Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan və Rusiya açıq savaş müstəvisinə çıxdılar...

Image


Avropa İttifaqı birbaşa ABŞ-ın sifarişini yerinə yetirir və Ermənistana regiona "giriş nöqtəsi" kimi baxır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin inkişafını şərh edərkən deyib.

Zaxarova qeyd edib ki, Qərb Kiyevə gözəl perspektivlər vəd edərək sonra onu tərk edib. Onun sözlərinə görə, indi də Ermənistan vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir: "Vaxtı ilə Ukraynanı da Qərb şəbəkələrinə cəlb ediblər, gözəl perspektivlər vəd ediblər, amma aldadıblar. İstəməzdim ki, bu, Ermənistanın başına gəlsin. Ermənistan özünün ən çətin tarixi yolunu keçib. Bu xalq sülh içində yaşamağa layiqdir və vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir". Zaxarova əlavə edib ki, Qərb yeni qurban axtarmağa davam edir və bu yeni qurban Ermənistan ola bilər, hansı ki, Qərb onu şirnikləndirəcək, aldadacaq: "Təəssüflər olsun ki, Ermənistanın bir sıra siyasi xadimləri ölkənin Qərb geosiyasətinin, Qərb əyləncəsinin alətinə çevrildiyini düşünmür. Bizim gözümüzün qarşısında kollektiv Qərbin öz konyunktur məqsədləri naminə dövlətləri necə istifadə etmələrinə, daha sonra isə taleyin ümidinə buraxmalarına dair çoxsaylı nümunələr var. Avropa İttifaqı birmənalı olaraq daha heç kəsin etibarlı tərəfdaşı deyil. Bu ittifaqda Amerikanın sifarişini icra edənlər toplaşıb. Ermənistana bu ittifaqda regiona çıxış nöqtəsi kimi baxırlar. Bu da anlaşılandır". Lakin Rusiyanın bu xəbərdarlıqlarına baxmayaraq, İrəvanda başqa cür hərəkət edirlər. Hətta Rusiyaya qarşı rəsmi səviyyədə müəyyən addımlara da start verilib. Məsələn, Ermənistan Rusiya sərhədçilərinin "Zvartnots" aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, ölkə rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Ermənistanın Sərhəd Xidmətinin əməkdaşları İrəvanın "Zvartnots" hava limanında xidmət etməlidir və ölkənin bunun üçün bütün imkanları var. Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılmasının vacibliyinə dair səsləndirdiyi fikirləri rəsmi İrəvanın Kremlə qarşı növbəti qeyri-dost davranış nümunəsi kimi qiymətləndirib və bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyətindən heç bir müraciət daxil olmayıb. Daha əvvəl isə Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun nəticələrinə dair jurnalistlərlə söhbəti zamanı bildirib ki, Ermənistan paytaxtındakı "Zvartnots" hava limanını mühafizə edən rus sərhədçilərinin orada mövcudluğunun mümkünlüyü ilə bağlı İrəvan və Kreml arasında müzakirə aparılmır. Amma indi Ermənistanda fərqli düşünürlər. Onlar Rusiyanı Qərbə dəyişdiklərini daha açıq formada nümayiş etdirir, hətta prezident Vladimir Putini daha açıq şəkildə tənqid hədəfinə çevirirlər. Armen Qriqoryanın fikirləri də bunu təsdiq edir: "Bizi tez-tez Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olmaqda ittiham edirlər. Bəs gəlin vəziyyətə daha geniş baxaq və anlamağa çalışaq ki, Rusiya başqa ölkələrlə münasibətlərini korlamayıbmı? Baxsaq görərik ki, Ermənistan kimi nümunələr çoxdur. Rusiya təkcə bizimlə pis davranmır. Əgər bir adamın çoxları ilə pis münasibəti varsa, bu, çoxluğun deyil, həmin adamın problemidir. Biz görürük ki, Rusiyanın hamı ilə münasibətləri heç də hamar deyil". Ermənistanın Qərbə doğru hərəkət etməkdə ittiham olunmasına toxunan Qriqoryan vurğulayıb: "Hazırda Qərb üçün katalizator Ukraynadakı müharibədir. Bu müharibə nəticəsində NATO bloku genişləndi. Avropa İttifaqı Ukraynadakı müharibədən sonra birləşdi, ABŞ-ın hərbi sənayesi də bu müharibə sayəsində çox intensiv inkişaf edir. NATO ən güclü strukturdur. İndi özümüzə sual verə bilərik: biz Qərbi daha da gücləndiririk, yoxsa bu müharibəni aparmaq qərarına gələn insanlar? Bu kontekstdə biz qərbyönlüləri Ermənistandan kənarda axtarmalıyıq" .

Armen Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanın sərhədlərini tanımamaqda ittiham edib. Xatırladaq ki, rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir. Bütün bunlar Rusiya-Ermənistan münasibətlərində artıq geriyə dönüş olmayan bir həddə çatıldığını göstərir. Baş verənləri şərh edən "armenianreport" portalı yazır: "Qərbə arxalanırıq. Amma ölkəni Avropa İttifaqına çətin ki, qəbul etsinlər. Siz onilliklər boyu namizəd statusunda yaşaya bilərsiniz - Balkan ölkələrinin və ya Türkiyənin nümunəsi gözünüzün qabağındadır. Bundan əlavə, təəssüf ki, Şərq qonşumuzla həll olunmamış münaqişəmiz var. Azərbaycan bizdən Zəngəzur dəhlizinin açılmasını, eləcə də anklavların onun nəzarətinə keçməsini tələb edir. Bakı da Qarabağ uğrunda mübarizəni təsbit edən Ermənistan Konstitusiyasından bu halın çıxarılmasını istəyir. Bəli, regionda müharibə istisna deyil. Cənubi Qafqazın təpələri yenidən mərmi və raketlərin gurultusundan, pilotsuz təyyarələrin çığırtısından silkələnə, yer üzü yenidən qana boyana bilər... Beləliklə, biz Aİ-yə daxil olmaq istəyirik. Ötən gün spiker Alen Simonyan buna eyham vurub və "Qraparak" qəzetinin yazdığına görə, Paşinyan bu barədə tərəfdarları ilə danışıb. Bu, əlbəttə ki, yaxşıdır, lakin ilk növbədə, biz Avropaya inteqrasiya prosesləri ilə deyil, təhlükəsizlik məsələləri ilə məşğul olmalıyıq. KTMT məsələsi, məncə, müzakirəyə dəyməz. Burada hər şey aydındır. Rusiyanın xarici işlər naziri Lavrov bizdən "ortaq strukturlarda, o cümlədən KTMT-də iştirakla bağlı" cavab tələb edir. Düşünürəm ki, qocanın xahişini yerinə yetirməli, yollarımızın ondan ayrıldığını söyləməli və təşkilatımıza xoşbəxt gələcək arzulamalıyıq. Amma göz qabağındadır ki, Moskva bu məsələni belə buraxmayacaq. Və biz, bəlkə də, KTMT ilə vidalaşdıqdan sonra yaxın günlərdə Nerkin Hand kəndi ərazisində baş verənlər kimi sərhəddə vəziyyətin fəsadlarını gözləməliyik. Deməli, bir daha deyirəm, birinci həll edilməli olan məsələ təhlükəsizlik məsələsidir. Bizə yeni çətir lazımdır və o, NATO-nun çətiri olmalıdır. Politoloqlardan birinin dediyi kimi, Aİ təhlükəsizliyin təminatçısı deyil, Aİ təhlükəsizliyin istehlakçısıdır və bu təhlükəsizliyi NATO təmin edir. Bunu dolayısı ilə sərhəddəki Aİ missiyası da sübut edir: bəli, avropalıların durbinləri var, amma təəssüf ki, silah yoxdur. Sizə doğrusunu deyim, Avropaya inteqrasiya gözləyə bilər. Və hətta "bizsiz" də gözləyə bilər. İndi onlar bizim evimizə soxularkən bizim prioritetimiz Ermənistanın sərhədlərinin toxunulmazlığını təmin etmək olmalıdır. Ona görə də NATO ilə tərəfdaşlıq haqqında mümkün qədər tez bir zamanda birbaşa danışıqlara başlamaq düzgün olardı ki, bu da təkcə Silahlı Qüvvələrimizin yenidən silahlanması və yenidən hazırlanması proqramı deyil, həm də müəyyən müttəfiq öhdəlikləri ehtiva edir. Təəssüf ki, tək olduğumuz halda güclü ola bilmərik. Bizim geosiyasi rütbəmizi gücləndirməyin alternativi yoxdur. Şimali Atlantika Alyansı (hərbi mənada) və Aİ (siyasi mənada) ilə ittifaq olmadan bu nəticə verməyəcək. Amma yuxarıda yazdığım kimi, indiki tarixi məqamda hərbi əməkdaşlıq siyasi əməkdaşlıqdan qat-qat yüksəkdir. Bizim vəzifəmiz bu tufana tab gətirməkdir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ