Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanın yeganə xilas yolu Azərbaycandan keçir...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın əleyhinə danışaraq ölkəni Qərbə yox, Türkiyənin qucağına aparır. Bu fikirləri TASS-a müsahibəsində Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib: 

"Ermənistan KTMT-dən çıxsa və ya Rusiya ilə münasibətləri kəsərsə, alternativ Qərb deyil, Türkiyə olacaq. Türkiyə bu regionda Qərbin maraqlarını təmsil edir, bunu Avropa İttıfaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da bildirib. Paşinyan yalan danışır, regionda Rusiyaya alternativ Qərb deyil, Türkiyədir".

Şarmazanovun sözlərinə görə, Ermənistan hakimiyyətinin bəyanatları elə səslənir ki, sanki ölkə ilə Rusiya savaş aparır: "Rusiya Federasiyası bizim müttəfiqimiz olmaqdan çıxdığı anda biz Türkiyənin vassalı olacağıq, türklərin xidmətçisi olacağıq". Erməni şərhçi Naira Vanyan da hadisələrə bu prizmadan yanaşır: "Avropanın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq cəhdləri hər gün daha da sürətlənir, çünki Nikol Paşinyan və komandası bu layihədə fəal iştirak edir. Avropalılarla hər rəsmi görüşdən sonra onun ritorikası daha dağıdıcı və təhlükəli olur. Bu, təbii ki, Ermənistan üçün nəticəsiz qalmayacaq. Paşinyan Ermənistanı yeni müharibəyə sürükləyir, geosiyasi güclərin davasına qarışır. O, Zelenskinin yolu ilə gedir, Ermənistanı isə ukraynalaşdırır. Lakin əgər Ukrayna coğrafi mövqeyinə görə Rusiya ilə müharibədə Avropadan silah almaq imkanına malikdirsə, o silahlar Ermənistana necə çatacaq? Çünki iki qonşumuz olan Türkiyə və Azərbaycan düşməndir, digər qonşumuz İranla münasibətlər gərginləşib, Gürcüstan isə Bakı və Ankara ilə işləyir. Ermənistan Azərbaycan və Türkiyə ilə hərbi qarşıdurmaya gedirsə, Avropa Ermənistana silah göndərmək istəyəcəkmi? Birmənalı olaraq yox, çünki Avropa Ermənistanı Türkiyəyə hədiyyə edir. Türkiyə Avropanın bu bölgədəki rəsmi nümayəndəsidir. Antalya Diplomatiya Forumunda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dedikləri də bunu təsdiqlədi. Əslində Klaar artıq Rusiyanın regiondan çıxarılması vəzifəsini tamamlanmış hesab edir və onun yerinə Türkiyənin regionda əsas oyunçu olduğunu açıqlayır. Yəni Ermənistan Türkiyə-Azərbaycan tandemi qarşısında tək qalır. Bu isə o deməkdir ki, Ermənistan bir dövlət olaraq məhv olacaq və Ermənistan ərazisi Böyük Turan yoluna çevriləcək". Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Armen Rüstəmyanın açılamaları isə daha çox diqqət cəlb edir: "Ermənistan hakimiyyətinin nümayəndələrinin müşahidələri belə nəticəyə gəlir ki, Ermənistan tərəfi Azərbaycanın bütün tələblərini təmin etmək üçün hər şeyi etməyə çalışır ki, müharibə olmasın. Belə çıxır ki, təhlükəsizliyimizin yeganə təminatçısı Bakıdır. Bu oyun qaydası Ermənistan hökuməti tərəfindən də qəbul edilib". Erməni deputat vurğulayıb ki, Ermənistan hakimiyyətinin qəbul etdiyi siyasət vəziyyəti daha da çətinləşdirəcək: "Bu, vəziyyəti daha da çətinləşdirəcək. Sanki bizim vəziyyətimiz çox yaxşı idi, indi də Rusiya-Ukrayna müharibəsinin səhnəsinə çevriləcəyik. Bu olacaq".

Ekspertlər də hesab edir ki, Azərbaycanla münasibətləri normallaşdıracağı halda Ermənistan yeni geosiyasi toqquşma məkanına çevrilmək risqindən xilas ola bilər. Buna qədər isə ölkə daha təhlükəli duruma düşəcək. Xüsusən də Rusiya ilə gərginləşən münasibətlər fonunda. Hazırda Rusiya ilə Ermənistan arasında rəsmi, siyasi, diplomatik söz savaşı davam edir. Bu fonda erməniəsilli Rusiya vətəndaşı, jurnalist Marqarita Simonyan bildirib ki, erməni gəncliyi Nikol Paşinyan hakimiyyətinin ölkəni məhvə apardığını bilməlidir: "Gənclik və yaşlı sakinlər onu dəstəkləməyə davam etdirsə, Ermənistan tamamilə məhv olacaq". Erməni politoloq Qaqik Arutyunyan da vurğulayır ki, hakimiyyətin indiki gedişləri ölkəni məhvə sürükləyir: "Məsələn, Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı hakimiyyətin addımı dövlət maraqlarına uyğun deyil. Çünki ruslar Ermənistan-Türkiyə sərhədini daha yaxşı qoruyur. Bu məsələyə Ermənistanın təhlükəsizliyi nöqteyi-nəzərindən baxmalıyıq. Rus sərhədçilərin Ermənistandan çıxarılması indiki satqın hakimiyyətin həyata keçirdiyi böyük geosiyasi layihədir. Aydındır ki, Ermənistan hökumətinin məqsədi Rusiyanı bu bölgədən çıxarıb Türkiyəyə qucaq açmaqdır. İndi Rusiyanın Ukrayna cəbhəsindəki işləri uğurla gedir. Buna baxmayaraq, Moskva narahatdır və ona görə də burada ikinci cəbhə açmağı düşünür. Təbii ki, bütün bunlar sərhədlərimizdə fəlakətli vəziyyət yaradacaq. Odur ki, çalışmalıyıq Türkiyə ilə sərhədimizi məhz rus sərhədçiləri qorusun". Politoloqun fikrincə, Rusiya sərhədçiləri geri çəkilsə və Ermənistan-Türkiyə sərhədi nəzarətsiz qalsa, Ermənistan bir müddət sonra Qərbi Azərbaycana çevriləcək: "Ermənistan tərəfi başa düşsəydi ki, sərhədi qoruya bilər, Rusiya sərhədçiləri heç vaxt orada peyda olmazdı. Amma Ermənistan Respublikasının təhlükəsizliyinin əsas təminatçısı ruslardır. Bunu əvvəl-axır Nikol hökuməti başa düşməlidir. Geosiyasi baxımdan bu gün biz öz kimliyimizi qorumaq imkanını və Ermənistan-Rusiya münasibətlərinin qurulduğu təməlləri məhv edirik. Bu, Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşən daha bir millətçi addımdır. Mən başa düşə bilmirəm, əgər Ermənistanın lideri Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edirsə, onda Rusiya sülhməramlısı nə edə bilərdi? Ona görə də hər hansı bir addım atmazdan əvvəl çox düşünmək lazımdır". 

İndilikdə görünən odur ki, Ermənistan getdikcə daha ağır duruma düşür. Amma Azərbaycanla münasibətlər normallaşsa, durum tamamilə dəyişə bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ