Cümə axşamı günü, 05 noyabr 2026
     

Moskva İrəvanın bu hərəkətlərinə də sakit qalsa...

Image


"Böyük Britaniya müdafiə nazirinin müavininin sözləri Qərbin Ermənistanı Rusiya Federasiyasına qarşı alətə çevirmək istəyinin birbaşa təsdiqidir". Belə bir açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyi çıxış edib. 

Rusiyanın xarici siyasət idarəsinin şərhində bu xüsusda daha sonra qeyd olunur: "Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir". O da bildirilib ki, bu vəziyyət İrəvandakı məsul siyasətçilərin düşünməsi üçün əsasdır. Qeyd edək ki, Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözlərinə görə, London Rusiyadan gələn təhlükələr qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurmaq istəyindədir. London İrəvanın bu qərarını Ermənistanın suveren hüququnun həyata keçirilməsi kimi qiymətləndirib: "Böyük Britaniya KTMT üzvlüyünün dondurulmasını Ermənistanın suveren hüququnun həyata keçirilməsi kimi tanıyır və Rusiyadan gələn cavab tədbirləri təhlükəsi qarşısında onu dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə əməkdaşlıq edəcək". Hippi bu barədə deputat Robert Baklandın sorğusuna yazılı cavabında danışıb. Parlamentari Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı təqdirdə Böyük Britaniyanın müdafiə sənayesinə potensial faydalar barədə sual verib. Hippi qeyd edib ki, istənilən fayda Böyük Britaniyanın imzaladığı ATƏT-in silah embarqosunun razılaşdırılmış hüdudlarına uyğun olmalıdır. Eyni zamanda o vurğulayıb ki, London əməkdaşlığın dərinləşdirilməsi imkanları fonunda Ermənistanla yaxından işləməyə davam edəcək. Ceyms Hippinin açıqlamalarına istinad edən erməni politoloq Suren Surenyants qeyd edib: "Qərb tərəfdaşları son dərəcə "səmimidirlər". Onlar Azərbaycandan gələn təhdidlər qarşısında bizi dəstəkləmək fikrində deyillər, amma bizi ruslardan "qoruyurlar" və bu yolla bizi "ümid astanasına" – Ankaraya doğru sürükləyirlər. "Rus boyunduruğunu" atmaq üçün bizə belə zəmanətlər verirlər. Bizə açıq şəkildə Ukrayna-2 olmağı təklif edirlər. Və bu halda Qərbi bu prosesin nəticəsi deyil, Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnə biləcək prosesin özü maraqlandırır. Axı Qərb mərkəzlərinin məqsədi regionda Rusiya və İranın təsirini zəiflətməkdir. Və bunun nəticəsində erməni xalqının və ya Ermənistanın başına nə gələcəyi isə onları qətiyyən maraqlandırmır. Həm də ona görə yox ki, onlar erməni xalqının "şər" və ya "düşmənləri"dirlər. Qətiyyən. Sadəcə olaraq Qərbin Türkiyə və Azərbaycanla qarşıdurmada bizi dəstəkləməkdə heç bir siyasi marağı yoxdur. Qərb eksklüziv olaraq bizim "anti-Rusiya" potensialımızla maraqlanır. London Rusiyanın təhdidlərinə, sırf nəzəri xarakter daşısa da, dərhal reaksiya verir. Bununla belə, onlar Bakının bizim qarşımızda tələblərini tamamilə qanuni hesab edirlər".

Bunlar fonunda ehtiyatda olan erməni general-mayor İşxan Matevosyan etiraf edir ki, Ermənistan böyük güclərin əlində növbəti vasitəyə çevrilib: "Dövlətimizin ətrafında və ümumilikdə Cənubi Qafqazda yaranmış son dərəcə təhlükəli vəziyyət bir günün işi deyil, çoxdan başlayıb". Onun sözlərinə görə, Ermənistandakı vəziyyət hazırkı hakimiyyətin siyasi dəhşət nümayiş etdirən fəaliyyətinin və apardığı siyasətin nəticəsidir: "Regionda qüvvələrin və reallıqların düzülüşü bir gündə, nə dünən, nə də bir ay əvvəl formalaşmayıb. 2018-ci ildən formalaşıb və dövrün hakimiyyətinin antimilli siyasətinin nəticəsidir. Artıq heç kimə sirr deyil ki, bu hakimiyyət Ermənistanın maraqlarından başqa hər hansı digər güc mərkəzinin maraqlarına xidmət edir. Bu, bir qayda olaraq, Ermənistanın mənafeyinin ziyanına və onun hesabına həyata keçirilir". Matevosyan bildirib ki, ölkə Ermənistandan başqa hər kəsin maraqlarının təmin olunduğu xarici rəhbərlik rejiminə verilir. Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan qeyd edir ki, bu halda Rusiya İrəvana qarşı daha sərt addımlar atmaq məcburiyyətində qalacaq: "İrəvanın "Zvartnots" hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Rusiya tərəfinə müraciətdən sonra Ermənistandakı Rusiya bazasının bağlanması məsələsi gündəmə gəlib. Erməni mediası hökumət nümayəndələrinin artıq 102-ci bazanın Ermənistandan çıxarılmasının vaxtı çatdığı barədə müzakirə apardıqları məlumatını yayıb. Beləliklə, rus sərhədçilərin çıxarılmasının ardınca 102-ci bazanın bağlanmasının hədəfləndiyini açıqlayırlar. Paşinyan bu addımı atacaq, ancaq Rusiyanın da cavabı olacaq. Artıq bir neçə gündür ki, Larsda vəziyyət kifayət qədər gərgindir: Rusiya tərəfi bəzi maşınları buraxır, bəzilərinə süni maneələr yaradılır və bu yanaşmalar daha da sərtləşəcək". Zöhrabyan Rusiyanın əlində ciddi iqtisadi təsir vasitələri olduğunu, Rusiyada 3 milyondan çox erməni yaşadığını da xatırladıb. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da  etiraf edir ki, 102 saylı hərbi bazanı Gümrüdən çıxarmaq istəyirlər: "Biz belə şeylər deyəndə deyirlər ki, siz rusiyapərəstsiniz. Bəs necə olaq, türkpərəst olaq? Rusiyapərəstsiniz nə deməkdir? Qaçacaqlar. Rusları "Zvartnots"dan çıxarırlar ki, özləri lazım olanda qaça bilsinlər".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ