Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Görüşdə Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa İdarə Heyətinin üzvlərini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Vayra Vike-Freyberqa İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edərək, vurğuladı ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısına böyük inam və etimadının təzahürüdür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı, bunun Azərbaycan üçün çox böyük nailiyyət olduğunu dedi. O, qeyd etdi ki, bu, Azərbaycanın dünyada yaşıl enerji sahəsində də qlobal liderliyinin təcəssümüdür.

Vayra Vike-Freyberqa artıq XI Qlobal Bakı Forumunun Azərbaycanda keçirildiyini deyərək builki forumun iştirakçıları arasında keçmiş dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, müxtəlif ölkə, beynəlxalq təşkilat, özəl və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin, digər rəsmilərin, ümumilikdə 350-dən çox qonağın olduğunu diqqətə çatdırdı. O, bu forumda qlobal gündəlikdə duran siyasi, təhlükəsizlik, iqtisadi, maliyyə və digər məsələlərin müzakirə olunacağını, həll yolları ilə bağlı tövsiyələrin veriləcəyini qeyd etdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin öz növbəsində Azərbaycana təbriklərini çatdırdı və XI Qlobal Bakı Forumunun yeni uğurlara imza atacağına ümidvar olduğunu bildirdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də COP29-a sədrlik və bu sessiyaya ev sahibliyi prosesində Azərbaycana öz dəstəyini verməyə hazır olduğunu dedi, Mərkəzdə COP prosesində iştirak etmiş çoxsaylı mütəxəssislərin olduğunu vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, forumun işinə uğurlar arzuladı. Azərbaycan Prezidenti XI Qlobal Bakı Forumunun da beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd etdi. Hazırda Azərbaycanın bu tədbirin nəticəyönümlü olması istiqamətində həm mahiyyət, həm də təşkilati nöqteyi-nəzərdən hazırlanması baxımından bütün lazımi tədbirləri həyata keçirdiyini diqqətə çatdırdı. Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olması ilə bərabər, yaşıl keçid istiqamətində də çox vacib layihələri icra etdiyini dedi. Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyini uğurla başa çatdırdığını xatırladan dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın bu Hərəkata sədrliyi, müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurla başa çatdırılması üçün əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Azərbaycanın bu tədbirə ev sahibliyi edərək qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə prosesinə və milli səviyyədə olan uğurlu addımları ilə yaşıl keçid prosesinə töhfə vermək əzminin və niyyətinin olduğunu qeyd etdi. Hazırda qlobal istiliyin 1,5 dərəcədən çox artmasının qarşısının alınmasının və ya bu çərçivədə saxlanılması üzrə bütün səylərin səfərbər olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti COP29-un xüsusilə iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu nəzərə alaraq, ölkəmizin bu istiqamətdə bütün beynəlxalq səyləri səfərbər edəcəyini dedi, hazırda Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birlikdə COP29 çərçivəsində "üçlük" formatında ardıcıl işlər apardığını bildirdi. Dövlətimizin başçısı Xəzər və Qara dənizi birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsindən danışdı.

Görüşdə qlobal və regional gündəlikdə duran məsələlər, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyi qeyd edildi. Prezident İlham Əliyev sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplərin və sülh müqaviləsinin layihəsinin də məhz Azərbaycan tərəfindən hazırlanaraq təqdim olunduğunu və ölkəmizin Cənubi Qafqaz regionunda sülh gündəliyini yaxından dəstəklədiyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri qeyd edildi. Qonaqların özləri də həmin ərazilərimizə dəfələrlə səfər etdiklərini deyərək, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin nümunəvi xarakter daşıdığını və onlarda zəngin təəssürat yaratdığını dedilər.

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid bir geosiyasi məkan olaraq siyasi, iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə dinamik sürətdə inkişaf edən əməkdaşlığı nümunə kimi qiymətləndirildi. Orta Dəhlizin əhəmiyyətinə toxunularaq, bu xüsusda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birgə həyata keçirdiyi layihələrin önəmi qeyd edildi, ölkəmizin Avropanın, xüsusən də Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Görüşdə Azərbaycanın Avropa ölkələrinə qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ