Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanı “ağ günə” çıxaran Fransa bu dəfə Moldovanı fəlakətə sürükləyir...

Image


Cənubi Qafqazda, Afrikada Rusiya ilə geosiyasi toqquşmalar yaşayan Fransa bu dəfə Moldovada Kremllə üz-üzə gəlir. Elə bu günlərdə Moldova ictimaiyyətinə məlumat verilib ki, paytaxt Kişinyovda Fransa hərbi missiyası işə başlayır. Moldovanın  Rusiya Federasiyasındakı keçmiş səfiri Anatol Tsaranu bildirib ki, missiyanın fəaliyyəti ilə bağlı təfərrüatlar açıqlanmır. 

O qeyd edib ki, Birinci Dünya müharibəsi zamanı belə bir missiya Rumıniyada fəaliyyət göstərib: "O zaman orada general Bertelonun rəhbərliyi ilə Fransa hərbi missiyası açılıb. Sonra Fransa Rumıniya ordusunu silahla təmin etdi, əsgərləri öyrətdi və nəticədə Rumıniya Murestidə qələbə qazandı. O vaxt Rusiya Fransa və Rumıniya ilə eyni tərəfdə idi, indi hekayə başqadır". Tsaranunun sözlərinə görə, indiki hal Moldova ordusunun Rusiya ilə qarşıdurma üçün silahla təmin olunacağını deməyə əsas verir. Moldova prezidenti Maya Sandu Parisə səfəri zamanı fransalı həmkarı Emmanuel Makrona xitabən bildirib: "Təhlükə dayandırılmasa, cəbhə xətti bizə daha da yaxınlaşacaq. Ona görə də Avropa vahid cəbhə ortaya qoymalıdır". Qeyd edək ki, bundan əvvəl "Politico" nəşri də Fransanın Ukraynaya Qərb qoşunlarını göndərməyə hazır olan ölkələrin ittifaqı yaratdığını yazıb. Nəşrin yazdığına görə, Estoniya, Latviya və Litva Almaniya, Çexiya və Polşa kimi Avropa İttifaqı ölkələrinin əksəriyyətindən ideyaya daha açıqdır. Lakin Anatol Tsaranu qeyd edir ki, bu, Moldovaya   təsir etməyəcək: "Bununla belə, Fransa Moldova əsgərlərinə rus əsgərlərinə müqavimət göstərməyi öyrədəcək, həmçinin Moldova ordusunu silahlandıracaq. Moldova cəmiyyətində ölkənin Ukraynadan sonra Rusiyanın növbəti hədəfi olacağını deyirlər". Moskva Moldovanı "rus dünyasının" bir hissəsi, onun təsir zonası hesab edir və bu vəziyyəti dəyişmək niyyətində deyil. Buna görə də Moldova hakimiyyəti Rusiya Federasiyasının mümkün hücumunu dəf etməyə hazırlaşır. Baxmayaraq ki, Moldovada rusların gəlməsini istəyən ictimai rusofil sektor var. Xüsusilə də Rusiyanın hərbi mövcudluğunun qeydə alındığı Dnestryanı separatçı bölgəni nəzərə alsaq, Rusiya Kişinyovda əsas təhlükə hesab olunur və onlar buna qarşı çıxmaq üçün Qərb tərəfdaşları ilə razılığa gəlirlər". Bunlar fonunda prezident Maya Sandu Parisə son səfəri zamanı qeyd edib: "Rusiya Moldovanı hüquqların pozulduğu yer olan öz təsir dairəsinə çəkmək istəyir. Bu gün Moldova artıq Rusiyanın istədiyi kimi bölünmək masasında deyil, müzakirə masasındadır".

Parisdə üç sənəd imzalanıb. Bu, 1998-ci ildə imzalanmış sənədi, eləcə də növbəti altı il üçün iqtisadi əməkdaşlığa dair yol xəritəsini və Fransa İnkişaf Agentliyinin Moldovaya 40 milyon avro dəyərində maliyyə vəsaiti ayıracağı müqaviləni yeniləyən müdafiə sahəsində əməkdaşlıq sazişidir. Moldova prezidentinin administrasiyası aydınlaşdırır ki, yeni əməkdaşlıq sazişi müdafiə sisteminin müdafiə siyasəti, beynəlxalq missiya və əməliyyatlarda iştirak, informasiya texnologiyaları və hərbi telekommunikasiya, digər bu  kimi mühüm sahələrini əhatə edir. 2024-2029-cu illər üçün İqtisadi Əməkdaşlıq Yol Xəritəsi Moldova Respublikası və Fransa arasında investisiya və ticarətin artımını təşviq etmək üçün birgə tədbirləri nəzərdə tutur. Moldovada 200-dən çox fransız şirkəti fəaliyyət göstərir.

Sandu vurğulayıb ki, Fransa ilə müdafiə və iqtisadi əməkdaşlıq sazişlərinin imzalanması Moldovanın gücləndiyinə və Fransanın onun tərəfində olduğuna dair aydın siqnal verir. Müdafiə sahəsində əməkdaşlıq intensivləşir, buna bir misal olaraq Fransadan hava hücumundan müdafiə radarlarının alınmasını göstərmək olar.   Beləliklə görünür ki, Fransa Ermənistanda tətbiq etdiyi ssenarini bu dəfə Moldovada reallaşdırır. Ekspert Dmitri Çubaşenko respublikada baş verənləri "Moldovada Makron və Putin arasında döyüş" kimi xarakterizə edir: "Moldovanın iki regionu – Dnestryanı və Qaqauziya Rusiyadan və şəxsən onun prezidenti Vladimir Putindən Moldova rəhbərliyinin "təqiblərindən" müdafiə istəyib. Moldova prezidenti Maya Sandu da öz növbəsində Qərbdən Rusiyaya qarşı müdafiə istəyir. Fransa prezidenti Emmanuel Makron Sandunu Yelisey sarayında qəbul edərkən Kişinyovdan gələn qonağa belə müdafiə üçün Fransanın yardımlarını vəd edib. Beləliklə, Moldova Fransa ilə Rusiya, Makron və Putin arasında hərbi-siyasi və hərbi çevriliş perspektivi ilə hələlik yalnız siyasi qarşıdurma meydanına çevrilir". Dmitri Çubaşenko onu da xatırladır ki, ölkə  Konstitusiyasına görə, Moldovada baş verən hər şeyə görə prezident, hökumət və parlament məsuliyyət daşıyır: "Lakin bu gün bütün bu üç qurumun adı faktiki lider olunan Sandunun təmsil etdiyi  hakim PAS partiyası ilə sinonimdir. Sandunun Moldovanı ya Borodinoya, ya da Beryozinaya çevirməsi, təbii ki, absurddur. Moldova mərkəzi hökumətinin və onun regional hakimiyyət orqanlarının müdafiə üçün özlərinin münaqişə vəziyyətində olan xarici tərəfdaşlara müraciət etməsi də absurddur". Onun sözlərinə görə, dövlət başçısı, statusuna görə şəxsən kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, bütün siyasi qüvvələrlə dialoq aparmalıdır: "Amma Sandu  Qərbdən Dnestryanı və Qaqauz muxtariyyətindən olan qüvvələrlə mübarizəsində kömək istəyir. Bu qüvvələr öz növbəsində müdafiə üçün başqa bir xarici qüvvəyə - Rusiyaya üz tuturlar. Moldovada Makron və Putin arasındakı döyüş Sandu və onun partiyasının "parlaq" fəaliyyətinin nəticəsidir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ