Cümə axşamı günü, 05 noyabr 2026
     

Xaricdən idarə olunan “şəbəkə təxribatları” yenidən qızışıb...

Image


Azər Həsrət: "Bizdən minlərlə kilometr uzaqda olan Qərb dövlətlərindən, hətta okeanın o tayından Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri müşahidə edilir"

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən indiyə qədər müxtəlif Qərb təşkilatları, antiazərbaycan qüvvələr ölkəmizi hədəfə alıb, hər vasitədən istifadə edirlər ki, ölkə daxilində hansısa qarışıqlıq yaratsınlar. 

Həmin təşkilatlar öz cinayət əməllərini həyata keçirmək üçün əsasən yerli media vasitələrindən, qeyri-hökumət təşkilatlarından da istifadə etməyi unutmayıblar. Xarici qüvvələrlə əlaqədə şübhəli bilinən "Abzas media", "Toplum TV" və başqa onlar kimi media qurumlarının əməkdaşları, rəhbərləri müxtəlif ittihamlarla cinayət məsuliyyətinə cəlb ediliblər. Onlarla bağlı konkret ittihamların mövcud olduğu məlumdur. "Abzas media" işi üzrə bir neçə nəfərlə bağlı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaş Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

Məlum olduğu kimi, martın 6-da Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. "Toplum TV"-nin əməkdaşı  Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bundan əlavə, "Toplum TV" ilə bağlı işdə Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əhmədova qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci  (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb. Göründüyü kimi, həbs edilənlərin hər birinə qarşı irəli sürülən ittihamlar eynidir. 

Təbii ki, Qərb təşkilatları və Qərb mediası harayın ağzını başqa istiqamətə yönəltmək üçün cəfəng iddialar irəli sürür, bunu "söz azadlığının" boğulması kimi qələmə vermək istəyir. Amma müşahidələr də, ortada olan ittihamlar da onu deməyə əsas verir ki, bu media qurumlarının bəlli Qərb təşkilatları ilə əlaqələri olub. Fikrimizcə, qarşıdakı məhkəmə proseslərində tam olaraq bu məsələyə aydınlıq gətiriləcək. 

Müxtəlif Qərb təşkilatlarının Azərbaycanda xaos yaratmaq istədiyi aydındır və bu əyani şəkildə sübut olunur.   

Bəli, uzun illər ərzində Azərbaycanda şəbəkə vasitəsilə qarışıqlıq yaratmaq istəyən məlum xarici qüvvələr olub, amma təbii ki, onların cəhdləri tamamilə uğursuzluğa düçar olub. Mübağiləsiz deyə bilərik ki, Azərbaycan güclü dövlətdir və belə metodlarla, üsullarla daxili sabitliyə xələl gətirmək cəhdləri hər zaman iflasa uğrayıb. Hər cəhddə Qərb təşkilatlarının və onların əlaltılarının əli boşa çıxıb. İfşa olunublar, amma yenə də kor tutduğunu buraxmayan kimi, bunlar da Azərbaycandan əl çəkməyiblər. Deyildiyi kimi,  müəyyən medialar, QHT-lər, fondlar vasitəsilə Azərbaycanda daxili vəziyyəti pozmaq istəyiblər, amma hər zaman oxları daşa dəyib, özləri isə biabırcasına ifşa olunublar, onlarla əlbir olanlar isə aşkarlanaraq məsuliyyətə cəlb edilib.    

Xaricdən idarə olunan "şəbəkə təxribatları" son günlər yenidən qızışıb, yenidən özlərini göstərməyə başlayıblar, amma hər cəhdləri Azərbaycan dövləti tərəfindən dəf edilir. 

"Onların bütün təxribat cəhdləri iflasa uğrayacaq, necə ki, indiyə qədər uğrayıb" 

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə "Ümumiyyətlə, müstəqillik dövründə istisnasız olaraq bütün illərdə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq cəhdləri olub, bu gün də var. Özəlliklə də, qonşu dövlətlərdən, eyni zamanda bizdən minlərlə kilometr uzaqda olan Qərb dövlətlərindən, hətta okeanın o tayından Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri müşahidə edilir. Bu cəhdlər bir çox hallarda QHT-lər, ayrı-ayrı media qurumları, jurnalistləri, siyasi fəalları maliyələşdirmə yolu ilə həyata keçirilir. Bunu nəzərə alaraq bir neçə il əvvəl Azərbaycan dövləti gərəkli profilaktik tədbirlər gördü. Yəni xaricdən bu və ya digər şəkildə maliyyələşən şəxslərin və qurumların fəaliyyətinin şəffaflaşdırılması üçün gərəkli qanunlar qəbul edildi, qaydalar müəyyənləşdirildi. Nəticə etibarı ilə hər kəsə çağırış edildi ki, bütün qanuni fəaliyyətlər şəffaf şəkildə həyata keçirilsin. Ancaq təəssüflər olsun ki, bəlli bir kəsimə aid insanlar və onların rəhbərlik etdiyi təşkilatlar, hətta siyasi təşkilatlar bu şəffaflıq çağırışına məhəl qoymadılar. Bunlar Azərbaycan dövlətinin nəzarətindən yayınmaq üçün yeni üsullar "kəşf" etdilər. Təəssüflər olsun ki, həmin üsulların "kəşf" edilməsində, xüsusən də Qərbdən olan təşkilatlar fəallıq göstərdilər"-deyə bildirdi. 

A.Həsrətin sözlərinə görə, nəticə etibarı ilə ölkədə qanunçuluğun, insan haqlarının, media azadlığının, ifadə azadlığının uğrunda çarpışdığını iddia edən adamlar özləri qanunsuz maliyyə fəaliyyəti ilə məşğul oldular: "Bu gün də olmaqdadırlar. Təbiidir ki, belə bir durum dövləti narahat etməyə bilməzdi. Ona görə də həmin qurumlara və şəxslərə qarşı vaxtlı-vaxtında gərəkli tədbirlər görülür. Bu tədbirlər də görüləndə yenə də Qərbdə oturmuş qurumlar səs-səsə verib hay-küy salırlar ki, Azərbaycanda media azadlığı "boğuldu", nə bilim, vətəndaş cəmiyyətinə "hücum" var, guya "siyasi məhbuslar" varmış və sair. Amma bütün bunlar bizi bu yoldan çəkindirməməlidir. Dövlət bəyan edirsə ki, hər şey şəffaf, hər şey qanun çərçivəsində olmalıdır, hüquq, qanun uğrunda mücadilə etdiyini iddia edən adamlar niyə bundan qorxmalıdır, çəkinməlidir? O baxımdan düşünürəm ki, bütövlükdə bizim cəmiyyətimiz bu kimi məsələlərdə diqqətli olmalıdır".

A.Həsrət qeyd etdi ki, həmin Qərb təşkilatlarının bizim ölkəmizin daxilində hansısa təxribat həyata keçirmək cəhdləri yolverilməzdir və Azərbaycan dövləti buna qarşı barışmaz mövqe sərgiləyir. O qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi bütün təxribatların, xaos yaratmaq cəhdlərinin uğursuzluğa düçar olduğunu vurğulayan siyasi şərhçi hesab edir ki, bundan sonra da onlar heç nəyə nail ola bilməyəcəklər, çünki onların qarşısında güclü Azərbaycan dövləti dayanıb: "Onların bütün təxribat cəhdləri iflasa uğrayacaq, necə ki, indiyə qədər uğrayıb". 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ