Cümə axşamı günü, 05 noyabr 2026
     

Qarabağda erməni yox, alban kilsələri var - separatçılardan təzə böhtan...

Image


Faiq İsmayılov: "Harda qanunsuz tikili varsa hamısı sökülməlidir"

Azərbaycan ərazisi müxtəlif çağların ab-havasını, memarlıq quruluşunu ifadə edən abidələrlə zəngindir. Bizim ərazilərdə xristianlıqdan əvvəl və sonrakı zamanın yadigarı olan abidələr türk ulusunun ruhunu özündə daşıyır. Bu abidələrin hər biri Azərbaycan xalqının əcdadlarının nişanələridir. 

Azad ərazilərdəki bütün qədim kilsələr, monastırlar, sövmələr və sair hamısı  alban xristianlıq çağının örnəkləridir. Təəssüflər olsun ki, bu ərazilər uzun illər işğalda qaldığı üçün alban abidələrinə qarşı əsassız olaraq erməni iddiaları ortaya çıxıb. Onlar bu abidələrin memarlıq quruluşunu dəyişdirməklə, üzərinə xaçkarlar düzməklə və adlarını dəyişdirməklə onları "erməni kilsəsi" kimi qələmə verməyə çalışmaqla yanaşı, həm də ərazilərimiz işğalda olduğu dövrdə orada müxtəlif qondarma adlar altında yeni kilsələr tikiblər. Allahın evi olanda nə olar ki, onu özünə aid olmayan torpaqda tikmək günahdır. Bizim ərazilərdə heç bir qədim erməni kilsəsi yoxdur, bu şəksizdir.

Azərbaycan torpaqları işğal altında olduğu illərdə ermənilər Qriqoryan kilsəsinin və xaricdəki bəzi dini təşkilatların havadarlığı ilə qanunsuz olaraq Qarabağ ərazində bir neçə kilsə tikib, bu azmış kimi, o kilsələri "qədim kilsə" kimi təbliğ etməkdən də çəkinməyiblər. Uzun illər bu kilsələrdən Azərbaycana qarşı çirkin niyyətlər üçün istifadə ediblər, keşişlər belə əlinə silah götürüb bizə qarşı döyüşüblər. Son zamanlar ermənilər və onların havadarları tez-tez Qarabağda "erməni kilsəsi" olması iddiası ilə çıxış edirlər, bu absurd məsələni hətta Avroparlamentə qədər daşıyıb apara biliblər. Erməni yalanları hər yerə ayaq açıb. Bizə qarşı qondarma kilsə iddiaları ilə çıxış edən ermənilər bu qondarma siyahılarına yeni bir kilsə də əlavə ediblər.  Bir vaxtlar Şuşadakı Qazançı kilsəsindən yapışmışdılar, tez-tez dezinformasiya yayırdılar ki, guya o kilsə hansısa təhlükə ilə üzləşib və sair. Sonra araşdırıb üzə çıxardıq ki, Qazançı kilsəsinin ermənilərlə heç bir tarixi əlaqəsi yoxdur, sadəcə ermənilər Şuşanı işağlda saxladıqları dövrdə bu kilsəyə də yiyələniblər. Təbii ki, müvəqqəti. Özgə atına minən tez düşər. Necə ki, onlar işğal etdikləri torpaqlarımızdan çıxıb getdilər.

İndi də iddia edirlər ki, guya Xankəndidə  2019-cu ildə II Qareginin iştirakı ilə  təqdis olunan "Müqəddəs Məryəm ana" kilsəsi Azərbaycanın "vandalizminə" "məruz qalıb". Guya biz bu kilsəni hədəfə almışıq. Azərbaycan abidələrini məhv edərkən, yer üzündən silərkən 14 may 1954-cü ildə qəbul olunmuş Haaqa Konvensiyasının müvafiq bəndlərini heç yada salmayan, onu kağız parçası kimi tapdayıb kənara atan ermənilərin indi yadına Haaqa Konvensiyası düşüb. Çox nahaq. Azərbaycan vandallıq etsəydi Bakının mərkəzində erməni kilsəsini saxlamazdı. Xankəndi Azərbaycan dövlətinin ayrılmaz parçasıdır və orada nəyi necə etmək də dövlətimizin səlahiyyətində olan işdir. Azərbaycanda indiyə qədər heç bir xalqın, dinin abidəsinə, dini dəyərlərinə, kilsəsinə, sinaqoquna qarşı heç bir mənfi addım atılmayıb. Buna misal çoxdur, amma biz yenə də Bakının mərkəzindəki erməni kilsəsini vurğulamaq istəyirik, dünya baxıb görsün, o kilsədən bir kərpic belə düşməyib. 

"Bütün dünya qəbul etməlidir ki, Qarabağda heç bir qədim erməni kilsəsi yoxdur, bu gün olanlar isə Azərbaycan əraziləri işğalda olduğu dövrlərdə qanunsuz olaraq tikilib" 

Ermənilərin bu iddiasına AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılovun fikirlərini də öyrəndik. F.İsmayılov "Bakı-Xəbər"ə bildirdi ki, ermənilər işğal dövründə təkcə Xankəndi şəhərində üç erməni kilsəsi tikib. Bu erməni kilsələri Azərbaycan dövlətinin razılığı olmadan qanunsuz tikilib. Bu mənada ki, o kilsələr   işğal dövründə inşa edilib, bu da beynəlxalq qanunvericiliyə ziddir. Azərbaycan qanunlarına görə, qanunsuz inşa edilən tikililər sökülməlidir. Ermənilərin "Müqəddəs Məryəm ana" adı verdiyi bu kilsə haqda iddialara gəlincə, bu kilsə də qanunsuz tikililərdən biridir. Bir faktı yadınıza salım ki, ermənilər Qarabağ ərazisində 500-ə yaxın abidəni, kilsəni  "erməni irsi" kimi qələmə verib, bunun 50-ni  "Müqəddəs Məryəm ana" adlandırıblar. Başa düşə bilmirəm ki, bu Məryəm ananın işi-gücü qurtarıbmış, gəlib Qarabağda qapı-qapı "gəzirmiş" və onun da "xatirəsi əbədiləşdirilib". Digər bir tərəfdən bir məqamı deyim. Ermənilər özləri öz dediklərini təkzib edirlər. Özləri yazır ki, Xankəndidə tikdikləri "Müqəddəs Məryəm ana" kilsəsinin açılışı 7 aprel 2019-cu ildə olub, hətta II Qaregin də orada iştirak edib. Bu kilsə lap yaxın vaxtlarda tikilib. Bu tarixi abidə deyil"-deyə F.İsmayılov qeyd etdi. 

Ermənilərin Haaqa Konvensiyasını xatırlamasının gülünc hal olduğunu deyən F.İsmayılovun sözlərinə görə, Haaqa Konvensiyasının bu işlə heç bir əlaqəsi yoxdur. "Haaqa Konvensiyası hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqındadır. Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə Haaqa Konvensiyasını tamamilə pozub. Elə bunun nəticəsidir ki, erməni separatçıları Xankəndidə qanunsuz olaraq erməni kilsəsi tikiblər və indi də onun ətrafında oyun qururlar. Bütün dünya qəbul etməlidir ki, Qarabağda heç bir qədim erməni kilsəsi yoxdur, bu gün olanlar isə Azərbaycan əraziləri işğalda olduğu dövrlərdə qanunsuz olaraq tikilib. O kilsə abidə sayıla bilməz, o, ermənilərin  qanunsuz olaraq tikdiyi ibadətgahdır. Heç bir ehtiyac olmadığı bir vaxtda tikiblər. Çünki Xankəndidə o qədər erməni yaşamırdı ki, üç kilsə tiksinlər. Yəni bunlar hamısı Azərbaycan torpaqlarında süni şəkildə erməni izlərinin artırılması, "əbədiləşdirilməsi" kimi başa düşülməlidir"-deyə F. İsmayılov qeyd etdi.

O bildirdi ki, ümumilikdə götürdükdə Kəlbəcərdə, Laçında, Xocalıda, Xocavənd və Ağdərə rayonları ərazisində 20-yə yaxın qanunsuz olaraq erməni kilsələri tikilib.  Bunların hamısının qanunsuz tikili olduğunu deyən F.İsmayılov hesab edir ki, bu, beynəlxalq səviyyədə bir cinayətdir: "Harda qanunsuz tikili varsa hamısı sökülməlidir. Ermənilərin nə danışmasından asılı olmayaraq  o ərazi öz klassik görkəminə qaytarılmalıdır, Xankəndi şəhərinin 37 məhəlləsi bərpa olunmalıdır. Həmin məhəllələrdəki 20-dən çox məscid, ibadət, inanc yerləri, qəbristanlıqlar öz yerində bərpa olunmalıdır. Yaşayış evləri Azərbaycanın klassik memarlığına uyğun tikilməlidir. Bundan sonra digər ərazilərdə də  süni şəkildə yaradılan erməni izlərinin silinməsi üçün işlər aparılmalıdır"-deyə mütəxəssis bildirdi.

Bəli, 37 məhələli, məscidli, azanlı Xankəndi şəhərində, xanın kəndində həyat əvvəlki axarına qayıtmalıdır. Üçrəngli müqəddəs Bayrağımızın işığında buradakı alban xristian irsi də, müsəlman abidələri də yenidən bərpa olunmalıdır ki, erməni saxtakarlığı birdəfəlik o torpaqlardan silinsin. Qarabağda qədim alban irsi var, erməni irsi yoxdur həqiqəti bütün dünya tərəfindən qəbul edilməlidir ki, bir də ermənilərə Avroparlamentdə və orada-burada yaxa-başlarını cırmalarına şərait yaratmasınlar. İrəvanın mərkəzində yerləşən tarixi Azərbaycan məhəlləsi olan "Təpəbaşı"nı satışa çıxarırlar dünya dinmir. Yaxşı olar ki, beynəlxalq ictimaiyyət erməni yalanlarından üz çevirib "Təpəbaşı"nın müsibətinə göz yaşı axıtsın, Ermənistana beynəlxalq konvesniayaları və etdiyi cinayətləri xatırlatsınlar. Bax onda birdəfəlik erməni nağılı bitib heç olar. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ