Cümə axşamı günü, 05 noyabr 2026
     

Erməni–kommunist birliyi Xankəndinin 37 məhəlləsini məhv edib...

Image


Faiq İsmayılov: "Xankəndi şəhərinin "yenidən qurulmas"ı zamanı köhnə yaşayış evlərini və inzibati binaları ermənilər "köhnəliyin" əlaməti kimi kütləvi şəkildə sökməyə başladılar"

Keçən ilin 19-20 sentyabrında keçirilən antiterror tədbirləri zamanı Azərbaycanın Xankəndi şəhəri   separatçılardan təmizləndi. Son bir neçə aydır ki, davamlı olaraq Xankəndi şəhəri separatizm simvollarından, qanunsuz tikililərdən, daşnak "abidələr"indən təmizlənir. 

Əlbəttə, bu olduqca vacib bir məsələdir ki, ana torpağımız  terrorçuların, əli Azərbaycan xalqının qanına batanların mənfur izlərindən təmizlənsin. Çünki uzun illər separatçılar Xankəndini erməniləşdirmək üçün çox böyük qanunsuz əməllər törədiblər. Bu gün ən aktual olan məsələlərdən biri Xankəndinin illər boyu dağıdılan, məhv edilən, saxtalaşdırılan simasının yenidən bərpa olunması, öz əzəli görkəminə qaytarılmasıdır. 

Xankəndinin tarixi siması necə olub?

"Xankəndi şəhərinin bəzəyi olan 37 məhəllə sökülərək ləğv edildi" 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında çox qaranlıq məsələlərə aydınlıq gətirdi.

F.İsmayılov bildirdi ki, XX əsrin əvvəllərinə qədər Xankəndi şəhərində ermənilər yaşamayıb.

"Ermənistan rəhbərliyi birbaşa və ya dolayısı ilə Qarabağ İqtisadi Rayonunun şimal hissəsinin baş kəndi olan Xankəndi şəhərinin ermənilərə məxsusluğu ilə bağlı heç bir fakta əsaslanmayan yalan məlumat yayır. Araşdırmalar göstərir ki keçən əsrin əvvəllərinə, yəni 1920-ci ilə qədər Xankəndi şəhərində bir nəfər belə erməni millətindən olan insan və ya insanlar yaşamayıb.

Ermənilərin özəlləşdirmə siyasətiniun qurbanına çevrilən Qarabağın Xankəndi şəhəri digər Azərbaycan şəhərlərindən gənc olması ilə fərqlənir. Etibarlı mənbələrdən əldə edilən məlumata əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlarının ailələri  üçün istirahət mərkəzi  kimi istifadə olunub. Xankəndi istirahət mərkəzi  xanlığın paytaxtı Pənahabadın (Şuşa şəhərinin) 10 kilometrliyində, Qarabağ dağ silsiləsinin şərq yamacında kiçik bir düzəndə yerləşir.

İlk illər bu istirahət düşərgəsində ancaq xan ailəsi və onun yaxınları yaşadığından, el arasında "Xanın kəndi" (Xankəndi) kimi tanınırdı. Lakin sonralar bu məntəqəyə sənətkarlar, taçirlər və digər peşə sahibləri də köçdüyündən yaşayış məntəqəsinin miqyası kifayət qədər böyüdü və genişləndi.

Xankəndi şəhərinin 15 əsas məhəlləsi olsa da, 1918-1920-ci illərə qədər daha bir az böyüyərək məhəllələrin sayı 37-yə çatmışdı. Xankəndi şəhər əhalisinə Qara Hüseyn məscidi, Məcidli məscidi, Alış məscidi, Yaşıl məscid, Siyafur məscidi, İmam Əli məscidi, Xarrat usta Qulu məscidi, Ərminavan məscidi, Əyrıdam məscidi, Çaykənarı məscidi, Səmirabad məscidi, Sarı məscid, Biləndərli məscidi, Yurdyer məscidi, Böyük məscid, Mirzələr məscidi, Kiçik məscid adlı 17 məscid xidmət  göstərib.

Xankəndi şəhəri yaxınlığındakı qəbistanlıqlarda 17 türbə,  Möminə Xatın və Otludərə məbədləri kimi möhtəşəm memarlıq abidələri və eləcə də Seyid Məhəmməd ocağı, Böyük Pir ziyarətgahı, Kərki ocağı, Qala piri, Xəlifə İbrahim Vəlullah ocağı kimi iman gətirilən inanc yerləri olmuşdur".

F.İsmayılovun sözlərinə görə, istər Xankəndi şəhərinin ilk salınan 15  məhəlləsinin - Mərkəzşəhər məhəlləsi, Seyid Məhəmməd məhəlləsi, Mahallı məhəlləsi, Məcidli məhəlləsi, Saatlı məhəlləsi, Yazarlar və Tarzənlər məhəlləsi, Ağa məhəlləsi, Xanbağı məhəlləsi, Böyükbazar məhəlləsi, Tacirlər (Bazar) məhəlləsi, Yuxarı məhəllə, Aşağı məhəllə, Dağ məhəllə, Balqar məhəlləsi, Üçyol Qurdları məhəlləsinin, istərsə də sonradan salınan 22 məhəllənin adları içərisində heç bir erməni adına və toponiminə rast gəlinmir. "Bu 37 məhəllənin heç birinin adında erməni sözü yoxdur. Baxın, Məşədi Əsədulla məhəlləsi, Qayabaşı məhəlləsi, Zəngəzurlular məhəlləsi, Ozan məhəlləsi, Qala məhəlləsi, Təzə məhəllə, Çaparxanlı məhəlləsi, Xərratlar məhəlləsi, Orta məhəllə, Zadəganlar məhəlləsi, Qarqar (Çayqıraqlılar) məhəlləsi, Cüdürxan məhəlləsi, Alakeşlər məhəlləsi, Allahgərək məhəlləsi, Kotanqaya məhəlləsi, Böyük məhəllə, Kiçik məhəllə, Biləndərlilər məhəlləsi, Qabıcıq-Hökmavar məhəlləsi, Qoyqəşəm məhəlləsi, Poylu məhəlləsi, Şingədan məhəlləsi.

Beləliklə, 1920-ci ilə qədər Xankəndi şəhərində yaşayan 1375 ailədən və təqribən 8 minə yaxın əhalidən bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür. 14 may 1805-ci ildə Qarabağ xanlığı Rusiya  tərəfindən işğal edildiyi vaxta qədər indiki Xankəndi şəhəri Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimin mülkü hesab olunurdu. Bundan belə bir nəticəyə gəlmək olur ki, indiki Xankəndi şəhərinin yerləşdiyi ərazi, hansısa etnik qrupa, millətə deyil, bir azərbaycanlı xanıma aid mülk olub.

1805-ci ildə Rusiyanın təzyiqi ilə İbrahimxəlil xan ilə Rusiya generalı Pavel Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi. Faktiki olaraq, Qarabağ xanlığı Rusiya tərəfindən işğal olundu. 1806-cı ildə mayor Lisaneviç başda olmaqla rus hərbçiləri İbrahimxəlil xanı ailəsi ilə birlikdə qətlə yetirdilər.   Rusiyanın Qarabağı işğal etməsi Xankəndinin də taleyinə ciddi təsir etdi.

Rus işğalından dərhal sonra Xankəndidə çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Məhz ona görə də rus qarnizonunun yerləşdiyi bu ərazi 1847-ci il Rusiya hərbi xəritələrində rəsmi şəkildə Xankəndi adı ilə qeyd olunurdu.

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndidən də yan keçmədi. Tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına ruslar tərəfindən məskunlaşdırılan ermənilər orada Ermənistan dövləti elan etdilər.

Bu hadisədən ruhlanan erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinə, ümumilikdə bütün Azərbaycan torpaqlarına qarşı ərazi iddiası etməyə başladılar.  Erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları öldürürdülər. 1918–1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu. AXC-nin süqutundan sonra ermənilərin Xankəndidə məskunlaşdırılmalarının sürəti artdı"-deyə F.İsamyılov qeyd etdi.

F.İsmayılovun bildirdiyinə görə, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında"   dekret qəbul etdi. "Həmin dekretə əsasən, Xankəndi DQMV-in mərkəzi (baş şəhəri) elan olundu. 1923-cü il sentyabrın 1-də şəhər 26 Bakı Komissarları Sovetinin başçısı, daşnak, əli çoxsaylı azərbaycanlıların qanına batmış Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı.

Sovet dövrü müxtəlif şəhərlərdən Xankəndiyə köçürülən edmənilərin sayının sürətlə artması yeni yaşayış evlərinin yaranmasına zərurət yaradırdı. Məhz bu da ermənilərin Xankəndi şəhərinin "yenidən qurulması" planının işə düşməsinə səbəb oldu. Xankəndi şəhərinin "yenidən qurulması" zamanı köhnə yaşayış evlərini və inzibati binaları ermənilər "köhnəliyin" əlaməti kimi kütləvi şəkildə sökməyə başladılar. Xankəndi şəhərinin bəzəyi olan 37 məhəllə sökülərək ləğv edildi. Xankəndi şəhərindəki bütün tarix və mədəniyyət abidələri, o cümlədən 15 məscid, 17 türbə, 5 ziyərətgah, 2 məbəd, 15 məhəllə qəbristanlıqları xüsusi vəhşiliklə dağıdılaraq məhv edildi. Qədim yaşayış evləri və inzibati binalar sökülərək yerində yeni üçmərtəbəli, beşmərtəbəli yaşayış evləri, Azərbaycanın mədəni irsinin xarabalıqları üzərində yeni parklar, restoranlar, qastronomlar, erməni separaçılarının liderlərinin şərəfinə monumental heykəllər, qurğular tikildi.

Xankəndi şəhərində məhdud sayda XVIII-XIX əsrlərə aid yaşayış evləri və inzibati binalar qalsa da, onların da xarici interyerləri dəyişdirilərək tanınmaz hala salınmışdır" - deyə qeyd edən F.İsmaylov əlavə etdi ki, hazırda Xankəndi şəhərinin tarixi görkəminin özünə qaytarılması prosesi gedir və o inanır ki, bərpa zamanı Xankəndinin 37 tarixi məhəlləsi, məscidləri, məzarlığı və sair bərpa ediləcək. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ