Cümə axşamı günü, 05 noyabr 2026
     

Erməni mediası Zahid Orucdan yazdı

Image


Zahid Oruc: "Erməni saytlarında, erməni kanallarında, başqa informasiya seqmentlərində mənim açıqlamamı təhrif edərək..."

Erməni mediası Azərbaycan Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun  Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlılarla bağlı səsləndirdiyi fikri belə qələmə verib ki, guya azərbaycanlılar həm Rusiya, həm də Ukrayna tərəfdə "rəsmi qərar əsasında" döyüşür. 

Ermənistan mətbuatı yazır ki, Z.Oruc Ukraynada azərbaycanlıların Rusiyaya qarşı vuruşduğunu etiraf edib. İddia edirlər ki, hətta buna dair rəsmi məlumatlar da açıqlanıb.

Erməni mediası hətta azərbaycanlıları "muzdlu" kimi də qələmə verməyindən qalmayıb. Yazdıqlarına görə, Rusiya Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Kiyev rejimi xarici muzdlulardan "top yemi" kimi istifadə edir. "Pul üçün döyüşməyə gələnlər etiraf edirlər ki, Ukrayna hərbçiləri öz hərəkətlərini zəif əlaqələndirirlər və döyüşlərdə sağ çıxmaq şansları aşağıdır"-deyə yazırlar. 

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Orucun fikrlərinin "rəsmi tərəf" kimi təqdim edilməsi diqqətimizi çəkdi və Z.Orucla əlaqə saxladıq. 

"...Burada bizim açıqlamamızın "kiminsə tərəfindən döyüşməyə rəsmi qərar verilibdir" səviyyəsində tövsif edilməsi, şərh olunması yolverilməzdir" 

Z.Oruc "Bakı-Xəbər"ə bildirdi ki, onun açıqlamasının rəsmi qərar kimi qələmə verilməsi yolverilməzdir. "Dünən (5 mart-İ.S) insan hüquqları üzrə müvəkkilin illik məruzəsi üzrə parlamentdə aparılan müzakirələr zamanı profil komitə olaraq mənim tərəfimdən bu məsələ ilə bağlı ayrıca məruzə edildi. Onun tərkibində bir neçə mühüm məsələyə yer ayrılmışdı və vacib problemlərdən biri kimi, ombudsmanın məruzəsində İraq və Suriyadan ölkəmizə qaytarılan 469 qadın və uşaqla bağlı, eyni zamanda onların yerləşdirilməsi, psixoloji reabilitasiyası və gələcəklərinə dair əksini tapmış fikirlər üzərindən məsələyə daha geniş kontekstdə yanaşmağı təqdim etməyə çalışmışam. Fikrimcə, hər birimiz onu müşahidə edirik ki, bu gün qlobal dünyada, qlobal məkanda artıq müharibələr dövlətlərarası xarakterdə deyil, gerçəkdən də daha çox dövlətlərin, daha çox coğrafiyaların bu proseslərə qoşulduğu bir şəraitdə gedir. Əgər biz Suriya və İraqda baxırdıqsa, orada qara bayraqlar altında əvvəl İŞİD və onun çevrəsində digər müxtəlif örgütlər xaotik bir formada biri digərinə qarşı, vaxtilə Tomas Hobbesin dediyi "hamının hamıya qarşı savaşı" kimi bir mənzərəni yaradırdılar. Təəssüflər olsun ki, "cənnət axtarışında" Azərbaycandan da çoxlu sayda övladlarımız, vətəndaşlarımız gedib o müharibələrə qatılırdılar. Bunun sırasında ikinci ağrılı cəhət ailələrini, övladlarını da özləri ilə çoxsaylı aparanların olması idi ki, bunlar da artıq rəsmi sənədlərdə öz əksini tapıb. Sizə xatırlatmaq istəyirəm ki, dövlət təhlükəsizlik orqanları o dövrdə Suriya məkanına gedən gənclərin sayının 1000-ə qədər olduğunu göstərmişdi. Razılaşın ki, biz o vaxt hələ Qarabağ savaşının,  Vətən müharibəsinin olmadığı və hər an bunun gözlənildiyi, hər bir nəfər Azərbaycan insanına ehtiyacımızın olduğu, döyüşçülərimizin, cəngavər oğullarımızın bu savaşı düşmənə qarşı göstərməli olduğu şəraitdə biz görürdük ki, müxtəlif adlar altında hansısa dini cərəyanlar, məzhəblər çərçivəsində onların həyatı itirilir, ailə faciələri yaşanır. O dövrdə parlament məcbur olaraq qanunvericilik sistemində sərtləşməyə getdi. Bu fəaliyyətləri terror birləşmələrində iştirak və vətəndaşlıqdan məhrumetmə kimi ən sərt qərarla yekunlaşdırdı. Artıq bu, hüquq sistemimizin tərkib hissəsidir. Amma ondan sonrakı dövr belə bir hüquqi kolleziya yarandı. Biz indi bunun gerçəkliyini Rusiya-Ukrayna savaşında gördük. Belə çıxır ki, hər hansı bir üsyançı terror hərbi birləşmələrində iştirak  ciddi bir cinayət əməlidir və hətta dediyimiz kimi, o insanlar ölkəyə buraxılmırlar, vətəndaşlığı itirirlər, ancaq nizami ordu birləşmələrində, tutalım ki, Rusiya və ya Ukrayna tərəfdən döyüşərkən bu məsələ hüquqi cəhətdən tənzimlənmir. Mənim dünənki çıxışımın mətninə diqqət etsəniz bu məsələlər var. Bu problemə vurğu edirəm ki, gözümüzün qarşısında həmin iki ölkədə yaşayan, orada çalışan, vətəndaşlıq alanlar deyil, məhz bizim vətəndaşların o müharibəyə qatılması və nəticə etibarı ilə sanki səngərdə həm də iki azərbaycanlının bir-birinə qarşı fərqli dövlətlərin bayrağı, hərbi hissəsi, komandanlığı altında döyüşməsi və hətta bəlkə bir-birini öldürməsi mənzərəsidir. Gəlin razılaşaq ki, qətiyyən məqbul sayılacaq bir hadisə deyil. Kimsə onu öz evindən, ailəsindən görmürsə bəlkə də bu problemi bir qədər uzaq saya bilər.  20-dən çox şəxsin həyatını itirdiyi və gətirilib Azərbaycanda dəfn olunduğuna dair hadisələri görmüşük. Bu dəfn bir sıra hallarda o qədər sakit, cəmiyyətin də laqeyd baxışı altında keçib. Hər birimiz buna çağırış etməliyik ki, o oğullar bizə lazımdır. Hüquqi baxımdan da bu məsələyə mütləq münasibət bildirilməlidir. Ən sərt tədbirlər görülməsə, bu proses daha da genişlənə bilər və Rusiya ətrafında o qlobal savaşın genişlənəcəyi təhlükəni görürük, bir çox dövlətlərdən qopub bu ərazilərə gələn legioner dəstələr, qüvvələr var. Səbəbləri də müxtəlifdir - kimi maddi, kimi ideoloji-siyasi baxımdan, yaxud sadəcə hansısa tələlərə düşüb məcburən qoşulub iştirak edirlər. O üzdən erməni saytlarında, erməni kanallarında, başqa informasiya seqmentlərində mənim açıqlamamı təhrif edərək onu Ukraynaya, yaxud Rusiyaya qarşı Azərbaycan dövlətinin verdiyi qərarla kimlərinsə döyüşdüyü kimi qələmə vermələri, bunu dövlətin adına yazmaları və ondan  siyasi bir yarar gözləmələri qəti şəkildə nəticə verəcək addımlar deyil.  Sizinlə danışdığımız anda Rusiya hökumətinin rəhbəri ölkəmizdə səfərdədir. O biri yanda Ukrayna ilə münasibətlərilə bağlı  da Münhen Təhlükəsizlik sammitində ölkə başçısının görüşünü xatırlada bilərik. Azərbaycan prinsipal olaraq ərazi bütövlüyünə münasibətdə Ukraynanın keçmiş və indiki hakimiyyətlərindən fərqli olaraq özünün mövqeyini, dövlət kursunu beynəlxalq təhlükəsizlik sistemi üçün fundamental təməl prinsiplərini daim   bəyan edib. Ona görə də, burada bizim açıqlamamızın "kiminsə tərəfindən döyüşməyə rəsmi qərar verilibdir" səviyyəsində tövsif edilməsi, şərh olunması yolverilməzdir. Bunu qəti bir şəkildə pisləyirik, qəbul etmirik. Faktdır ki, Ermənistan bu cür məsələlərdə manevr etməyə çalışır, gah özünü Ukraynapərəst göstərir və guya hansısa qüvvələr gedib orada məhz buna görə döyüşür, sonra Rusiya ilə münasibətlər nisbətən normallaşanda ayrı addımlar atırlar. Amma Azərbaycan dövlətinin bu məsələyə münasibətdə sabit xətti var..." 

Z.Oruc əlavə etdi ki, Azərbaycan Kosovoda, İraqda sülhməramlı aksiyalarda iştirak edib və bu, başqa rəsmi addımlar olub. "Dövlət bununla bağlı parlamentin xüsusi bir qərarı vasitəsilə də irəli gedən addımlar atıb. Ancaq bizim indiki halda hərbi neytrallığımıza, bu savaşa siyasi vasitəçi olmaq mövqeyimizi qardaş Türkiyə ilə birlikdə dəfələrlə göstərməyimizə baxmayaraq, oğullarımızın gedib qarşı duran səngərlərdə bir-birini məhv etməsini, qətlə yetirməsini, yaralamasını əsla istəmirik, bu, milli genofondumuza itki sayılır"-deyə millət vəkili qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ