Cümə axşamı günü, 05 noyabr 2026
     

Qondarma “Arsax”ın “rəhbərləri” beynəlxalq təmaslara yenidən baş vurdular...

Image


Elnur Kəlbizadə: "...Vaxtilə Qarabağda mövcud olmuş oyuncaq rejimin təmsilçilərinin yenidən dirilməsinə xarici ölkələr də dəstək göstərir"

Məhv olmuş və tarixin zibilliyinə atılmış qondarma "Artsax respublikası"nı xortlatmaq üçün Ermənistanda fəal işlər aparılır. Gələn məlumatlara görə, İrəvanda qondarma "Artsax respublikasının" fəaliyyətini bərpa etmək üçün dəridən-qabıqdan çıxırlar. 

Məlumatlara görə, Ermənistanın Baş naziri  Nikol Paşinyan özü də bu cəfəng prosesə dəstək verir. Artıq keçmiş "Artsaxın" "rəhbərliyi" də Qərbdə əlaqələr qurmaq üçün axtarışlara baş vurur, hətta xarici ölkələrdə yeni təmsilçiliklər açmağı planlayır. Bildiyimiz kimi, İrəvanın mərkəzində, Fransa meydanında "Artsax bayrağını" endirmişdilər, iki-üç gün qabaq onu yenidən bərpa ediblər və sair. 

"Onların hər biri tarixin müxtəlif dövrlərində olduğu kimi, yenə də ermənilərdən, Ermənistandan maşa olaraq istifadə etməyə çalışır, "erməni məsələsini" yenidən diriltməyə cəhd edirlər" 

Məsələ ilə bağlı "Bakı-Xəbər"ə şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə "Hazırkı şəraitdə Ermənistanda revanşist əhval-ruhiyyənin güclənməsinə, vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimin başçılarının yenidən baş qaldırmasına bir neçə amil təsir göstərir. Bunların içərisində xarici amillər xüsusi yer tutur. Qafqazda öz nüfuzunu, öz təsirini qoruyub saxlamağa çalışan xarici güc mərkəzləri, xarici dövlətlər, eyni zamanda ermənilər və Ermənistan  vasitəsilə Qafqaz regionuna daxil olmağa çalışan xarici dövlətlər müxtəlif formalarda bu revanşist əhval-ruhiyyədən, bu proseslərdən faydalanmağa çalışırlar. Bir tərəfdən, Fransa və Hindistan kimi dövlətlər Ermənistanı müxtəlif silahlarla silahlandırırlar. Bəyan olunan hərbi əməkdaşlıq çərçivəsində Ermənistana müdafiə silahlarını satdıqlarını söyləsələr də, əslində taktiki-texniki xüsusiyyətlərinə görə  hücum üçün nəzərdə tutulan bir çox silahlar verirlər. İstisna deyil ki, Ermənistanda hazırda revşanşist əhval-ruhiyyənin yüksəlməsinə, həmçinin vaxtilə Qarabağda mövcud olmuş oyuncaq rejimin təmsilçilərinin yenidən dirilməsinə xarici ölkələr də dəstək göstərir"-deyə bildirdi. 

E.Kəlbizadənin fikrincə, ola bilsin, Nikol Paşinyan hökumətinin mövcudluğu onların maraqlarına cavab vermədiyindən keçmiş oyuncaq rejimin təmsilçilərindən yenidən istifadə etmək cəhdləri var.          

E.Kəlbizadənin sözlərinə görə, hazırda Ermənistandakı daxili ictimai-siyasi vəziyyət elə xaotikdir ki, indiki halda baş verən proseslərin  xarici sifarişçisinin kim olduğunu konkretləşdirmək o qədər də asan deyil: "Qeyd etdiyimiz kimi, bu məsələdə ən müxtəlif güc mərkəzlərinin, ən müxtəlif dövlətlərin maraqları var və onların hər biri, tarixin müxtəlif dövrlərində olduğu kimi, yenə də ermənilərdən, Ermənistandan maşa olaraq istifadə etməyə çalışır, "erməni məsələsini" yenidən diriltməyə cəhd edirlər. Ermənistanda baş verən proseslərin, revanşist əhval-ruhiyyənin güclənməsinin hansı dövlət, hansı güc mərkəzləri tərəfindən sifariş verilməsindən asılı olmayaraq, Azərbaycan bütün situasiyalara hazır olmalıdır, Ermənistanın atdığı dekonstruktiv, sülhü dağıdan, bölgədə sabitliyi pozan addımlar rasional şəkildə, soyuqqanlılıqla qiymətləndirilməlidir, atılacaq hər bir addımda yalnız və yalnız Azərbaycanın milli maraqları, dövlət maraqları əsas götürülməlidir. Azərbaycan son illərdə baş verən bütün siyasi proseslərdə atdığı addımlarla aydın şəkildə göstərib ki, bizim mövqeyimiz Qafqazda sülhün, sabitliyin yaradılmasına istiqamətlənib və Azərbaycan dövləti hər hansı bir addım atarkən üçüncü dövlətlərin marağını deyil, özünün milli maraqlarını nəzərə alır, bu kontekstdə hərəkət edir. İndiki halda da biz bütün addımlarımızı milli maraqlar çərçivəsində atmalıyıq, Azərbaycanın mənafelərinə xidmət edən bütün məqamları nəzərə almalıyıq, bir daha göstərməliyik ki, biz Ermənistandan fərqli olaraq regionda hansısa xarici güclərin, hansısa xarici dövlətlərin forpostu deyilik, yaxınlığından və uzaqlığından asılı olmayaraq, hansısa güc mərkəzlərinin maraqlarını yerinə yetirmirik"-deyə E.Kəlbizadə qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ