Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərb tezliklə pul verməsə, Paşinyanı hakimiyyətə gətirənlər onu devirəcək...

Image


Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq haqqında bəyanatları və bu təşkilatı tənqid etməsi Qərb dövlətlərindən külli miqdarda pul qoparmaq üçün həyata keçirdiyi siyasi oyundur. Bu sözləri Avrasiya Tədqiqatlar Mərkəzinin rəhbəri, Belarusun tanınmış politoloqu Dmitri Belyakov deyib.

O bildirib ki, Paşinyana onu hakimiyyətə gətirən siyasi qruplarla hesablaşmaq üçün pul lazımdır: "Əks təqdirdə, onlar birləşərək Paşinyanı devirə bilərlər. Ermənistan iqtisadiyyatının zəif olması isə baş nazirə külli miqdarda pul əldə etmək imkanı vermir". Belyakov qeyd edib ki, Ermənistanın baş naziri KTMT-dən çıxmaq haqqında bəyanatlardan və tənqiddən başqa heç bir real addım atmayacaq. İrəvanda bunun nəticələrinin ağır olacağını çox yaxşı başa düşürlər. O diqqətə çatdırıb ki, Paşinyanın 2020-ci ildə Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar zamanı KTMT-nin Ermənistana yardım göstərmədiyini tənqid edərək irad bildirməsi tamamilə yersizdir. Çünki Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparıb və bu əməliyyatlara müdaxilə etmək üzv dövlətlər arasında imzalanan müqaviləyə zidd olardı: "KTMT Ermənistana heç bir kömək göstərə bilməzdi, çünki Azərbaycan hərbi əməliyyatları öz sərhədləri çərçivəsində həyata keçirirdi". Politoloq əlavə edib ki, təşkilatın sənədlərində bu məsələ öz əksini aydın şəkildə tapıb. Amerikalı politoloq Endrü Korıbko da qeyd edir ki, Azərbaycan ötən ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı ilə suverenliyini tam bərpa etdikdən sonra Rusiya-Ermənistan münasibətləri Nikol Paşinyanın düşmənçilik ritorikası ilə gərginləşib: "Çünki Paşinyan Rusiyanı ölkəsinin hərbi fiaskosunda günahlandırır. Bu bəhanə qısa müddət sonra Ermənistanın Qərbə tədricən qucaq açmasını sürətləndirmək üçün istifadə edildi. Paşinyanın ölkəsinin KTMT-də üzvlüyünü dondurmaqla bağlı son açıqlamaları onun əvvəl-axır blokdan çıxacağı mənasını daşıyır". Amma bunun əvəzində Paşinyan Qərbdən olan tərəfdaşlardan birbaşa maliyyə dəstəyi və təhlükəsizlik zəmanəti istəyir. Parlamentin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan Paşinyanın Qərbdən pul istəməsinin təsadüfi olmadığını qeyd edir. O bildirib ki, Ermənistanın KTMT-dən çıxması onun Avrasiya İttifaqına üzvlüyünə birbaşa təsir edəcək. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva erməni tərəfdaşların qarşılıqlı əsasda müxtəlif inteqrasiya strukturlarında Ermənistanı Rusiya ilə birləşdirən sazişləri necə həyata keçirmək niyyətində olduqları barədə qərar vermələrini istəyir. Abramyanın sözlərinə görə, Lavrov açıq şəkildə bildirib ki, əgər son vaxtlara qədər İrəvan manevr edir və ya buna cəhd edirdisə, deməli, qərar qəbul etməyin vaxtı çatıb və bunun nəticələri olacaq: "Ermənistan Rusiya ilə iqtisadi, siyasi, hərbi cəhətdən bir çətir altındadır. Əgər siz Rusiya ilə münasibətləri pisləşdirmək, KTMT üzvlüyündən çıxmaq və ya dondurmaq niyyətindəsinizsə, o zaman Aİİ-də heç nə olmayıb və hər şey qaydasındadır kimi davranmaq heç bir nəticə verməyəcək". Onun fikrincə, mövcud vəziyyət, İrəvan istəsə də, istəməsə də, Rusiya Federasiyası ilə iqtisadi münasibətlərə və Ermənistanın İttifaq üzvlüyünə birbaşa təsir edəcək. 

Deputat əmindir ki, Ermənistan hakimiyyəti Avrasiya İttifaqından çıxmaq niyyətində olmadığını göstərməyə çalışsa da, bunun nə ilə nəticələnəcəyini yaxşı başa düşür: "Bununla belə, Ermənistan rəhbərliyi Rusiya Federasiyası ilə münasibətləri ardıcıl olaraq pisləşdirir və vəziyyət o yerə çatıb ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri səviyyəsində birbaşa seçim etmək lazım olduğunu deyir, özü də və çox tez. Ermənistan hakimiyyətinin son anda görəcəyi işlər onların şantajdan keçib-keçməməsindən və ya vektoru dəyişməsindən asılıdır. İndi təkcə manevr və ya şantaj meydanı bağlanmır - Rusiya Ermənistan cəmiyyəti üçün prosesi aydınlaşdırmağa çalışır. Amma sərt hərəkətlər zamanı problemin nədən ibarət olduğu və əsas günahkarın kim olduğu aydın görünür". Hələlik isə Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərində gərginliyi artırmaqda davam edir. Rus ekspert Mixail Neyjmakov bildirir ki, Paşinyanın bəyanatlarının Moskva ilə İrəvan arasında dialoq üçün daha problemli fon yaratdığı göz qabağındadır: "Gələcəkdə çox şey, ilk növbədə, İrəvanın Qərb oyunçularından ala biləcəyi konkret dəstəkdən asılı olacaq. Praktikada bu dəstək o qədər də böyük olmazsa və Cənubi Qafqazda gərginlik artarsa, bəlkə də bu, İrəvan üçün Moskva ilə danışıqları intensivləşdirmək baxımından stimul olacaq. Qeyd etmək olar ki, Ermənistanın "paralel idxal" kanallarından biri kimi rolunu nəzərə alsaq, Rusiya üçün İrəvandan radikal şəkildə kəsilmək obyektiv olaraq sərfəli deyil. Lakin eyni səbəbdən belə boşluq İrəvan üçün də ciddi iqtisadi problemlər yaradacaq. Nikol Paşinyanın son bəyanatlarının motivi həm Qərb elitasını Ermənistanın hazırkı hökumətini daha fəal dəstəkləməyə sövq etmək, həm də 2024-cü ildə orada etiraz fəallığı güclənəcəyi təqdirdə ölkə daxilində müxalifətə daha intensiv təzyiq göstərmək niyyəti ilə bağlıdır". 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ