Cümə axşamı günü, 05 noyabr 2026
     

Azad ərazilərimizdə saxta erməni toponimçiliyinin kökü kəsilir...

Image


Azərbaycançılıq ideyası xalq və dövlət olaraq bizi birlışdirən, bütövləşdirən bir dəyərdir.   Bu gün həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan azərbaycanlılar bu dəyərin işığında milli məfkurəmizi yaşadırlar.

Azərbaycançılıq ideyasını əsas strateji xətti olaraq qəbul edən Azərbaycan dövləti işğal altında olan torpaqlarımızı azad edərək bütün ərazilərimizdə suverenliyimizi təmin edib. 

Bildiyimiz kimi, torpaqlarımız 30 ilə yaxın bir dövr ərzində Ermənistanın işğalı altında olub və bu zaman ermənilər bütün kəndlərimizin, şəhərlərimizin adlarını dəyişdiriblər, toponimlərimizi saxtalaşdırıblar. Erməni işğalı dövründə Azərbaycan Milli Məclisinin bir absurd qərarı ilə statusu ləğv edilən Ağdərə rayonuna sonradan ermənilər eybəcər bir ad da qoşdular. Ağdərə işğaldan azad ediləndən sonra isə Ağdərə rayonu inzibati ərazi vahidi olaraq yenidən yaradıldı.      

Bildiyimiz kimi, Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatını yenidən hazırlayıb.

Milli toponimlərin bərpası və azərbaycançılıq... 

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunandan sonra onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. 1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olundu. 

Yeni rayonun mərkəzinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə şəhərinin olması qərara alındı. 27 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyev Azərbaycanın Ağdərə rayonunun yaradılması haqqında qanun imzaladı.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qaytarılıb. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Qeyd edildiyi kimi, İnzibati Ərazi Bölgüsü Təsnifatına əsasən, hazırda işğaldan azad edilmiş Ağdərə rayonunda 1 şəhər, 1 qəsəbə və 57 kənd var.

Inzibati Ərazi bölgüsü bu  cür təsnifatlandırılıb: Ağdərə şəhəri, Şıxarx qəsəbəsi, Ağabəyyalı, 

Aşağı Oratağ, DəmirliZ, Qasapet, Baş Güneypəyə,

Canyataq, Gülyataq, Çardaqlı, Lüləsaz, Meqrelalay,  

Çaylı, Suqovuşan, Təpəkənd, Çərəktar, 

Çıldıran, Dəvədaşı, Mehmana, Dovşanlı, Bazarkənd, 

Hayad, Heyvalı, Yayıcı, Həsənqaya, Çiləbürt, 

Göyarx, Maralyansarov, Həsənriz, Xatınbəyli, İmarət Qərvənd, Çaparz, Zardaxaç, Kiçik Qarabəy, Kolatağ, Damğalı, Qızılqaya, Yuxarı Oratağ, 

Qızıloba, Seysulanz, Yarımca, Qozlu, 

Qozlukörpü, Məlikli, Qazançı, 

Narınclar, Orta Güneypəyə, Sırxavənd, 

Ballıqaya, Bəşirlər, Qaraşlar, Talış, 

Ulu Qarabəy, Umudlu, Zəylik, Vəngli, Çormanlı, 

Şahmansurlu və Yeni Qaralar kəndləri. 

Ağdərənin statusunun, adının bərpası, rayonun yenidən təşkili, kəndlərin adlarının özlərinə qaytarılması, ermənizmdən xilas və sair bir azərbaycançılıq işidir. Bu yurd adlarının bərpası Azərbaycançılıq ideyasının örnəyi kimi diqqəti cəlb edir. 

Ekspertlər qeyd edirlər ki, ermənilər tərəfindən saxtalaşdırılam toponimlərin adlarının yenidən bərpası müsbət haldır və bu bir daha o torpaqların Azərbaycan xalqına mənsubluğunu təsdiqləyir.

"...Rayon ərazisində kəndlərin adlarının dəyişdirilməsi mütəmadi hal almışdı" 

Ağdərənin keçmişindən və bu günündən danışan AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev "Bakı-Xəbər"ə "XIX əsrin əvvəllərindən ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə bölgədə stabillik pozulmuş, insanların sosial-rifah halı pisləşmiş, azərbaycanlıların dədə-baba torpaqlarından qovulması siyasəti yeridilmişdir ki, bununla da həmişə xalqımız olmazın əzablara düçar olub. Erməniərin daha çox köçürüldüyü ərazilərdən biri əsasən Qarabağın dağlıq hissəsi, Qərbi Azərbaycan əraziləri olub. Bölgədə XX əsrin əvvəllərindən etibarən ermənilər super güclərin köməyindən istifadə edərək terror, qətliam, soyqırım törətməklə özləri üçün dövlət yaratmaq siyasəti yeritmişlər. Yuxarı Qarabağda 1918-1919-cu illərdə ermənilər tərəfindən çoxlu kəndlərimiz yandırılmış, əhalisi didərgin düşmüş, onların məskun olduqları torpaqları isə mənimsəmişdilər. Həmin dövrün siyasi mənzərəsini təsəvvür etmək üçün aparılan bölgü siyasətinə baxmaq məqsədə uyğun olardı. Sonrakı münaqişələrə əsas olmaq etibarilə 1923-cü ildə bu dövrə qədərki inzibati-ərazi bölgüsü kobudcasına pozulmuş və qəbul edilən qəraraa görə Cavanşir, Qaryagin və Şuşa qəzalarının əraziləri bölünərək Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı"-deyə bildirdi.

Ə.Mustafayevin bildiridiyinə görə, 1924-cü il noyabrın 26-da azərbaycan, erməni və rus dillərində mətbuatda dərc edilən "DQMV haqqında Əsasnamə"də göstərilirdi ki, Şuşa qəzasından Şuşa, Xankəndi və 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, DQMV-yə verilmişdir. "Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilirdi. Lakin 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib S.Şaumyanın şərəfinə "Stepanakert" adlandırıldı. Həmin vaxtdan etibarən tarixi toponimlərə qarşı düşmən münasibət bəsləyən ermənilər kəndlərin adlarını dəyşərək erməniləşdirməyə başladılar. İlk növbədə "Dağlıq Qarabağın" şimal hissəsində yerləşən Ağdərə rayonun adının ermənilər tərəfindən Cerabert, 1939-cu il avqustun 17-də Cerabert rayonunun ərazisinin Mardagert adlandırılması, həmçinin rayon ərazisində kəndlərin adlarının dəyişdirilməsi mütəmadi hal almışdır"-deyə şöbə müdiri bildirdi. 

"...Antiterror əməliyyatı nəticəsində bölgədə separatizmə son qoyuldu" 

"Ağdərə bir şəhər, 57 kəndi və bir qəsəbəsi olan ərazidən ibarətdir. O cümlədən qeyd etdiyimiz  bir qəsəbə haqqında deyə bilərik ki,  ermənilər İrandan köçürülərək gəldikləri yerin adı ilə bu qəsəbə əvvəlcə Marağa, daha sonra Leninavan adlandırılmışdır. Hətta, 1978-ci ildə ermənilərin bölgəyə köçürülməsini əks etdirən Abidə qoyulmuşdur. Lakin 1985-ci ildə bölgədə separatizmin baş qaldırmasına hazırlıq zamanı bu izi itirmək üçün abidənin sökülməsinin şahidi olduq. Təkcə Ağdərə rayonunda adı dəyişdirilən kənd adlarının bir neçəsinə münasibət bildirək . Həsəniz kəndi sonralar Aterk adlandırılmışdır. "Qozlu körpü" adlanan kənd "Getavan", "Qızıl qaya" "Heyvalı -Dronbon" kəndi, (bu kəndin adı 1905-1906-cı illərdə erməni Dronun adı ilə bağlıdır. Dro Heyvalıda Umudlu kəndinin soyqırımını təşkil edənlərdəndir ) "Yayıcı -Qızıl qaya", "Qozlu dərə - Vaquas", "Dovşanlı-Arçadazor", "Ağabəyli-Ağabeklanç", "Çardaxlı-Mağavuz", "Suqovuşan-Madagiz", "Ulu Qarabəy-Metsşen" adlandırılmışdır. Ermənilərin Ağdərədə "Akop Kamari" adlandırdıqlarıaa kənd sonradan salınmışdır. 1920-ci ildə Şuşa gizli bolşevik komitəsində olmuş Akopun adı ilə adlandırılmışdır. Yuxarıda sadaladığımız kəndlərin əksəriyyətinin Sovet hakimiyyəti dövründə dəyişdirildiyi haqqında məlumatlar vardır. Ağdərə ərazisində daha bir kəndə Menqrelski adı verilmişdir. Menqrelski kəndinə isə ruslar köçürülmüşdü. pravoslav kilsəsi tikilməsi üçün 1905-ci ildə Cəbrayıl qəzasının Karyagin kəndindəki Muncuqlu ərazisində və 1910-cu ildə Cavanşir qəzasının Minqrel kəndində torpaq sahələri ayrıldı. 

1992-ci ildən Ağdərə rayonu öz keçmiş adı bərpa olunsa da, ermənilər keçən dövr ərzində bölgədə tarixi adlar daşıyan hər şeyi məhv etmiş, əsl vandalizm siyasəti, bütün mənalarda soyqırım həyata keçirmişlər. Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 2020- ci il həyata keçirilən 44 günlük Zəfər Tariximiz  və 2023-cü il sentyaabrın 19-da 23 saatlıq antiterror əməliyyatı  nəticəsində bölgədə separatizmə son qoyuldu. Həmçinin o rayonun əhalisinin çoxdan gözlədiyi rayonun bərpası məsələsi Cənab Prezident tərəfindən reallaşdırıldı" - deyə Ə.Mustafayev vurğuladı.

Bu gün toponimlərin bərpa edilməsinin mühüm hadisə olduğunu deyən şöbə müdiri əlavə etdi ki, bununla da ərazilərimiz yad, yabançı, qondarma adlardan xilas edildi. 

Sözsüz ki, milli adların bərpası gerçək bir azərbaycançılıq hadisəsidir. Artıq yeni nəslin yaddaşında ulu babalarımızın qoyduğu adlar yaşayacaq, onların milli qan yaddaşını formalaşdıracaq. Gördüyümüz kimi, nə qədər kənd adaları ermənilər tərəfindən saxtalaşdırmaya məruz qalıbmış, amma bu gün onlar yenidən bərpa edildilər. Ağdərə tarixi Azərbaycan şəhəridir və bu gün də azərbaycançılığın yaşadıldığı bir ərazimizdir. Heç şübhəsiz, ağdərəlilər öz yurdlarına qayıtdıqdan sonra bu ulu adlara daha yaxından sahib çıxacaq və onları qoruyacaq. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ