Cümə axşamı günü, 05 noyabr 2026
     

Separatçı "Arsax" bərpa olunur - Qərbi Azərbaycan Respublikası (QAR) elan edilə bilər...

Image


Baş verənlər göstərir ki, ermənilər separatizmdən əl çəkmək niyyətində deyillər. Yenə də separatizm, yenə də separatçı çağrışlar özünü büruzə verməyə başlayıb. Baxmayaraq ki, keçən ilin 28 sentyabrında  Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş qondarma qurum özünü buraxdığını elan edərək bildirrdi ki, qondarma rejimin bütün qurumları və təşkilatları 2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırır.

Amma görünür, onların bu "bəyanatları" gözə kül üfürməyə xidmət etməkdən başqa bir şey olmayıb. Artıq İrəvanın Fransa meydanında separatçıların əksi parçası yenidən görsənməyə başlayıb. Halbuki, iki il əvvəl bu əski parçası tamamilə yığışdırılaraq harasa aparılmışdı. Bu gün qondarma rejimin Ermənistanda baş qaldırması müşahidə olunur. Çox təəssüflər olsun ki, dünyanın gözü qarşısında özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondarma rejim hazırda Ermənistanda baş qaldırır. Əlbəttə, bu da təsadüfi xarakter daşımır, onu düşünməyə əsas verir ki, bu işin arxasında Paşinyan hakimiyyəti dayanır və hökumət onların fəaliyyəti üçün şərait yaradır. 

Ermənistan hakimiyyəti sözdə separatçıları sıxdığını desə də, əməldə başqa şeylər baş verir. Hazırda Ermənistanda separatçılar fəaliyyət dairəsini genişləndirərək Qərb təmsilçiləri ilə də görüşlərə can atırlar. Bunu gizlətmək mümkün deyil. Ermənistan hökuməti bu prosesin daha da irəli getməsinə, davam etməsinə göz yumduqca, təbii ki, onun ağır nəticələrinə də qatlaşmalı olacaq. Bu dövlət bilməlidir ki, separatizmi dəstəkləmək, ləğv edilmiş qondarma rejimin təmsilçilərinə meydan verməklə öz sonunu yaxınlaşdırır. Paşinyan hökuməti gözəl bilir ki, separatçılara dəstək istiqamətində hər bir addım Ermənistanın dövlət kimi yoxa çıxmasına gətirib çıxara bilər. Təbii, Azərbaycan bu səhnələrə uzun müddət seyrçi qala bilməz, öz tədbir və addımlarını ortaya qoya bilər. Əgər rəsmi İrəvan orada baş qaldırmış erməni separatizmini dayandırmasa, Azərbaycanın da görəcəyi tədbir var. Azərbaycan dövlətinin də Qərbi Azərbaycanı bəyan edə bilməsi qətiyyən istisna deyil. Azərbaycan da Qərbi Azərbaycanı elan edə bilər. Halbuki, bizim əsas niyyətimiz o olub ki, Qərbi azərbaycanlıların öz tarixi ərazilərinə qayıtması təmin edilsin, bunu təmin etmək istəməyən Ermənistan hökuməti Qarabağdan olan separatçıları dəstəkləyir.    

Akif Nağı: "Ermənistan hakimiyyəti, Paşinyan nə qədər yaxasını kənara çəksə də, əslində qondarma rejimin Ermənistanda baş qaldırması onun tərəfindən də idarə olunur" 

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu həddən artıq incə bir məsələdir: "Azərbaycan daim onların hərəkətlərini izləyir. 2023-cü ilin 19-20 sentyabr hadisələrindən sonra ermənilərin sürətlə regionu tərk etməsi elə-belə deyildi. Bir tərəfdən, onlar başa düşürdülər ki, azərbaycanlılara, Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak ediblər, törətdikləri dəhşətli cinayətlərə görə qanun qarşısında cavab verməli olacaqlar. Ondan ehtiyat edirdilər. Həm də ondan ehtiyat edirdilər ki, konkret azərbaycanlı ailələrə qarşı çox qatı cinayətlər işlədiblər və o ailələrin təmsilçiləri müəyyən bir dövrdən sonra hansısa bir situasiyada onlara qarşı qisas addımları ata bilər. Yəni Azərbaycan dövlətinin, hakimiyyətinin mövqeyi ilə bağlı deyil, bu, insanların özünün şəxsi təşəbbüsü ola bilərdi. Çünki o cür vəhşiliklər nəticəsində yaxınlarını itirən adamların davranışını əvvəlcədən düşünmək, planlaşdırmaq, idarə etmək çox çətindir. Bunu onlar başa düşdülər.  Digər tərəfdən isə məsələnin başqa bir yönü də var: müəyyən mərkəzlər və dövlətlər var ki, zaman-zaman ermənilərdən, Ermənistandan alət kimi istifadə edirlər. Məsələn, 1915-ci illə bağlı qondarma, uydurma "soyqırım" mifini ortaya atdılar və əvvəllər SSRİ, Moskva onlardan Türkiyəyə qarşı istifadə edirdi. Ondan sonra Qərbdə də müəyyən dövlətlər, müəyyən mərkəzlər bundan istifadə etdilər. Bununla daim Türkiyəni təzyiq altında saxlayırdılar. 

Onlar regiondan da öz qərarları ilə çıxmayıblar, müəyyən mərkəzlərdən idarə olunduqları üçün həmin mərkəzlər onlara "çıxın" göstərişi verdi. İndi onlar ermənilərdən Azərbaycana qarşı bu şəkildə istifadə etməyə çalışırlar".

A.Nağı qeyd etdi ki, ermənilər bədbəxt toplumdur və həmişə başqalarının maraqlarını təmin etmək üçün alət rolunda çıxış edirlər. Bu gün də ermənilərin alət olduğunu deyən A.Nağı hesab edir ki, məhv olmuş qondarma rejimin qalıqlarının hazırda Ermənistanda baş qaldırması da bu qəbildəndir. "Ermənistan hakimiyyəti, Paşinyan nə qədər öz yaxasını kənara çəksə də, əslində qondarma rejimin Ermənistanda baş qaldırması onun tərəfindən də idarə olunur. Yəni separatçıların yenidən meydana çıxmasında Paşinyanın da əli var. Çünki beynəlxalq mərkəzlər və dövlətlər tərəfindən sifariş Şahramanyana yox, Paşinyana verilib, o da o tapşırıqları yerinə yetirməyə çalışır. Paşinyanın müəyyən görüntü xarakterli hərəkətləri də var. Tutalım, heç mövcud olmayan bir qurumun olmayan "rəhbərlərinin" hərəkətləri ilə bağlı vaxtaşırı  erməni mətbuatında məlumatlar çıxır ki, onların korteclə hərəkətinə hökumət imkan vermir. Yaxud bu yaxınlarda bir məlumat yayıldı ki, Ermənistan hökumətinin nümayəndəsi xaricdə erməni icması ilə görüşəndə ölmüş, məhv olmuş keçmiş qondarma rejimin əksi parçasının zala gətirilməsinə etiraz edib və sair. Bunlar hamısı görüntü xarakteri daşıyır. Guya ki, Paşinyan artıq o quldur, terror dəstələrinin fəaliyyətinə qarşı çıxır. Əslində isə belə deyil. Azərbaycan da bunu çox gözəl bilir və nəzarətdə saxlayır" - deyə A.Nağı bildirdi.

A.Nağının fikrincə, təbliğat işləri getməlidir, Ermənistanın separatizmi dəstəkləməsi, onlara meydan verməsi ifşa olunmalıdır, bununla bağlı beynəlxalq təşkilatların qarşısına şərt qoyulmalıdır. 

"Onlar artıq beynəlxalq aləmə çıxmağa cəhd edirlər, Ermənistanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri ilə görüşməyə təşəbbüs göstərirlər, onların müəyyən nəticələri də var. Hanısısa səviyyədə görüşlər keçirirlər, guya dərdlərini, problemlərini deyirlər, əslində isə özlərinin mövcud olduğunu göstərməyə çalışırlar. Özlərinə bu şəkildə ayrı-ayrı dövlətlərin, hansısa beynəlxalq qurumların nəzərində status qazanmağa çalışırlar ki, guya onlara qarşı belə bir hərəkət olub. Təşəbbüs edirlər ki, "Sürgündə olan Qarabağ ermənilərinin" "hökumətini", parlamentini" yaratsınlar. Yəni bunlar bu cəhdləri edirlər. 

Azərbaycan iki istiqamətdə fəaliyyətini artırmalıdır. Bir istiqamət olaraq beynəlxalq təşkilatlar qarşısında bu məsələ qoyulmalıdır ki, hansı dövlətin rəsmi nümayəndəsi, səfiri onlarla hər hansı bir təmasa girərsə, dərhal Azərbaycan həmin dövlətlərlə münasibətlərinə yenidən baxacaq. Azərbaycanın təsir imkanları var. Bir də diaspor təşkilatları da eyni zamnada təbliğat işlərini aparmalıdır, dünyaya, mediaya həqiqətləri, məlumatları çıxarmalıdırlar. İkinci istiqamət nədən ibarət olmalıdır: təbiidir ki, Azərbaycanın ərazisi erməni quldurlarından artıq təmizlənib, ola bilsin, orda-burda tək – tək nəsə qalsın. Biz təsir imkanlarını Ermənistana qarşı yönəltməliyik. Ermənistan Azərbaycanın təzyiq imkanlarını, xüsusilə də Qərbi Zəngəzur istiqamətində hiss etməlidir. Başa düşməlidirlər ki, Azərbaycana qarşı oyun oynayırlarsa, Azərbaycan Qərbi Zəngəzurda güc faktoru ilə bağlı hansısa təşəbbüslər edə bilər.

Qərbi Azərbaycan məsələsinə gəlincə, fikrimcə, Qərbi Azərbaycan məsələsini o qədər də birbaşa ermənilərin hərəkətləri ilə bağlamağa ehtiyac yoxdur. Qərbi Azərbaycan Azərbaycanın əzəli torpaqlarıdır. O insanlar çox uzaq olmayan yaxın bir keçmişdə zorla öz torpaqlarından çıxarılıb, onlar öz yerlərinə qaytarılamlıdır, bunu beynəlxalq təşkilatlar təmin etməlidir. Azərbaycan o insanların haqlarının bərpa olunması istiqamətində işlərini aparmalıdır. Bunun hökmən nəticəsi olacaq və ermənilər növbəti dəfə başqalarının əlində alət olacaqlarsa özləri heç nə qazanmayacaqlar, yenə də əlləri boşda qalacaq"-deyə A.Nağı əlavə etdi.

Qasım Hacıyev: "Ermənistan qondarma rejimi bu şəkildə diriltmək istəyirsə, onda biz də Qərbi Azərbaycan məsələsini daha da qabartmalıyıq" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev də "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistan məhv olmuş qondarma rejimin qalıqlarını diriltmək istəyirsə, bu onun özünə problem yaradacaq. "Çox təəssüflər olsun ki, bizim səsimizi eşitmək istəməyən Qərb dövlətləri, məlum mərkəzlər erməni separatçılarının yenidən hərəkətə keçməsinə dəstək verirlər. Təbii ki, Paşinyan hakimiyyəti də onların tapşırıqlarını icra edərək artıq ölmüş, məhv olmuş qondarma bir rejimin dirçəlməsinə şərait yaradır.  Biz məhv olmuş qondarma rejimin Ermənistanda "dirildilməsini" müşahidə edirik. Ölən insanı diriltmək mümkün olmadığı kimi, ölmüş rejimi də diriltmək gülünc görsənir. Ermənistan hökuməti özünü üzdə sülh tərəfdarı kimi göstərir, pərdə arxasında isə separatçılara şərait yaradır. Hesab edirəm ki, bu, ermənilərin özləri üçün ağır nəticələrə səbəb olacaq. Ermənistan bununla özünü çox ağır vəziyyətə salır. Ermənistan qondarma rejimi bu şəkildə diriltmək istəyirsə, onda biz də Qərbi Azərbaycan məsələsini daha da qabartmalıyıq. Düzdür, biz bu məsələni dilə gətirən kimi, yenə ermənilər başalyacaqlar ki, bəs Azərbaycan bizə ərazi iddiası irəli sürür, bundan istifadə edəcəklər. Halbuki, bütün dünya bilir ki, bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur. 

Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq ki, ya Ermənistan bu əməlindən əl çəksin, ya da biz də lazımı addımları atacağıq. Necə ola bilir ki, Azərbaycan ermənilərə qarşı heç nə etmədiyi halda nəyisə şişirdib böyük bir hadisəyə çevirirlər, bizi ittiham edirlər, amma İrəvanın mərkəzində qondarma rejimin tör-töküntüləri baş qaldırır, amma ona beynəlxalq qurumlar seyrçi qalır? Gözləyirlər ki, Azərbaycan tərəfdən kimsə Qərbi Azərbaycan sözü işlətsin, həmin dəqiqə hücuma keçirlər, yalandan Qarabağda, Naxçlvanda hansısa abidələrin dağıdıldığını iddia edirlər, olmayan şeylərdən danışırlar. Beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, bizim yüzminlərlə soydaşımız Qəri Azərbaycana qayıtmalıdır, onların illər boyu tapdanan hüquqları bərpa edilməlidir. Ermənistan hökuməti soydaşlarımızın geri qayıdışını beynəlxalq hüquq çərçivəsində təmin etməlidir. Amma biz bunun əvəzində nə görürük? İrəvanın mərkəzində separatçıların əksi parçası qaldırılır. Ermənistan Azərbaycan dövlətinin sülh təşəbbüsləri, atdığı humanist addımları qiymətləndirməlidir. Qondarma rejimin Ermənistanda baş qaldırmasının qarşısını almalıdır"-deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyev əlavə etdi ki, Azərbaycan dövləti hər zaman regionda sülhpərvərliyi ilə seçilib, amma Ermənistan sülh mühitini pozmağa çalışır. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ