Cümə axşamı günü, 05 noyabr 2026
     

İrəvan razıyam deyir, ancaq qaytarmır...

Image


"O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir". 

Bu fikirləri hələ cari ilin yanvarında prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Hazırda proseslərin inkişaf axarı Azərbaycanın anklav olmayan 4 kəndinin yaxın tezlikdə qaytarılacaını göstərir.  Söhbət Qazaxın işğal altında qalan 7 kəndindən 4-nün – anklav olmayan Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılmasından gedir.  Indi bu, Bakı-İrəvan müzakirələrində ən aktual mövzulardan birini təşkil edir. İndi Ermənistanda da rəsmi dairələr və media bu məsələyə köklənib, ermənilərin ümumi ictimai rəyinə görə, kəndlər qaytarılacaq. Beləliklə, 4 kənd birinci mərhələdə qaytarılır, digər 4 kənd – Qazaxın anklav olan 3 kəndi - Sofulu, Yuxarı Əskipara və Barxudarlı, Sədərəyin Kərki kəndinin qaytarılması ikinci mərhələdə müzakirə olunur. Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyan da bu mövzuya toxunub və "Hayeli" klubunda çıxışında deyib ki, birinci mərhələdə 4 kəndi, sonra digərlərini - Tavuş ərazisində olan 3 və Kərki kəndini qaytaracaqlar. O, bunun nəticəsində Lorinin sərhəd ərazisinə çevriləcəyini də vurğulayıb. Danielyanın sözlərinə görə, bu kəndlər strateji əhəmiyyət daşıyır və Ermənistanın şimal və cənub çıxışı üzərində olmaqla yanaşı, həm də Rusiyadan gələn qaz kəməri bu kəndlərin ərazisindən keçir. Erməni rejissor Ruben Mxitaryan da vurğulayır ki, Nikol Paşinyan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyəndə, 8 kəndi də onun tərkibində nəzərdə tutub: "İndi hər yerdə qaçılmaz müharibədən danışır, ictimaiyyəti depressiyaya salırlar. Sonra fraksiyanın qapalı iclasını keçirib təmin etdilər ki, 4 kənd verilərsə, müharibə olmayacaq. Doğrudan da sadə, mütəşəkkil əməliyyat aparırlar". Daha əvvəl Qazaxla sərhəd olan Tavuş rayon qubernatoru Ayk Qalumyan rayonda Azərbaycana aid kəndlərin olduğunu təsdiqləmişdi. Bir müddət öncə isə Azərbaycanın işğalda olan kəndlərinə daxil olmağa çalışan iki erməni silahlı şəxs saxlanılmış, onlara bu kəndlərin azərbaycanlılara aid olduğu bildirilmiş, bir daha bu kəndlərə girməmək şərti ilə azadlığa buraxılmışdılar. Bakı mövqeyində qətidir. Martın 7-də sərhəddə keçirilən görüşdən sonra Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın açıqlamasından aydın olur ki, Azərbaycan anklav olmayan 4 kəndin dərhal azad edilməsini tələb edir. Ermənistanla delimitasiya üzrə komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin adından yayılan rəsmi məlumatda da 4 kənd tələbi təsdiq edilir. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda deyilir ki, son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın "işğalı altında" olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır: "Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların işğal edildiyini bəyan etmək tamamilə əsassızdır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq".

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü Kristine Vardanyan qeyd edir ki, Bakı istəyinə nail olacaq: "Nikol Paşinyan 86 min 600 kvadrat kilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycanın tələb etdiyi kəndlərin həmin əraziyə daxil olduğunu bəyan edəndə, anklavlar məsələsi gündəmə gəldi. Biz Tavuşda olduq və mən iki il ərzində ictimai əhval-ruhiyyənin dəyişdiyini qeyd edə bilərəm. Əgər 2021-ci ildə insanlar sadəcə olaraq Tavuşdan kəndlərin təhvil verilməsi ilə bağlı gündəmin ola biləcəyinə inanmırdılarsa və ictimai xadimlərə, siyasətçilərə və jurnalistlərə bunun düşmənçilik gündəminin yayılması olduğu ilə bağlı çox kəskin cavab verirdilərsə, indi Tavuşda kəndləri təhvil vermək mövzusunun düz olub-olmadığını müzakirə etmirlər, bu kəndləri necə qorumağı müzakirə edirlər. Yəni insanlar dövlətsiz qalıb. Dövlət nəinki yoxdur, dövlətin nümayəndələri gedib kəndləri təhvil verməyə razılaşırlar". Erməni deputat əlavə edib ki, Tavuşdan kəndlər verilsə, İrəvan-Tiflis yolu yararsız hala düşəcək. Məsələ ilə bağlı Ermənistanın "Qraparak" nəşri yazır: "Daha əvvəl yazmışdıq ki, parlamentdə Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" fraksiyası ilə görüşündə Azərbaycanın ilk növbədə ona verilməsini tələb etdiyi Tavuşun 4 kəndindən danışıb. Münhendə də həmin məsələ ilə bağlı müzakirələr aparılıb. Paşinyan komanda yoldaşları ilə danışarkən vurğulayıb ki, Kərki onların sırasına daxil deyil, hamısı Tavuş bölgəsindədir. Beləliklə, söhbətin hansı 4 kənddən getdiyi məlumdur: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı".  Azərbaycan tezliklə bu kəndlər üzərində nəzarətini bərpa edəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ