyyətdə Rusiyanın qəti addımlar atmaqdan başqa yolu yoxdur"

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri 2024-cü il avqustun 1-dən etibarən "Zvartnots" hava limanını tərk edəcəklər. "İnterfax" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. 

"Biz Rusiya tərəfini qəbul etdiyimiz qərarla (Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması – red.) bağlı məlumatlandırmışıq. Məktubda qeyd olunan tarix 1 avqust 2024-cü ildir", - deyə Paşinyan keçirdiyi mətbuat konfransında bildirib. "Bu, siyasi və ya geosiyasi proses deyil, işgüzar prosesdir. Biz avqustun 1-dən aeroportda müstəqil şəkildə xidmətə başlayacağımızı bildirmişik", - deyə Paşinyan  qeyd edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları ilə birlikdə 1992-ci il tarixli müqavilə əsasında həm də ölkənin Türkiyə və İranla sərhədlərini qoruyur.

Avqustun 1-dək Ermənistanı Rusiya tərəfdən nələr gözləyir?

"Kəskin addımlar atmaq məqamı yetişib" 

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov  "Bakı-Xəbər"ə şərhində "Paşinyan hökuməti Rusiyaya münasibətdə növbəti dəfə yanlış yol tutdu. 2018-ci ildən başlayaraq verilən bəyanatlar, göstərilən davranışlar  Ermənistana kifayət qədər problemlər yaratdı. Rusiyanın hesabına əldə etdiyi hər şeyi Ermənistan qısa müddətdə itirdi. Ancaq görünür, bütün bunlar ona dərs olmayıb, eyni xətt davam etdirilir. Rusiyaya ultimatum verilir və müddət qoyulur ki, həmin müddətə qədər "Zvartnots" hava limanını tərk et. Yəni ağıllı dövlət lideri danşıqlar yolunu tutardı, inandırmağa çalışardı, ancaq Paşinyan daim yanlış yol tutur, yanlış davranış sərgiləyir və nəticəsi də göz qabağındadır. 1992-ci il 30 sentyabr müqaviləsinə görə, Ermənistanın xarici sərhədləri Rusiya  sərhədçilərinin nəzarətinə verildi. Həmin vaxtdan həm Türkiyə sərhədi, həm İran sərhədi, həm də "Zvartnots" hava limanı Rusiya sərhədçilərinin sərəncamındadır"-deyə bildirdi. 

A.Səmədov vurğuladı ki, sözügedən müqavilədə müddət nəzərdə tutulmayıb, müddətsiz olaraq verilib və müqavilədə Rusiya sərhədçilərinin çıxarılması mexanizmi də yoxdur. A.Səmədovun fikrincə, bu səbəbdən təbiidir ki, danışıqlar aparılmalı idi və Rusiyanı mümkün qədər dilə tutub onun sərhədçilərini "Zvartnots" hava limanından çıxarmaq bəlkə də mümkün ola bilərdi. "Ancaq Rusiya da yaxşı başa düşür ki, bu ilk addımdır, amma son deyil, məqsəd bütövülükdə Rusiyanı Ermənistandan çıxarmaqdır. Növbədə İran və Türkiyə sərhədlərində dayanan rus sərhədçiləri var. Ondan sonra da 102-ci hərbi bazanın çıxarılması məsələsi qoyulacaq. Əgər Rusiya Ermənistanın bu tələbunə əməl etsə və sakitcə   "Zvartnots" hava limanını tərk etsə, növbəti addımları çox gözləmək lazım gəlməyəcək. Rusiya da bunu anlayır. Bu vəziyyətdə Rusiya hansı addımı ata bilər? Birinci addım Ermənistanın bu tələbinə əhəmiyyət verməmək və hava limanını tərk etməməkdir ki, "çıxmıram" deyib Rusiya bunu edə bilər, işini davam etdirər. İkinci addım iqtisadi sanksiyalardır. Yuxarı Lars keçid məntəqəsini bağlamaq, Ermənistandan Rusiyaya gedən və ötən il öz ailələrinə 4 milyard dollar göndərən erməniləri geri qaytarmaq, bu da Ermənistana çox ciddi problemlər yarada bilər. Ermənistanın xarici ticarət dövriyyəsinin 35 faizdən çoxu Rusiyanın payına düşür. Bu da çox ciddi təzyiq vasitəsidir. Üstəlik, xarici aləmlə Ermənistanın əlaqəsi çox məhduddur. Yalnız İran, Rusiya və Gürcüstan vasitəsilə öz mallarını xaricə çıxara bilir və xaricdən müəyyən məhsullar gətirə bilir. Rusiya yolunun bağlanması Ermənistanı çox ağır duruma sala bilər. Ancaq bu addımların atılması da artıq Rusiya-Ermənistan münasibətlərinin dönüşü olmayan bir yola qədəm qoyması demək olacaq. Rusiya da onu başa düşür ki, artıq Ermənistan ondan uzaqlaşmaq xəttini seçib və hansı addımı atmasından aslı olmayaraq geri qayıtmaq ehtimalı yoxdur. Ağır seçim qarşısındadır. Ancaq digər tərəfdən də, əslinə qalsa, elə bir seçim də yoxdur, məcburi addımlar atılmalıdır. Ermənistana səbrlə yanaşmaq heç bir nəticə vermədi və bu xətti davam etdirmək Rusiyaya heç nə gətirməyəcək. Deməli, kəskin addımlar atmaq məqamı yetişib" - deyə bildirən A.Səmədovun qeyd etdiyinə görə, nəzərə almaq lazımdır ki, Ukraynadakı vəziyyət də hələ ki, Rusiyanın istədiyi kimidir, ABŞ hələlik yardım ayırmayıb və yaxın 10-15 günə, bəlkə də 1 aya elə bir yardımın ayrılma ehtimalı  da yoxdur, hətta ayrılsa da o məbləğ elə də ciddi rəqəmi əks etdirməyəcək. "Bu vəziyyətdə Rusiyanın qəti addımlar atmaqdan başqa yolu yoxdur. Həmin addımların da atılmasını ləngitmək Rusiyaya heç nə verməyəcək. Ancaq yenə də gözləyək. Bir şey aydındır, Ermənistan-Rusiya münasibətlərində yeni bir mərhələ başlayıb və bu mərhələdə çox ciddi qərarlar sürətlə verilə bilər. Söhbət hava limanından rus sərhədçilərinin çıxarılması tələbindən sonra Ermənistanın KTMT-ni tərk etməsindən və digər addımların atılmasından gedə bilər" - deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ