Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Avropa ilə 3-cü enerji dəhlizini açmağa hazırlaşır...

Image


Məlum olduğu kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bu hal martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir daha diqqət mərkəzinə gəldi.

Qeyd edək ki, toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Bu bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Onu da vurğulayaq ki, sözügedən tədbirin həmsədrləri olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson forumun yekunları ilə bağlı mətbuat üçün bəyanatla çıxış edib. Həmsədrlər bildirib ki, görüşdə Avropa İttifaqı və Azərbaycanın əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatı, bərpa olunan enerji istehsalının stimullaşdırılması, enerji səmərəliliyi, hidrogen, metan emissiyalarının azaldılması və ətraf mühitin qorunması mövzularını əhatə edən energetika sahəsində strateji tərəfdaşlıq əlaqələrinə mütləq şəkildə sadiq olduqları bir daha təsdiqlənib: "2023-cü ildə Avropa İttifaqına Azərbaycandan təqribən 12 milyard kubmetr təbii qaz tədarük edilib. Bu da 2021-ci ildən bəri 45 faizdən çox artım deməkdir. Ümumilikdə, Azərbaycan 2023-cü ildə Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Serbiya bazarlarına təqribən 23,9 milyard kub metr təbii qaz ixrac edib". Həmsədrlər bildirib ki, iştirakçılar Azərbaycandan Avropa İttifaqına tədarük olunan qazın həcmini daha da artırmaq məqsədilə müvafiq infrastrukturu və qaz yataqlarını inkişaf etdirmək üçün görülən cari işləri müzakirə ediblər. Sənəddə həmçinin "Həmrəylik halqası" təşəbbüsü, o cümlədən Bolqarıstan-Serbiya İnterkonnektorundan və Transadiatik-Balkan boru kəmərindən bəhs olunub. O da deyilir ki, ölkələr, maliyyə institutları və şirkətlər Xəzər regionunun bərpa olunan enerji potensialının səfərbər edilməsində, o cümlədən enerjinin istehsalı və ötürülməsi imkanlarının genişləndirilməsində və hidrogen və digər bərpa olunan yanacaq növlərinin rolunun nəzərə alınmasında fəal rol oynamağı öhdələrinə götürüblər. Sonda həmsədrlər Avropa İttifaqı və Azərbaycan tərəfləri arasında dənizdə külək enerjisinin inkişafına dair biznes və investisiya dəyirmi masasını çağırıblar. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, bu toplantı miqyasına görə indiyədək olan toplantıların ən böyüyü idi: "3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi kimi bir infrastrukturu ortaya qoymaq, 7 dövlət və şirkətlər arasında məsələləri çevik həll etmək üçün 2015-ci ildə yaranan Cənub Qaz Dəhlizi Məşvərət Şurasına maraq daha artmaqdadır. Bunu 10 illlik yubiley iclası bir daha sübut etdi". Təhlilçi qaz dəhlizinə maraqların artmasının səbəblərindən danışarkən deyib ki, hələ Cənub Qaz Dəhliznin birinci hissəsi istismara verilib: "Bu dinamik inkişaf edən layihədir. Bakı görüşündə qeyd etdilər ki, 2025-cilin sonunadək Cənub Qaz Dəhlizinin buraxılış gücünün 1,2 milyard kub metr artırılması gözlənilir. 2027-ci ilin sonunadək isə buraxılış gücü iki dəfə artırılacaq. 2020-ci ildə bu kəmərin Avropaya gedən TAP hissəsinin buraxılış gücü 10 milyard kubmetr idi, bu gün artıq daxili imkanlar və qurğulardan səmərəli istifadə sahəsində 11,8 milyard kub metr qazı ötürülür".

Espert qeyd edir ki, yeni bir ölkə, yəni Albaniya Azərbaycan qazı alacaq: "İtaliya Azərbaycandan 8 milyard kubmetr qaz alırdısa, daha bir milyard kub metr qaz alacağını artıq təsdiq edib. Bundan əlavə Serbiya, Macarıstan, Slovakiya qaz alacaq. Bunlar isə Azərbaycan qazının Avropaya ixracının həcminin artırılması deməkdir. 2023-cü ilin nəticələrinə görə Avropa İttifaqına boru kəmərləri vasitəsi ilə qaz ixracında Azərbaycan 5-ci yerdə olub. Ola bilsin ki, gələn il Azərbaycan Avropaya Rusiyadan daha çox qaz ixrac edəcək". 

Bununla yanaşı, Avropa İttifaqı 2050-ci ilədək resurs enerjisindən imtinanı qərara alıb: "Avropa İttifaqı o dövrədək təbii qazdan asılılığını azaltmaq yolunu tutub. Azərbaycandan hələ yalnız "Şahdəniz" yataqının qazı Avropaya ixrac edilir. Yeni resurs mənbəyi olaraq "Abşeron" yatağının ikinci mərhələsindən çıxan qaz tamamilə Avropa bazarına yönəldiləcək. Bundan əlavə bir il sonra Azərbaycanın bir nömrəli neft bloku olan "Azəri-Çıraq-Günəşli" yatağı həm də təbii qaz istehsalçısı kimi bazara çıxacaq. Burada 2024-cü ilin dördüncü rübündə ilk istismar quyusu qazılacaq və 2025-ci ilin birinci rübündə ixrac üçün təbii qaz çıxarılacaq". Təhlilçi hesab edir ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcədə də yaşıl enerji ixracatçısı ölkəsinə keçəcək: "Bu baxımdan Azərbaycan Avropa ilə üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür. Bakıdakı görüşdə də Qara dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı oldu. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən Qazaxıstan və Özbəkistan bu görüşlərdə aktiv iştirak etdi". İlham Şaban "Amerikanın səsi"nə açıqlamasında deyib ki, Avropanın Türkmənistan qazını almasına maraqlarının olmasına baxmayaraq, Türkmənistan Bakı toplantısına qatılmayıb: "Onun əvəzində Özbəkistan və Qazaxıstan fəal olub. Hazırda dünyada yaranmış siyasi-iqtisadi qeyri-müəyyənlikdə Xəzərin şərq sahili ilə qərb sahilini artıq boru kəməri deyil, elektrik enerjisi kabelinin birləşdirəcəyi reallığı üzə çıxır". Beləliklə,  proseslər Avropanın Azərbaycan qazına və "yaşıl enerjisinə" də daha çox ehtiyacının olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil Avropa ilə iqtisadi münasibətlərin genişlənməsində mühüm şərt kimi çıxış edir. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ