Cümə axşamı günü, 05 noyabr 2026
     

Hindistan-İrəvan hava yolu İrana qarşı tələdir - İran oyuna gedəcəkmi?

Image


Son illərdə Hindistan və Ermənistan arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Bu, hərbi sahədə də özünü qabarıq büruzə verir. Belə bir vaxtda yayılan məlumata əsasən, Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır.

Məlumatı ilk olaraq aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış Hindistanın IADN agentliyi yayıb. Məlumatda vurğulanır: "Hindistan strateji əhəmiyyət kəsb edən ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır. HAL və CONCORD eyni məqsədlə HALCON Birgə İşçi Qrupunu yaradıblar. Bu, Hindistan və Ermənistan arasında logistikanı gücləndirəcək". Bir daha xatırladaq ki, Hindistan Ermənistana müxtəlif təyinatlı silahlar satır, iki ölkə arasında bir neçə hərbi müqavilə imzalanıb. İndi maraq doğuran məsələ hava dəhlizinin hansı ölkənin məkanından keçəcəyidir. Hazırda bunun üçün uyğun gələn yeganə ölkə İrandır. Azərbaycan üzərindən də yol nəzəri cəhətdən keçə bilər. Amma bəlli səbəblər üzündən Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməyəcək. Deməli, barəsində bəhs edilən yol yalnız İran vasitəsilə reallaşdırıla bilər. İrəvanın planlarına o da daxildir ki, Ermənistan 2024-cü ilin sonuna kimi İranın Çabahar limanına çıxış əldə etməyə və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmağa ümid edir. Bundan başqa, Ermənistan Hindistan mallarının Rusiya və Avropaya marşrutunu daha sürətli etmək üçün Hindistana Qara dəniz vasitəsilə ticarət dəhlizinin yaradılmasını təklif edib. Eləcə də Ermənistan uzun müddətdir Hindistandan investisiya axtarır. İki ölkə arasında əlaqələr son zamanlar müdafiə ixracı sayəsində sürətlənib. Təəssüf ki, Qarabağ məsələsində Ermənistanı dəstəkləyən İran Hindistandan İrəvana ağır silahların verilməsində də vasitəçilik edib.  Faktdır ki, Hindistan İran vasitəsilə Ermənistana hərbi texnika göndərib. Texnika əvvəlcə dəniz yolu ilə İranın Bəndər Abbas limanına daxil olub, daha sonra isə avtomobil yolu ilə Norduz Sərhəd Qapısı vasitəsilə Ermənistana daxil olub. Bundan əvvəl də "National Interest" nəşri Hindistan Xarici İşlər Nazirliyinə istinadən yazmışdı ki, Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla əlaqələrini genişləndirməsi rəsmi Nyu-Dehlinin xarici siyasətində yeni dəyişikliklərin tərkib hissəsidir. Rəsmi Bakı indiyədək bir neçə dəfə bu məsələyə münasibət bildirib. Amma Hindistan yenə də Ermənistanı silahlandırmaqda davam edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl açıq mətnlə bildirib ki, Hindistan beynəlxalq aktor olaraq Ermənistana silah satışına sadəcə kommersiya kimi baxa bilməz. O, Azərbaycanın Hindistanla Ermənistan arasında silah alqı-satqısı ilə bağlı müqavilə imzalanmasından xəbərdar olduğunu bildirib: "Bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf-müqabillərimizlə münasibətlərimiz var". Nazir vurğulayıb ki, Hindistan Ermənistana silah satışını Azərbaycan və Türkiyənin mövqeyi ilə heç vaxt uzlaşdırmayıb: "Onlar qeyd ediblər ki, bu addım kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlməyib. Rəsmi mövqe budur. Ancaq bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq, silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üçün kövrək məqam yaranıb. Bunun fonunda belə bir addımın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır".

Məsələnin təəssüf doğuran tərəfi İranın buna şərait yaratmasıdır. İran da bilir ki, Ermənistanın sürətlə silahlandırılması, əlbəttə, sülhü yaxınlaşdırmır. Əksinə, sülh quruculuğu prosesinə mane olur. Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu əlaqələrə əsaslanır. Bu fonda ölkəmiz hər zaman qonşuları ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Qarşlıqlı münasibətlərin  möhkəmləndirilməsi, daha da yaxınlaşdırılması istiqamətində ölkəmiz fəaliyyət göstərir. Təəssüf ki, bu bəzi qonşu ölkələr tərəfindən layiqli şəkildə dəyərləndirilmir. Məsələn, cənub qonşumuz olan İranın Azərbaycana qarşı apardığı siyasət birmənalı xarakterə malik deyil. Amma son günlərdə münasibətlərin yaxşılaşdırlması istiqamətində addımar atılır. İndi bundan sonra Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizini İrandan keçirəcəksə və Tehran da buna razılıq verəcəksə, uduzan yenə İran olacaq. Tehran İslam birliyindən danışmağı sevir, amma bunu əməldə də göstərməlidir. Bundan başqa, İran diqqətdən qaçırmamalıdır ki, Ermənistan Qərb hərbi qüvvələrini regiona gətirir. Ermənistan tərəfindən Avropa İttifaqı Şurasının monitorinq missiyasının ölkəyə gətirilməsi həm də İran əleyhinə fəaliyyətdir. Şübhəsiz ki, hər bir ölkə xarici siyasət strategiyasını müstəqil şəkildə həyata keçirmək hüququna malikdir. Lakin Cənubi Qafqaz regionunda İran İslam Respublikası ilə qonşu olan və onun de-fakto strateji müttəfiqinə çevrilmiş Ermənistanın Qərb ölkələri ilə artıq təhlükəsizlik mövzularında yaxınlaşması rəsmi Tehran üçün "qırmızı xətt" hesab edilməlidir. Hindistandan Ermənistana hava dəhlizi İrandan keçərsə, perspektivdə bu yolla Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahların Ermənistana daşınması gözləniləndir. Deməli, İran bu yolla rəqibi hesab etdiyi Qərbin regionda güclənməsinə şərait yaradacaq.  Son zamanlar Fransa Tehran rejiminin kəskin tənqidçilərindən birinə çevrilib. Daha bir nüans odur ki, məlum missiyanın Rusiya ilə bağlı olduğu şübhə doğurmur. Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Amma Rusiya və İranı sıx əməkdaşlıq telləri bağlayır. Ermənistan müxtəlif bəhanələrlə Avropa İttifaqı missiyasının say tərkibinin artıtılmasına çalışır. Bu da regiona daha çox Qərb hərbçisinin gəlməsi deməkdir. İran bunları nəzərə almalıdır. Əks halda uduzan özü olacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ