Cümə axşamı günü, 05 noyabr 2026
     

İrəvanın Kremlə qarşı gizli oyunları - maraqlı xəyanət sürprizi üzə çıxdı...

Image


Ermənistanın "Qraparak" nəşri iddia edir ki, baş nazir Nikol Paşinyan təmsil etdiyi "Vətəndaş müqaviləsi" partiyasının üzvlərini ölkənin xarici siyasətində dəyişiklik etməyə hazırlaşmağa çağırıb. 

Gizli görüş zamanı o, deputatlara və nazirlərə İrəvanın Avropa İttifaqına namizəd üzv olmağa çalışacağını bəyan edib. "Qraparak"a görə, Qərb İrəvandan Rusiya Federasiyasından uzaqlaşmağı və onu Cənubi Qafqazdan çıxarmağı tələb edir.

Nəşr bu fonda yazır: "Paşinyan açıq şəkildə bildirdi ki, Ermənistanın Qərbin tələblərini yerinə yetirməkdən başqa yolu yoxdur, çünki Rusiya bizdən üz döndərib". "Qraparak", həmçinin, parlamentin spikeri Alen Simonyanın sözlərinə istinad edir. Simonyan vurğulayır ki, Ermənistan Avropa İttifaqı üzvlüyünə namizəd olmağa və respublikanın təhlükəsizliyini təmin edən istiqamətdə irəliləməyə hazırdır. Bütün bunlara diqqət edən Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı isə olduqca maraqlı məqamlara nəzər salır: "Baş verənlər haqqında məlumatlar çatdıran "Qraparak" qəzeti Alen Simonyanın qaynanası Armina Ohanyana məxsusdur. Lakin bu media müxalif və sarı hesab olunur. Nə olursa olsun, "Qraparak" israr edir ki, Paşinyan respublikanın təhlükəsizliyini onun Avropa perspektivi ilə əlaqələndirir. Üstəlik, İrəvanın üzvlük üçün ərizəni 2024-cü ilin payızından gec olmayaraq təqdim edəcəyi bildirilir. Düzdür, baş nazirin komandası belə bir addımın düzgünlüyünə şübhə ilə yanaşır. Daha çox dəstək qazanmaq üçün Paşinyan ilk növbədə Konstitusiya referendumu keçirmək istəyir və bu referendum zamanı Ermənistan vətəndaşlarından yeni xarici siyasət kursunu dəstəkləmələri xahiş olunacaq. Qeyd edək ki, referendumda hökumətin istədiyi nəticəni əldə etməsi çətin olacaq. Bunun üçün bütün Ermənistan seçicilərinin 25%-nin yeni Konstitusiyaya səs verməsi lazımdır. Beləliklə, çox yüksək fəallığa ehtiyac var ki, bu da, hökumətin aşağı populyarlığını nəzərə alsaq, baş nazirə ancaq ziyan vuracaq. Bu arada, "Vətəndaş müqaviləsi"ndə Avropaya inteqrasiyanın əleyhdarları Paşinyana xəbərdarlıq ediblər ki, Moskva onun planlarından xəbər tutaraq, çevriliş etmək üçün müxalifətə dəstək verməyə cəhd edə bilər. Ümumilikdə, onlar təkid edirdilər ki, ölkədə ən azı bir sakit il olmalıdır ki, bu müddət ərzində baş verəcək hadisələri qiymətləndirmək mümkün olsun. Onların fikrincə, hələ də tələsmək üçün heç bir yer yoxdur, çünki KTMT üzvlüyünü donduran və Roma Statutunu qəbul edən İrəvan hələ də Qərb istiqamətində hərəkət edir. Bundan başqa, deputat Qurgen Arsenyan Ermənistan iqtisadiyyatının Rusiyadan yüksək asılılığı barədə uzun çıxış edib. Onun fikrincə, təkcə "Lars" keçidinin bağlanması respublikanı iflic vəziyyətinə sala bilər. Buna baxmayaraq, guya Paşinyan israr etməkdə davam edib ki, məsələ payızdan əvvəl həll olunmalıdır. Eyni zamanda o, Qərbin, Rusiyadan fərqli olaraq, Ermənistana təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu təkrarlayıb. 

"Nezavisimaya qazeta"ya müsahibə verən ekspertlər bildiriblər ki, "Qraparak"ın reputasiyası qəzetdə dərc olunanların kiminsə uydurması olmadığını tam əminliklə söyləməyə imkan vermir. Eyni zamanda onlar hesab edirlər ki, Paşinyan da buna bənzər nəsə fikirləşə bilərdi. Politoloq Tiqran Köçəryan deyib: "Paşinyan komandasının üzvlərinin ictimai bəyanatlarına əsaslansaq, o, hərtərəfli gediş gedir". O, Avropa İttifaqı ilə yaxınlaşa və Rusiyadan mümkün qədər uzaqlaşa bilər ki, Ermənistan əhalisinin dəstəyini almaq asan olsun. Hazırda sadə ermənilərin əksəriyyəti Paşinyanı dəstəkləmir və respublikanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün faydalarını başa düşür. Ola bilsin ki, ilk növbədə, hökumət ölkənin qoşulmama statusunu Konstitusiyada təsbit etməyə çalışacaq, sonra isə parlament seçkiləri keçirəcək, nəticədə "Vətəndaş müqaviləsi"nin başçılığı ilə tamamilə qərbyönlü koalisiya yaranacaq. Bununla paralel olaraq, məsələn, vizasız rejimin köməyi ilə erməniləri Avropa İttifaqının tərəfinə keçməyə razı salacaqlar. Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, KTMT üzvlüyünün dondurulması ilə paralel olaraq Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya ideyasını irəli sürəcəyi gözlənilir. Üstəlik, Paşinyanın komandası əvvəlcə Rusiyanın himayəsində olan bütün alyanslara kifayət qədər şübhə ilə yanaşırdı: "İndi onlar üçün ölkənin üzünü Qərbə çevirmək baxımından çox əlverişli məqamdır. Rusiya ilə münasibətlərin pozulması fonunda yaranan risqlər Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsini narahat edir. Aİ-yə daxil olmaq və "vizasız" olmaq perspektivi vətəndaşların diqqətini təhlükəsizlik və iqtisadiyyat sahəsindəki problemlərdən yayındıra bilər", - Xalatyan bildirib. Eyni zamanda ekspert Ermənistanın tezliklə Avropa İttifaqına qəbul olunacağına da şübhə ilə yanaşır. "Bu, çox güman ki, Avropaya inteqrasiya kursunu təyin edən və ciddi problemlərlə üzləşmiş, lakin heç vaxt Aİ-yə daxil olmayan digər keçmiş sovet respublikalarının taleyini təkrarlayacaq", - Xalatyan proqnozlaşdırır". 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ